Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Yenə pəncərənizdən uzaqlar görünürmü?

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

SƏHƏR

Səhərlər duman gələndə
Bu dağlar görünürmü?
Yenə pəncərənizdən
Uzaqlar görünürmü?

Çiçək açırmı ağaclar,
Sonra olurmu xəzan,
Qışda qartopu oynayan
Uşaqlar görünürmü?

Zaman qaytarırmı geri,
Apardığı kəsləri,
Gəlirmi qatar səsləri,
Uçaqlar görünürmü?


***

Gözləri limanda
Sularda itər gəmilər.
Mənsə qorxuram,
Əriyəcək dənizlərdə sahillər...

Soyunar parklarda ağaclar,
Yuyar səkiləri yağışlar.
Elə qorxuram,
Üşüyəcək yazıq skamyalar.

Tənhalıqda və qələbəlikdə,
Sağlıqda və xəstəlikdə
Hələ də səninləyəm, HƏYAT,
Xoşbəxtlikdən...


***

Sağ olun, salamat qalın,
Ay, mənim pis adamlarım,
Üst-başı qana bulaşmış,
Qəlbi təmiz adamlarım.

Bu yaradan ölüm yoxdu,
Hara gedim, yolum yoxdu,
Yarısı dilənçi çıxdı
Yarsı xəsis
- adamların.

Dünəndən qalmış yenə də,
Günəş də, ümidlər də.
Darıxıram bu səhər də
Neynim, əziz adamlarım!?.


***
Bir dəqiqəlik sükut,
Bir azca dincəlmək üçün.
Nə susmaq, nə düşünmək,
Sadəcə gizlənmək üçün.

Çevir son səhifəni,
Payız yarpağı kimi.
Sonra ört gözlərini
Tabut qapağı kimi.

Daha qayıtma heç kimə,
Boşla. Hər şeyi unut.
Sonra
qurtuluş eşqinə
Bir dəqiqəlik sükut…


***

Əllərim çox yorulub,
Ayaqlarımdan da çox.
Gözlərim çox yorulub,
Qulaqlarımdan da çox.

Ürəyim çox yorulub,
Hara atım, dincəlim,
Samanlıqda iynə tək,
Düşüm, itim, gizlənim.

Kimdi məni axtaran,
İynə kimi axtaran,
Ata-anamdan qabaq,
Uşaqlarımdan da çox?..


***
Bu həyatın süfrəsində
Kədər var, həsrət var, qəm var.
Xəyal şirin, gerçək acı,
Tələdə başqa nə “yem” var?

O masada kim oturur,
Önündə məhv olmuş qürur,
Yarıyacan keçmiş ömür,
Yarıyacan yanmış şam var.

Kim sağ döndü gedənlərdən,
Bir bax gör sağ qalan kim var.
Dənizdə tufan, qiyamət,
Sahildə dəniz və qum var…

***
İlk dayanacaqda
Düşmək bu dünyadan!
Əlləri cibində
Getmək bu dünyadan!

Gəlməmək qəsdiylə,
Dönməmək şərtiylə,
Sabahkı günü
Görməmək ümidiylə!..

Son fikri bitirmək,
Son sözü söyləmək,
Əlvida, əlvida,
Görüşməyənədək…



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Akəm Xaqan, 21 İyul, 2009 15:10:29
    Şerlərini oxuduqca sizi yaxından görməyə, tanımağa çalışıram. Əslində yox, elə sozun-söhbətin tanıdır. Səmimiyyetin və düşüncə tərzin diqqətə layiqdir. Lakin niyəsə fikirlərini yarımçıq və müammalı buraxmaqla nəyə nail olmaq istədiyini anlamağa çalışıram. Axı buna sənin imkanın və qabiliyyətin var. Niyə dilindən düşən o kəlmələri shibsiz buraxır, onları əzizləmək imkanından məhrum edirsən. Tək-tək yaxşı fikirlərini də dəyədən düşürürsən. Uğurlu alınan yerlər də yetim görünür. "Çevir son səhifəni, Payız yarpağı kimi. Sonra ört gözlərini Tabut qapağı kimi. "-deyimində uğurlu fikir olsa da "Ürəyim çox yorulub, Hara atım, dincəlim, Samanlıqda iynə tək, Düşüm, itim, gizlənim." -kimi obrazlı deyim tərzinə və bədii gücə malik deyil. Ən əsası odur ki, uğurların yox deyil. Öz üzərində daha yaxşı çalışmağa və qətiyyətli söz demək bacarığını inkişaf etdirməyə ehtiyac var. Sizə uğurlar diləyirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az