Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Çağdaş çuvaş şeirindən örnəklər

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Raisa SARBİ 

 ***
 Meşəyəm, şamın eşqini
 Fırtınamla qısqanıram.
 Mən bu axşamın eşqinin
 Sənsizliyində yanıram.

Məni sükuta buraxma,
Ürəyim doludur hələ,
Qoyma xəyalıma haray
Gözümə qaranlıq gələ.

 Yoxam bu qəmli həyata,-
 Mənə məhəbbətin yoxsa
 Səndəki ölü sükuta
 Nöqtə qoycam nə vaxtsa.
 (Çevirəni: Həyat ŞƏMİ)


Svetlana AZAMAT

***
Murad Aci üçün

Doğma yurddan
gələn səs
Səndə nələr var,
nələr
Elə bil zindana çəkic vurulur
At nallanır elə bil.
Yeriyər dəli atlar
ağır-ağır addımla.
Coşmuşun nərəsi var
yaddaşımda.

Haraymı, ağlaşmamı-
eşidirəm,
nə səsdir?
bəlkə
qurd
ulartısına
döndu
ulularımın səsi?

Runik işarələrlə
süslənmiş bir namədir
göy üzünə yollanıb-
gümüşü göy haləsi.
Mələk şimşəklər ilə
bizdən cavab gözləyir.

…Bir də yovşan qoxusu…
Hardasan, sən, hardasan
ey iradə azadlığı,
azad iradə?..

(Çevirəni: Əkbər QOŞALI)

***


Albina YURATU


CAVANLIĞIM

E-hey! Cavanlığım mənim,
Hara itib-getmisən?
Mən bir çılğın qızıydım,
Dəli cavanlıqdın sən.

Gəzərdik aylı gecədə,
Ta xoruz banınadək.
Şehli ot basmış cığırda,
Şeirə bənzərdi ömrümüz.


***
təsadüfi deyiləm
sənin taleyində mən.
Tək bir mənim sirrimsən,
Tək bir sənsən qəlbimdə.
Sonsuzdur,
Hüdudsuzdur
…həyat, …olacaq.
Yalnız sirr olan
Əbədi qalacaq.

***
sən-od
mən-pərvanə

bir açılmamış sirr var
ortada:
mən uçuram
uçuram oda sarı
bir müdhiş,
bir gözəl təsadüflə
yanmaq üçün orada,
mənim yolum əzablı
mənim yolum uzaq
amma sən
və yalnız sən
ümid ver,
ümid ver mənə.
Sən od
Mən pərvanə:
bir açılmamış sirr var
arada.

(Çevirəni: Əkbər QOŞALI)

                                                                                                                                                           



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az