Sədrəddin SOLTAN
Millət də bir orqanizm kimidir. İnsanın dırnağına tikan batanda bu hal onun bütün əhvalına təsir göstərir. Bədənin bir üzvünün itirilməsi insanın fəaliyyət qabiliyyətinə mənfi təsir göstərir. Millət də belədir. Parçalanmış bir millətin də enerjisi dağınıq olur.
Bunu parçalanmış Azərbaycanın timsalında daha aydın görmək olar. Əslində vətənimizin torpaqları parçalındığı gündən onun birləşməsi uğrunda mübarizə aparılıb. Elə Gülüstan və Türkmənçay müqavilələri bu bütövlüyün uğrunda Rusiyaya qarşı aparılan savaşın nəticəsində bağlandı. Azərbaycanın mütərəqqi insanı, Qacar şahının vəlihədi Abbas Mirzə ruslar tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq üçün savaşa başladı, ancaq düşmən güclü olduğundan və erməni kimi satqınlar ucbatından bu hədəfə çatılmadı. Bu müharibəni səhvən hələ də İran-Rusiya müharibəsi kimi təqdim edirlər, amma əslində, bu Azərbaycan – Rusiya savaşıdır.
Bir də millət hədəfsiz olan da onun torpaqları da əldən gedər, milli sərvətləri də talan edilər. Ötən 20 ildə baş verənlər sübut etdi ki, biz millət olaraq, toparlananda hədəfimizə yetişə bilirik. 1988-ci ildən başlayan milli-azadlıq hərəkatımız Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə sonuclandı. Biz Vətən Azərbaycanın quzeyində pozulmuş hüquqlarımızı bərpa etdik. Düzdür, bu bizə itkisiz başa gəlməyib. Qarabağ hələ də işğal altındadır. Ancaq toparlansaq, onu və işğal altında olan başqa torpaqlarımız da doğal haqqımızı bərpa edə bilərik.
19-cu əsrin ortalarından başlayaraq, Azərbaycanda maarifçilik hərəkatı başladı. Bunun sonucunda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Dünyanın gərdişi xeyrimizə olmadığından 23 aylıq cümhuriyyətmizi bu dəfə bolşevik Rusiyası işğal etdi.
1991-ci ildə Rusiya işğal etdiyi Azərbaycandan əlini götürməyə məcbur oldu. Moskvdan qopa bildik ki, velikorus şovnizmi millətimizi assimilyasiya edə bilməmişdi. Böyük dövlət Adamı və ideoloq Məhəmmədəmin Rəsulzadə yazırdı ki, Azərbaycan parçalandıqdan sonra quzeydəki türklər ruslardan fərqli dilə, dinə və mədəniyyətə malik olduqlarından mili varlıqlarını qoruyub saxlaya bildi. Ancaq Güney Azərbaycandakı türklər farslarla eyni dinə və məzhəbə inandıqlarından, habelə ortaq mədəniyyət oluşdurduqlarından durum xeyrimizə olmadı.
80 ildən artıqdır ki, Tehran hakimiyyəti Azərbaycan türklərinin milli varlığını danır, onu “farsların bir törəməsi” sayır. Özünü şiə adlandıran, dünya müsəlmanlarına yol göstərməyə çalışan İslam Respublikası da Rza şahdan qalma bu irqçi ideoloji siyasəti davam etdirərək, xiristian, provslav Rusiyadan da geri qalmaqdadır. İddialı dövləti Rusiya Azərbaycan Respublikası kimi varlı bir respublikadan əl çəkib onun müsətqilliyi tandığı halda, fars şovinizmin rəhbərliyi altında olan İslam Respublikası Azərbaycan türklərinin ən ilkin haqlarını belə tanımaq istəmir.
Elə son günlər İranda baş verənlər bir daha sübut etdi ki, bu dövlət parçalanmış millətlər həbsxanasıdır. Onların, özəlliklə Azərbaycan türklərinin milli haqları təmin olunmayanacan bu ölkədə saktilik olmaycaq. Bu olmayacaqsa, bölgədə sabitlikdən danışmaq azından sadəlövhlükdür.
Vətən Azərbaycanın quzeyi də, güneyi də yeraltı və yerüstü sərvətlərlə zəngindir. Güneydəki milli sərvətlər üzərində azərbaycanlıların heç bir haqqı yoxdur. Bundan Tehran hakimiyyəti istədiyi kimi yaralanır.
Halbuki belə davranışı ilə Tehran hakimiyyəti ölkə Ana yasasının 48-ci maddəsini pozmaqdadır. Həmin müddəada deyilir: “Əyalətlər səviyyəsində təbii ehtiyatlardan faydalanmaq və milli gəlirdən istifadə etmək məsələsində, həmçinin iqtisadi fəaliyyətin ölkənin müxtəlif məntəqə və əyalətləri arasında bölgüsündə heç bir ayrı-seçkiliyə yol verilmir, hər bir məntəqə öz ehtiyaclarına, inkişaf qabiliyyətinə uyğun olaraq, lazımi imkan və kapital əldə edə bilməlidir”.
Bununla belə İran rəhbərliyi Güney Azərbaycanın təbii sərvətlərini talan etməkdədir.
İran milli misəritmə sənayesi şirkətinin baş direktoru Məhəmmədhadi Ərdəbili bildirib ki, başçılıq etdiyi müəssisənin üsütünlük verdiyi işlərdən birri şərqi Azərbaycan əyalətindəki “Süngün” mis mədənində layihənin qısa bir zamanda gerçəkləşdirilməsidir. Onun dediyinə görə, “Süngün” misəritmə kombinatının tikilməsi İranın uyğun sənayesinin vacib layihələrindəndir. Baş direktor deyib ki, bu layihə 2012-ci ilə kimi başa çatdırılmalıdır. M.Ərdəbili Ermənistanda haisl olunan misin və qarışığının da “Süngün”də hazırlanacağını vurğulayıb.
Tehran Güney Azərbaycanın təbii səvəti ilə Ermənistanla iqtisadi əməkdaşlıq qurur.
“Mouc” xəbər agentliyi İranın Geologiya və Geoloji-Kəşfiyyat təşkilatı mətbuat xidmətinə istinad edərək bildirib ki, Şərqi Azərbaycan əyalətinin Məsciddağ rayonu ərazisində 300 milyon ton mis ehtiyatı olan yataq aşkar edib.
Qurumun geoloji-kəşfiyyat idarəsiinin direktoru Bəhruz Bərnanın sözlərinə görə, həmin mədəndə azından iki ton qızıl ehtiyatının və başqa minerallar da var.
İran sənaye və mədən nazirinin dağ-mədən sənayesi üzrə müavini Məhəmməd Məsud-Saminijatın sözlərinə görə, 2004-05-ci illərdə 150 milyon ton faydalı qazıntı hasil olunubsa, 2007-08-cu illərdə bu rəqəm 200 milyon tona qədər artıb. Direktor bu gösətəricini yetərli saymayıb. O, bildirib ki, faydalı qazıntıların illik hasilatı 500 milyon tona çatdırılmalıdır.
M.Samiinijat vurğulayıb ki, İranda faydalı qazıntılar ehtiyatının ümumi miqdarı 57 milyard ton olduğu ehtimal olunur.
Tehran rəsmisi xarici şirkətlərin bu yataqlara sərmayə qoymasını və faydalı qazıntı hasil etməsini İran hakimiyyətinin alqışladığını söyləyib.
Bu sayaq məsələlərdən isə İran rəsmiləri təbliğat üçün yararlanır. Samiinijatın iddiasına görə, ötən il sənayedə artım 8,3 faiz təşkil edib, faydalı qazıntılar 17,7 faiz artıb. “Bu onu göstərir ki, tətbiq edilən iqtisadi sanksiyalar iqtisadiyyatımıza təsir göstərməyib” - deyə, direktor bildirib.
Samiinijat həmin faydalı qazıntıların ölkənin hansı bölgələrini əhatə etdiyi haqda məlumat verməyib. Sirr deyil ki, Güney Azərbaycan ərazisi faydalı qazıntılarla zəngin ölkədir. Ancaq onun xeyirini fars dilli bölgələr görür. Başqa sözlə Tehran Azərbaycanda hasil etdiyi qazıntıların son məhsulunu bu bölgələrdə istehsal edir. Azərbaycanlılar da iş axtarmaq üçün həmin əyalətlərə üz tutur. Nəticədə Güney Azərbaycanın şəhər və kəndləri məqsədli şəkildə boşaldılır...
Başqa bir örnək. Bir müddət öncəə Tehranla Yerevan arasında Azərbaycan sərvətlərinin istismarına dair xəbərlər yayılıb. Həmin məlumata əsasən Güney Azərbaycanın Muğan bölgəsində neftin varlığını İran hakimiyyəti uzun illər gizli saxlayıb. Son zamanlar isə ölkə KİV-i bu ərazidə neftin olduğu ilə bağlı yazılar çap edərək, məsələni yenidən gündəliyə çıxarıb.
Bundan başqa mənbə bildirib ki, İslam Respublikası Ermənistanla birlikdə ikinci dövlətin ərazisində neftayırma zavodu tikməyi planlaşdırır. Təhlilçilərin fikrincə, bu işğalçı Ermənistan iqtisadiyyatının güclənməsinə təsir göstərər. Onlara görə, bu zaman Tehran Muğanda hasil olunacaq neftin isə perspektivdə tikiləsi nəzərdə tutulan neftayırma zavoduna göndərilməsi istisna edilmir.
Yayılmış xəbərə əsasən, Güney Azərbaycanda çoxlu yeraltı sərvətlər, o cümlədən qızıl yataqları var. Araşdırmalarda göstərilib ki, Azərbaycanın Qaradağ mahalı və Ərdəbil əyalətində 175 qızıl mədəni mövcuddur. Bunların arasında Sarxanlı, Muil, Meşgin mədənləri də var.
Hazırda Dostbəyi qızıl mədəni farslar və ingilislərə məxsus “Persian Gold” və “PLS” şirkəti tərəifndən birgə qarət olunur. Onlar işə 2004-cü ildən başlayıblar. Bu şirkətlər adı çəkilən və çəkilməyən mədənlərdə gördükləri işin hesabına beynəlxalq aləmdə də tanınıblar. Tehran hakimiyyəti isə Azərbaycanın təbii sərvətlərini talan etm ək üçün belə xarici şirkətlərə hər cür şərait yaradır.
İran Neft Nazirlyinin təmisilçisi Əli Kərdan bildirmişdi ki, Ərdəbil əyalətinin Şimal- Şərq hissəsində yerləşən Muğan böləsində, Güney Biləsuvar rayonunda yerli hakimiyyət orqanları ilə birgə qurum nümayəndələrinin yığıncağı keçirilib.
Nazirlik təmsilçisi çıxışında deyib ki, yaxın zamanlarda Muğanda neft axtarışı üzrə geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı beynəlxalq müsabiqə elan olunacaq.
O, bu mahalda artıq ilkin araşdırmalar aparıldığını və araşıdrmanın müsbət nəticə verdiyini bəyan etmişdi. İran hökumətinin səyyar toplantısı zamanı buradakı yatağın 17 blokunda iri miqyaslı geoloji-kəşfiyyat işlərinin aparılmasına dair qərar qəbul olunmuşdu. Ə.Kərdanının verdiyi məlumata görə, bəzi səbəblər ucbatından həmin qərarlar yerinə yetirilməyib. İndi isə Tehran həmin layihənin gerçəkləşdirilməsi üçün xarici sərmayə cəlb etmək niyyətindədir.
“Geoloji-kəşfiyyat işləri başa çatdıqdan sonra xarici şirkətlər yataqda fəaliyyət göstərmək hüququ əldə edə biləcəklər. Əgər onlar hər hansı səbəb ucbatından buradakı neftə layihəsində işləməkdən imtina etsələr, o zaman İranın şirkətləri bu istiqamətdə çalışacaqlar. Bu ərazidə böyük neft ehtyatı aşkarlanarsa, o halda bölgədə neftayırma və neft-kimya zavodları tikilcək. Bütün hallarda buradakı yataqlarda layihənin gerçəkləşdirilməsi mahalın, eləcə də Ərdəbil əyalətinin sosial-iqtisadi inkişafına təkan verəcək” - deyə, o, bildirib.
Yuxarıda da qeyd etdiyimiz kimi Ərdəbil ənənəvi olaraq, Muğan rayonu, yaxud Muğan düzü adlanıb. Bu ərazi 1995-ci ilədək mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinə daxil idi. Həmin ili Tehran bu rayonu yeni bir əyalət elan etdi. Həmin illərdə, ümumiyyətlə tarixən Güney Astara rayonu da Ərdəbilə daxil olub. Amma bir neçə ilə öncə İran rəhbərliyi Astarını Gilan əyalətinin ərazisinə qatıb. Bununla bağlı Ərdəbildən olan deputatlar dəfələrlə məsələ qaldırsa da hakimiyyət onların müraciətlərini qulaqardına vurub.
Bilsuvar rayonuda Muğan mahalında yerləşir. Muğanı Tehran Parsabadla əvəzləsə də azərbaycanlılar buranı öz adı ilə adlandırmaqdadırlar. Rəsmi məlumatlara görə, Güney Biləsuvarın əhalisi 60 min yaxındır.
Hələ 63 il öncə, o vaxtkı Stalin Moskvası ikinci dünya savaşından sonra yaranmış Azərbaycan Milli Hökumətini bu bölgənin neftinə satdı.
Xatırladaq ki, 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulmuşdu. Tehran belə bir hökumətin mövcudluğu ilə razılaşmırdı. Onu məhv etmək üçün çeşidli oyunlar qurulurdu. Həmin İrana baş nazirlik etmiş Qəvvamül-Səltənə Stalinlə görüşürək, ona Muğan neftini boyun olur. Dünyanı sarsıdan bu diktartor onun bu vədinə aldanır və Azərbaycan Milli Hökumətini dəstəkləməyi dayandırır.
Düzdür, bu anlaşmadan sonra Qəvvamül-Səltənə də hökumətdən gedir. Bununla da SSRİ-yə Güney Azərbaycanın neftindən istifadə etmək qismət olmur.
Təbii sərvətləri talamağı azmış kimi Tehran hakimiyyəti Azərbaycan türklərinin xalça, ipək məmulatlar təki əl işləri üzərində də hegemonluğunu həyata keçirir.
Mərkəzi Urmiya olan Qərbi Azərbaycan əyaləti ticarətin inkişafı təşiklatının rəhbəri Cəfər Sadiq İsgəndəri yerli xalça emalatxanlarından birində bildirib ki, Güney Azərbaycanın bu bölgəsində xalçaçılıq əsas istehsal sahələrdən sayılır. Onun sözlərinə görə, bu sənət əyalətdəki 10 aparıcı sahəlrdən biridir.
C.İsgəndəri deyib ki, ildə qərbi Azərbaycanda əllə 45 min kv. metr xalça toxunur və istesal olunmuş bu malın böyük hissəsi xaricə, o cümlədən Almaniya, İngiltərə, Çin, Fransa və Yaponiyaya satılır. Bu Qərbi Azərbaycan üçün hər il 42 milyon dollar həcmində maliyyə deməkdir.
Əyalət üzrə bu sahədə 105 min nəfər çalışır, onların 35 mini evlərdə xalça toxuyan peşəkarlardır.
İsgəndərinin vədinə görə, başçılıq etdiyi qurum Qərbi Azərbaycan əyaltəinin böyük şəhərlərində “Xalça evi” açmağı planlaşdırırlar.
Bir müddətdir ki, Tehran hakimiyyəti Təbriz, Ərdəbil, Qaradağ , Urmiya və Güney Azərbaycanın bir sıra şəhərlərində toxunmuş bu əl işlərinin üzrəindən “Təbriz”, o cümlədən toxunduğu Azərbaycan şəhərlərinin adlarını pozduraraq, ora “İran” və “İsfahan” sözlərinin yazılmasına toxucuları və istehsalçıları məcbur edir. Belə hadisə ilə ölkəmizdəki ticarət mərkəzlərindən birində rastlaşmışıq.
Şərqi Azərbaycan əyaləti ticarət palatasının rəhbəri Sadiq Nəcəfi İSNA-ya müsahibəsində deyib ki, bu əyalət ildə bir milyon kv. metrə yaxın ipək xalça ixrac edir. Bu isə Şərqi Azərbaycanda toxunan xalçalırın 70 faizi deməkdir. Onun sözləinə görə, bu əyalət xalça istehsalı və ixracatı, bənzərsiz naxışları üzrə ölkədə aparıcı yerləri tutur. İxrac olunan ipək xalçalar ildə İrana 200 milyon dollara yaxın xarici valyuta gətirir.
2009-cu ildə Yeravan və Tehran Təbrizdən Ermənistanın Yerasx rayonuna neft kəməiri tikintisinə başlayayıb. Bu haqda Ermənistanın enegetika və təbii ehtiyatlar naziri Armen Movsisyanın Tehranda İranın xarici işlər naziri Mənuçehr Müttəkilə görüşün gedişində bildirmişdi.
Erməni nazirin sözlərinə görə, Təbrizdəki neftayırma zavodunda emal olunan benzin və dizel yancağı Ermənistana bu kəmər vasitəsi ilə ötürüləcək. Tərəflər Araz çayı üzərində birgə Su Elektrik Stansiyası layihəsini də müzakirə ediblər. “Neft-qaz kəmərinin, eləcə də elektrik stansiyasının tikintisi Tehran tərəfindən dəstəklənir. Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsi ilə bağlı iəstənilən birgə layihələrin gerçəkləşdililməsini alqışlayırıq” - deyə, iranlı diplomat bildirib.
A.Movsisyan deyib ki, Yerasxda ildə 7 milyon ton neft emal edəcək neftayırma zavodun tikintisinə İran və Rusiya da qatılacaq. Qeyd edək ki, iqisadi baxımdan sərfəli olmadığına görə, RF bu layihədə iştirakdan imtina edib. Bu günlərdə isə Tehran həmn kəmərin tikintisinə təkbaşına maliyyə yardımı ayıracağını bildirib.
Bu sayaq misalları artırmaqda olar. Burada məqsədimiz Tehran hakimiyyəti tərəfindən yayılan bir fikrə qarşı alternativlə çıxış etməkdir. Azərbaycanın sovetlərin tərkibindən çıxması məsələsindən söz güşəndə bunu istəməyənlər “acından öləcyik, iqtisadi əlaqələri qurmaq mümkün olmaycaq” və s. deyirdilər. Ancaq gerçəklik bunların əksini sübut etdi. Bu baxımdan, Güney Azərbaycan türkləri milli müqəddəratını təyin etsə iqtisadçıların hesblanmasına əsasən o zaman mövcud imkanlar daxilində indikindən bir neçə dəfə firavan yaşa bilərlər.
Fars şovinizmi Azərbaycan türklərinin milli varlığını tanmamaq və onu assimilyasiya etmək üçün illər uzundur ideoloji təbliğatla yanaşı, bir sıra işlər də görür. Londondan Məhəmməd Ənsarinin məsələ il bağlı yazısında bildirib: “Bir müddət Güney Azərbaycanda yaşadığımdan İran hakimiyyəti tərəfindən yürüdülən siyasətlə gerçəkləşən, habelə nəzarət altında olan radio televiziya verilişlərində fars olmayanların dili və kültürü çox gülünc frmada yayımlanır. Təbrizdə hər gün bir saatlığa “Azərbaycan türkcəsində” radio və TV verilişləri yayımlanır. Onu ötəri dinləyəndə eybəcər farsca olduğunu güman edirsən, amma bir qədər diqqət verdikdə başa düşürsən ki, bu, feli türkcə olan bir dildir. Bunun səbəbi türkcəni fars dilinin kölgəsində təqdim etmək, dilmizin sevilməsinə qarşı çıxıb onu öz millətimizin gözündən salaraq, farscanı daha dəqiq və qaydalı dil kimi göstərməkdir. Bir örnək göstərmək istərdim. “Təbrizin bələdiyyə başqanının qərarı ilə bu işə son qoyuldu” cümləsi “Şəhrdare-mohtərəme Təbrizin rizayəti ilə bu işə əncam verildi” kimi deyilir...”
Millətmizin başına bu oyunu açanlar fars şovinistələridir. Onların haradan nə vaxt gəldikləri tarix belə məlumdur. Ancaq qos-qocaman bir millətə, Azərbaycan türkünə qarşı Güney Azərbaycan olmazın zülmü verənlərdə bu yersiz gəlmələrdir. Ancaq bununla belə tarixdə “Bütöv Azərbaycan dövləti”nin yaranmasına cəhdlər olub. Hazırda mühacirət yaşayan Böyük Rəsuloğlunun “Bütöv Azərbaycan dövləti” adlı məqaləsi də bu mövzuyu həsr olunub. Müəllifin yazdığına görə, 1758-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olmuş Mustafa Səidabadi Urmiya xanlığında katib işləyib və o dövrdə baş verən olaylarla bağlı gündəlik tərtib edib. O, Urmiya xanı Məhəmməd Quluxan Əfşarın “Bütöv Azərbaycan dövləti” yaratmaq istədiyini eşitdiyini qələmə alıb. Bu məsələlərlə bağlı kitabını 1823-cü ildə başa çatdırıb. Məhəmməd Quluxanın böyük oğlu Mustafa Quluxana təqdim olunmuş kitabın əlyazması, ondan oğlu Əmirgün xana, ondan Əlixan Əfşara və ondan da 16 yaş kiçik qardaşı Bahadur xana, nəhayət, onun oğlu Əli Xonevisə gəlib çatır. Ağa Məhəmməd şahın ölmündən sonra bütün Azərbaycanda milli hakimiyyət yaratmaq üçün Təbriz qurultayından bəhs edən Mustafa Səidabadi yazıb: “Daha öncə Azərbaycanın böyük qurultayında təyin olunmuş idarə heyətindən Məhəmməd Quluxan, İbrahim Cavanşir, Sadiq xan Şəqaqi, Hüseynqulu xan Dünbili, Cəfərquluxan Dünbili Xoyun dağ bağında bir iclas keçirərək, Azərbaycanda milli dövlət qurmaq üçün Təbrizdə xanlıqların iştirakı ilə qurultay keçirmək qərarına gəlirlər.
Bu qurultyada Azərbaycanı idarə etmək üçün idarə heyəti və onun sədrinin seçilməsi məqsəd qoyulmuşdu. Mən bu iclasın əhəmiyətini nəzərə alaraq, onun tarixdə qalması üçün iştirakçıların adını və tutduğu vəzifələri bir-bir qeyd edirəm:
Məhəmməd Quluxan Əfşar – Urmiya xanı Bütöv Azərbaycan sərdarı, rəyasət heyətinin üzvü, Hüseynquluxan Dünbili, Təbriz hökmdarı, rəyasət heyətinin üzvü, Sadiq Şəqaqi – Ərdəbil hökmdarı, rəyasət heyətinin üzvü, Cəfərquluxan Şaqaqi -Xoy hökmdarı, rəyasət heyətinin üzvü, İbrahim xəlilxan –Qarabağ hökmdarı, rəyasət heyətinin üzvü, Əhmədxan Marağayi – rəyasət heyətinin üzvü, İbrahim Ağa Mikri –Soyuqbulaq hökmdarı, rəyasət heyətinin üzvü, Mahmud xan Əmir Əfşar –Sayınqala hökmdarı, rəyasət heyətinin üzvü, Hüseny xan Badikubə –Bakı xanı, rəyasət heyətinin üzvü, Məhəmməd xan İrəvani –İrəvan hökmdarı, rəyasət heyətinin üzvü, Cəfərxan Şəqaqi –Qaradağ hökmdarı, rəyasət heyətinin üzvü, Mustafa xan –Şirvan hökmdarı, rəyasət heyətinin üzvü, Əfrasiyab sultan Zərza –Üşnü hökmdarı, rəyasət heyətinin üzvü, Qəmi Ağayi – Əşairlər əmiri, rəyasət heyətinin üzvü, Ərgil xan –Gürcüstan valisi, rəyasət heyətinin üzvü, Cavadxan Gənceyi Gəncə hökmdarı, rəyasət heyətinin üzvü, Abbasqulu xan Qanlıqılınc – Naxçıvan hökmdarı, rəyasət heyətinin üzvü, Əta xan Sərabi – Sarab hökmdarı - rəyasət heyətinin üzvü
Onlardan başqa, heyətin üzvü olmayan 12 nəfər qoşun başçısı və mən qurultayda iştirak edirdik. 18 nəfərdən 7-si yeni rəyasət heyətinə seçildi. Səs birliyi ilə Məhəmməd Quluxan Əfşar ali rəyasət heyətinin sədri, Azərbaycan qoşununun başçısı təyin edildi. Azərbaycanda Dəmirqapı Dərbənddən – Sənədəcədək, İrəvandan Qəzvinə qədər milli birlik yarandı. Bütün xanlıqların qoşunlarının birləşməsinə nail olundu...”
Babalardan vəsiyyət edilmiş yolu davam etdirib, başa çatdırmaq indiki nəsilin boyun bocudur. Yalnız bu vəsiyyətə əməl etməklə torpaqlarımızı, dilmizi və mədəniyyətimizi müstəmləkədən, milli varlığımızı danılmaqdan qoryub, qurtara bilərik.
(Qaynaq: LENT.AZ)







YENİLİKLƏR