Bakı. Kəmalə Quliyeva – APA.
Bu gün Atatürk Mərkəzində görkəmli yazıçı İsmayıl Şıxlının türk dilində çapdan çıxmış “Dəli Kür” romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində kitabı türkcəyə çevirən Yasemin Bayer bildirib ki, bu romanı oxuyanda İ. Şıxlının yaşadı bölgənin və mənsub olduğu xalqın tarixinə nə qədər bağlı olduğunu başa düşüb. O deyib ki, yaxın zamanlarda yazıçının “Ölüləri qəbiristanlıqda basdırın” kitabı da Türkiyədə işıq üzü görəcək.
Millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, Azərbaycan ədəbiyyatında azərbaycanlı xarakterini və ruhunu “Dəli Kür” romanı qədər yüksək səviyyədə təmsil edən ikinci bir əsər yoxdur: “Cahandar ağa obrazı Azərbaycanın böyük tarixinin simvoludur. O xarakteri millət olaraq itirməyə doğru gedirik”.







YENİLİKLƏR