Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Dənizin dibindən yeni mədəniyyət xəzinəsi tapıldı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

   Türkiyədə turizm cənnəti olan Antalyanın Kəmər rayonunda dənizdə sahil sularında aparılan axtarışlar zamanı arxaik, Roma, Bizans və Osmanlı dövrlərinə aid əşyalar və tunc dövrünə aid daş alətlər aşkarlanıb.

  Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, su altındakı bu mədəniyyət xəzinəsinə daxil olan bütün əsərlərin koordinatları götürülüb, şəkilləri kosmosdan çəkilib.

Qeyd edək ki, sahil sularında axtarışlara Selcuk Universitetinin sualtı arxeoloji bölməsi rəhbərlik edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təlimatıyla Antalya Muzeyinin bir əməkdaşı da araşdırmalara qatılıb.

Türk arxeoloqları hesab edirlər ki, yeni tapılan sualtı mədəniyyət xəzinəsi Kəmər rayonunun turizm potensialının daha da artmasında, sənətə qiymət verən insanların bu əsərlərə baxmaq üçün bu yerlərə axışmasında önəmli rol oynayacaq. Artıq sualtı turizmin təşkili üçün hazırlıq işlərinə də başlanılıb.

(Qaynaq: LENT.AZ)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az