Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

QUQUŞ ACLIQ AKSİYASINA QOŞULUR

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Əslən azərbaycanlı olan, hazırda ABŞ-da mühacirətdə yaşayan məşhur İran müğənnisi Ququş bəyanatla çıxış edib.

 “Media forum” saytının məlumatına görə, Ququş İranda prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında keçiriləcək aclıq aksiyasına qatılacağını bildirib.

Aclıq aksiyası üç gün - iyulun 22-dən 24-dək davam edəcək. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısıdır. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirlər.

Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: “Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik”.

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

Ququş 1951-ci ildə Tehranın Sərçeşmə küçəsində, kasıb bir məhəllədə doğulub. Onun valideynləri İrana indiki Azərbaycan Respublikasından köçüblər. Ququş hələ uşaqkən valideynləri boşanıb. Akrobat, əyləndirici artist olan atası Sabir qızını tez-tez özüylə səhnəyə çıxarıb, ona mahnılar oxutdurub. Sonralar Ququş şah sarayında və məclisi-şahanələrdə çıxış edib. 7 yaşından filmlərə çəkilib. 1971-ci ildə Fransanın Kann şəhərində keçirilən müsabiqədə fransız dilində ifa etdiyi mahnılarına görə birinci yeri tutub.

Ququş Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub.

1979-ci il İranda islam inqilabı qalib gələndən sonra Ququşun musiqi və kino fəaliyyətinə qadağa qoyulub.

2000-ci ildə Ququş Şimali Amerikaya köçüb və sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun “Qəribi-aşina” mahnısını BBC Orta Şərqin ən məşhur mahnısı adına layiq görüb.

(Qaynaq: «Media forum»)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az