R.Minnullin Tatarıstanın xalq şairi, ictimai və dövlət xadimidir. «Xoşbəxt olun», «Əbədi yol», «Beşik», «Ən böyük alma» adlı kitabları işış üzü görüb. Musa Cəlil, Abdulla Tukay adına ödüllərlə təltif olunub. «Ən böyük alma» adlı kitabına görə Q.H.Andersen adına fəxri diploma layiq görülüb.
COCUQ ŞEİRLƏRİ
EH, BÖYÜKLƏR, BÖYÜKLƏR!
Eh böyüklər, böyüklər
Sizi kimlər seçibdir?
Sizdən bizə keçənlər,
Təm əksinə keçibdir.
Oynamaq istəyəndə
«İşdən yapış» deyirsiz,
Mən iş görüm deyəndə,
«Yoxdu bir iş» deyirsiz.
Deyirəm, bir az gəzim,
Deyirsiz, «kitab oxu!»,
Oxuyan zaman isə,
Deyirsiz, «Get gəz bağı».
Geyinirəm plaşı,
«Palto geyin» deyirsiz,
Axı nə eləmişəm,
Elə hey deyinirsiz?
Verilişə baxanda,
Göndərirsiz yatmağa,
Səhər şirin yuxumdan
Gəlirsiz oyatmağa.
Kotlet yemək istəsəm,
«Küsər aşım ağlıyar»,
Konfet yemək istəsəm,
Aman, dişim ağrıyar.
Eh böyüklər, böyüklər,
Siz necə də tərssiniz,
Sadəcə, anlaşılmaz,
Qəribə millətsiniz.
MƏN DƏ ATAM KİMİYƏM
Əlbəttə, hər kəs bilir,
Niyə «şərəf nişan»ı,
Lap bu yaxın günlərdə
Atama bağışlanıb.
Hamı hörmət eləyir,
Tanıyır bu kişini,
Hamı atamı sevir,
Atam da öz işini.
O, çox yaxşı atadır,
Yaxşıdır səxavətdə,
Ondan güclüsü yoxdur,
Bizim kənddə, əlbəttə.
Hər kimdən soruşsanız,
Hamı sizə deyəcək
Atama oxşayıram,
Hə, hə gerçəkdir, gerçək.
Bax üz cizgilərimdə,
Atam kimi tamlıq var.
Elə ona görə də,
Məndə də atamlıq var.
O da uşaq olubdur,
O da sevib gəzməyi,
Oynamağı-gülməyi,
Bir də çayda üzməyi.
O da sevib kitabı
Uzanıb oxumağı,
O da, lap mənim kimi
Çox sevirmiş yatmağı.
Çoxlu tarixçələr var,
Nələr atamla bağlı,
Atam özü danışır,
Özü haqda nağılı.
«Tarix»dən «iki»likmiş,
Özü deyib bir axşam,
Elə bu barədə də,
Atama oxşamışam.
CƏSUR UŞAQLAR
Yenə soyuq, yenə qar,
Yenə şaxta başladı,
Böyüklərə işləri
Uşaqlar bağışladı.
Evdən çıxmaq istəmir,
Soyuq düşəndə çoxu,
Kəndlərdə, şəhərlərdə,
İş getməlidir axı!?.
Əgər cəsur uşaqlar,
Getməsələr bağçaya,
Fabrik, zavod, şaxtalar,
Donub qalar üç aya.
İnəklər ac qalarlar,
Tramvaylar işləməz,
Doğru deyib atalar,
«İşləməyən dişləməz».
Böyüklərə işləri,
Bağışlayıb susarıq,
Haydı, dostlar, irəli,
Biz cəsur uşaqlarıq!
QIZILI ÇÖRƏK
Ay, dadlı ağ çörəyim,
Ay, dadlı qara çörək.
Səpdiyimiz hər dənin,
Gərək bəhrəsin görək.
Biz buğda becəririk,
O dönüb olur çörək,
Çörək bizi böyüdür,
Onun qədrini bilək.
Çörək yeyib böyüdük,
Çörək əkdi əmilər,
Onu bəxş etdi bizə,
Qızıl saçlı zəmilər.
Masamızın üstündə,
Ən qiymətli şey odur,
Kömbəmizin unu da,
Dəyirman məhsuludur.
Ay, dadlı ağ çörəyim,
Ay, dadlı qara çörək,
Qızılı zəmilərdə,
Yetiş, gəl, səni yeyək…
ƏN GƏRƏKLİ…
Dadlı yemək olsun deyə,
Analar gərəkdir.
Demək-gülmək olsun deyə,
Analar gərəkdir.
Günümüz ağ olsun deyə,
Analar gərəkdir.
Yuxu şirin olsun deyə,
Analar gərəkdir.
Analar gərəkdir,
Analar bizə…
Onlara gərəkdir,
Qorxmayaq heç nədən,
Onlara gərəkdir,
Güləndə ürəkdən gülək,
Onlara gərəkdir,
Rahat yatmağımız,
Onlara gərəkdir,
Dünyada sülh yaratmağımız.
Onlara gərəkdir,
Sizin də, bizim də,
xoşbəxt olmağımız.
Bütün analara
bu gərəkdir yalnız.
QAR BAYRAMI
Qar yağır, qar yağır,
Qar ağır-ağır.
Hamı çox sevinir,
Çığır və bağır.
Ağ-appaq, ağdı qar,
Yerə yağdı qar.
Meşəni, tarlanı,
Doyuzdurdu qar.
Bayramdır, bayramdır,
Qarın yağmağı,
Kökəlir hamının
keyfi-damağı.
Oğlanlar qızlara
Qartopu atır,
Kimsə heç yadına
salmır Baharı.
Qar yağır, qar yağır,
Qar ağır-ağır,
Qar yağır, qar düşür,
Qarda sürüşür,
Uşaqlar, böyüklər,
Şaxta babadır,
Bayrama qarışan,
Eldir, obadır.
Qar yağır, qar yağır,
Qısası budur,
Qar gəldi, bayramdır,
Əsası budur.
NECƏ OLUR BABALAR
- Necə olur babalar?
- Saqqalı tikan-tikan.
- Necə olur babalar?
- Bığları üz dalayan.
- Necə olur babalar?
- Gözlərində eynəyi.
- Necə olur babalar?
- Əllərində çəliyi.
- Yox, belə deyil, xeyr.
Kim deyir ki, belədir?
Mənim babam başqadır,
Babam indi işdədir.
Saqqalı yox, bığı yox,
Gözlərində eynəyi,
Əlində çomağı yox.
Gördüyüm baba odur.
Mənim babam belədir.
Əgər beləysə onda-
Necə olur babalar?
- Saqqalsız, ağ saçları.
- Necə olur babalar?
-Olmayır biz bığları.
-Necə olur babalar?
- Gözünə geyməz eynək.
- Necə olur babalar?
- Əlinə almaz çəlik.
- Qoy belə olsun, neynək!
- Belə olur babalar
Bilsin ellər-obalar.
(Ruscadan çeviri Həyat ŞƏMİnindir)






