Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

«Bəstəkar Oqtay Rəcəbov»la «Dəli Alı» hazırdı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

   Az.TV-nin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində «Bəstəkar Oqtay Rəcəbov» və «Dəli Alı» sənədli televiziya filmlərinin istehsalı başa çatıb.

  Bu barədə Lent.az-a “Azərbaycan Teleradio Verilişləri” QSC-nin mətbuat xidmətidən məlumat verilib. Film tanınmış bəstəkar Oqtay Rəcəbovun yaradıcılığına və pedaqoji fəaliyyətinə həsr olunub. Ekran əsərində onun müxtəlif janrlarda bəstələdiyi musiqi əsərlərindən, musiqi təhsilinə gətirdiyi yeni təlim sistemindən söz açılır.

  Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Ənvər Əbluc, operatoru Mətləb Yaqubovdur.

  «Dəli Alı» filmi 1898-1917-ci illərdə çar üsuli-idarəsinə qarşı çıxan, erməni daşnaklarına öz silahdaşları ilə birlikdə divan tutan qaçaq Alı (Alı Məhərrəmov) haqqındadır. Qaçaq Alı ermənilərin Gəncədə törətdikləri qırğının qarşısını alan igid kimi Azərbaycan tarixinə daxil olub. Çəkilişlər Qazax, Goranboy, Daşkəsən bölgələrində aparılıb.

  Filmin ssenari müəllifi Xanlar Bayramov, rejissoru Şahəddin Elxan Mayıloğlu, operatoru Elxan Nəbiyevdir.

(Qaynaq: Lent.az/Lalə Yusifqızı)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az