Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Dərdim sizdən mərd imiş...

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

  

 

 

    Tural İRFAN

    BİR ULDUZ AXDI YERƏ

  Bir ulduz axdı yerə,
  Göyə yazığım gəldi.
  Bir bülbül köçdü bağdan,
  Gülə yazığım gəldi.

  Alışıb sönəmməyən,
  Lal olub dinəmməyən,
  Eşqini deyəmməyən
  Dilə yazığım gəldi.

  Hamı düşmür bir dərdə,
  Qanlar udur günlər də...
  Ay nə çəkir ömürdə -
  İlə yazığım gəldi.

   ...MƏNDƏN AYRI

Məni sevmisənsə, daha kimisə
Həmdəm biləmməzsən sən məndən ayrı.
Ən gizli sirrini mənə demisən,
Dərdi böləmməzsən sən məndən ayrı.

İlk eşqin
          …gözünün yaşı məndədir,
Qəfəs taleyinin quşu məndədir,
O, bəxt üzüyünün qaşı məndədir,
Daha sevəmməzsən sən məndən ayrı.

Mən sənsiz yalanam, sən mənsiz yalan!..
Xoşbəxtlik axtarma mənsiz heç zaman.
Sevincin mənlədi, kimləsə inan,
Deyib - güləmməzsən sən məndən ayrı.

...Dönük qala bilməz həmişə üzün,
Qəlbini deşəcək bir gizli sözün,
Son nəfəsdə məni gəzəcək gözün,
Heç vaxt öləmməzsən sən məndən ayrı!..
       31.01.07

 MƏN SƏNDƏN KÜSMƏMİŞƏM
 
Salam verdim dinmədin,
Mən tərəfə dönmədin,
Heç üzümə gülmədin,
Mən səndən küsməmişəm.

Yanıram, alışmırsan,
Dinirəm, danışmırsan,
Küsmüsən, barışmırsan,
Mən səndən küsməmişəm.

Qəriblər tək baxırıq,
Küsməklə yarışırıq?
Deyəsən barışırıq-
Mən
səndən küsməmişəm...       

 
 
  DİLSİZ KÖNÜL

Çəmənlər nəğməsiz qalmasın təki,
Bülbül ağlayarmış gülsüz qalanda.
Ürək alışarmış, göz yaşararmış,
Könül kövrələrmiş dilsiz qalanda...
   

SEVGİM VƏ NİFRƏTİM
(Sadə şeir)

Allahımı sevirəm, O mənə həyat verib,
Rəsulunu sevirəm, o mənə qanad verib.
Kitabımı sevirəm, o mənə  yol göstərib.
Həqiqəti sevirəm - bəşərin qeyrətidi,
Ədaləti sevirəm - çün kişi sənətidi.
Vətənimi sevirəm - əbədi məhəbbətdi…
nifrətim  şeytanadı -
bizi yoldan azdırıb.
nifrətim zülmətədi,
bizi candan bezdirib.
Erməniyə nifrət edirəm,
Vətənimi parçalayıb!
...
“Atom”a nifrət edirəm,
dünyanı parçalayıb.
…Amma biri var ki,
ona nifrət edəmmirəm,
baxmayaraq o işvəli,
ürəyimi parçalayıb!!!

05.04.08



DƏRDƏ TƏŞƏKKÜR

Dərdim sizdən mərd imiş
Məni şair elədi!!!

13.09.08



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib habil yasar, 07 Sentybar, 2009 13:07:30
    Aferin Allah qelemine guc versin
  • Yerləşdirilib Namiq Haciheyderli, 18 Avqust, 2009 13:00:35
    ,,bi ulduz axdi yere,,- bir Tural Irfan adli shair geldi edebiyyatimiza! dunyada en pis shey yaziq veziyyete dushmekdi. Hech zaman yaziq olmayasan. sheirlerin umudvericidir. var ol. haciheyderli@box.az

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az