Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

ƏLƏMDAR CABBARLI: BU GÜN ƏDƏBİYYATDA ÜZDƏ OLANLARI OXUCULAR DEYİL, YAZARLAR ÖZLƏRİ OXUYUR

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image
ƏDƏBİ MÜHİTİN BƏZƏN ÇOX HAY-KÜYLƏ QARŞILADIĞI ƏSƏRDƏN
OXUCU
KÜTLƏSİNİN HEÇ XƏBƏRİ OLMUR

Həmsöhbətimiz yenicə nəşrə başlayan “Bizim söz” qəzetinin baş redaktoru, şair-publisist Ələmdar Cabbarlıdır.

- İlk öncə qəzetinizin çapa başlaması münasibətilə sizi təbrik edirik. Bu günkü qəzet bolluğunda, bir sıra ədəbi dərgi və qəzetlərin çap olunduğu bir zamanda “Bizim söz” bizə nə vəd edir?

- Öncə təbrikə görə təşəkürrümü bildirirəm.
Ölkədə qəzet bolluğunun olması heç də o demək deyil ki, yeni qəzetlərə ehtiyac yoxdur. Fikrimcə, qəzet çoxluğu özünü yalnız kəmiyyətdə göstərir, amma oxunaqlı bir qəzet, dərgi axtaranda oxucu çox zaman üz tutacağı bir ünvan tapmır. “Bizim söz” həmin ünvan və ya ünvanlardan biri olmaq üçün çalışır. İnşallah, müəyyən sorunlarımızı çözəndən sonra biz bunu bacaracağımıza ümid edirik. - İlk sayınızla tanışlıqdan beləgörünür ki, ədəbi nəsillərə harmonik baxış sərgiləyirsiniz. Bu təsadüfən belə alınıb, yoxsa, doğrudan da bu sizin missiyanızdır?

- İslama görə dünyada təsadüf yoxdur və təsadüfə inananlar Allaha inanmayanlardır. Əlbəttə ki, burada hər şey məqsədyönlü, belə deyək, ölçülüb- biçilmiş şəkildədir. Bizim üçün bölgü kimin hansı ədəbi nəslə, hansı ədəbi cərəyana aid olması deyil. Bizim istənilən sahədə yalnız bir bölgü, bir yanaşma tərzi var: Azərbaycan və onun özünəməxsus ənənələrə malik ədəbiyyatı, mədəniyyəti naminə çalışanlar və buna qarşı gedənlər. Birinci mövqeyə malik olanlar hansı nəslə, hansı ədəbi cərəyana aid olmasından asılı olmayaraq bizim dostlarımızdır və bu məsələlərin xaricində aramızda hər hansı fikir ayrılığı varsa da, bunu inkişafa yönəlmiş sağlam rəqabət kimi dəyərləndiririk və bu rəqabətdən çəkinmirik.

- Siz bu gün bir sıra mətbu orqanlarda, çox təəssüflər, özü də bir çox hallarda məhz ədəbi orqanlarda baş alıb gedən təhqirə, söyüşə qarşısınız...

- Qarşıyıq, qardaşım, təbii, qarşıyıq. Fikrimcə, öz mövqeyini təhqir, söyüş şəklində ifadə edənlər heç bir yaradıcılıq potensialı olmayan, əsərlərinə görə heç bir uğur qazanmayacaqlarını öncədən özləri üçün müəyyənləşdirənlərdir.
Bilirsiz, kiməsə böhtan atmaqla, görkəmli yazıçıları, ictimai xadimləri təhqir etməklə çox qısa vaxt ərzində populyar olmaq olar. Belələrinin adlarını tarix çox tez unudur və çox da uzaq olmayan bir zaman kəsiyində siz özünüz də bunun şahidi olacaqsınız.

- Qəzetinizin ilk manşeti “Bizə necə şeir lazımdır”adlanır. Sizcə, bizə necə şeir lazımdır?

-  Manşetə çıxardığımız bu məqalənin müəllifi istedadlı şair Namiq Hacıheydərlidir və Namiq bəy öz məqaləsində bunu kifayət qədər uğurlu bir şəkildə izah edib.
Qəzetmizin ilk sayını oxuyanlar üçün bu sualın cavabı orda daha yaxşı şəkildə verilib. Mənim öz şəxsi qənaətimə görə bizə lazım olan şeir ilk növbədə milli köklərə malik olmalı, eyni zamanda çağdaş dünyanın ovqatına uyğun bir şəkildə yazılmalıdır. Burada əsas amil, bu şeirin əsas predmeti insan və onun problemləri olmalıdır.

- Sizin fikrinizcə, bu gün ədəbiyatda olan gənclər bir-birini oxuyurmu?

- Elə bəla burasındadaır ki, bu gün ədəbiyyatda olanları yalnız özləri oxuyur. Ədəbi mühitin bəzən çox hay-küylə qarşıladığı, qəbul etdiyi, piarını apardığı əsərdən oxucunun xəbəri olmur. Bizim yazarlarımızın, eyni zamanda nəşriyyatlarımızın oxucu ilə işləmək həvəsi və səriştəsi yoxdur. Xüsusilə, gənc yazarların çox kiçik tirajla çıxan kitabları yalnız özlərinə yaxın olan məhdud dairədə yayılır. Bu problem indi kiçik görünə bilər, amma qarşısı müəyyən vasitələrlə alınmasa gələcəkdə daha ciddi nətcələrə səbəb ola bilər.

- Qəzetinizin ilk sayında yazısı dərc olumuş tanınmış tənqidçi, ədəbiyyatşünas alim Şirindil Alışanlı yazır ki, son illərdə samballı bir ədəbiyyat nəzəriyyəsi ortaya çıxmır. Siz bu fikirlə razısınızmı?

- Bu fikri ölkənin sözünə, intellektinə, obyektivliyinə və cəsarətinə heç kimin şübhəsi olmayan görkəmli tənqidçisi, ədəbiyyatşünası söyləyirsə, bizim burada deyə biləcəyimiz bir şey qalmır.

- Qəzetinizin ilk sayındakı məqalələrdən, yazılardan görürük ki, üzünüzü daha çox Turana tutmusunuz. Bunun niyəsi aydındır, bəs necəsi barədə nə deyərdiniz?

- Rüstəm Behrudinin bir misrası var, deyir, Sonun yoxdur çevrilməsən Turana, Vətən! Əlbəttə ki, biz dünyanın gerçəklilklərini, hansı dönəmdə yaşadığımızı nəzərə alırıq və qədim türk torpaqlarının bir dövlət halında birləşməsinin bu gün üçün mümkünsüz olduğunun fərqindəyik. Amma şairin misrasında da yəqin ki, belə düşünülüb, biz də bu cür anlayırıq ki, bu gün türk dövlətləri mədəniyyət, ədəbiyyat sahələrində olan bağları ilə Turana çevrilməli, türk birliyini yaratmaldırlar. “Bizim söz” qəzeti də bu mövqedən çıxış edir və bu istiqamətdə zərrənin mində biri qədər də bir iş görə bilsək özümüzü xoşbəxt hiss edərik.

- Bir az da gələcək planlarınız barədə danışmağınızı istərdik. Qəzetinizin ilk sayını əldə etməmiş oxucular üçün deyərdiniz, Qəzetinizlə necə əlaqə qura bilərlər, çap olunmaq istəyənlər hara müraciət etsinlər?

- Hələlik ayda bir dəfə işıq üzü görən qəzetimiz payızdan, inşallah, ayda iki dəfə oxucuların görüşünə gələcək. Çalışırıq dövrülüyümüzlə yanaşı tirajımızı, auditoriyamızı artıraq, oxuculara daha üstün bir qəzetçilik təqdim edək. Demək istəyirəm, bizim qəzet heç bir qruplaşmanın, heç bir fərdin maraqlarına xidmət etmir. Bizim üçün Azərbaycanın və onun zəngin ədəbiyyatının maraqları daha öndədir. Bu dünyagörüşünü bizimlə paylaşmaq istəyən, istənilən düşərgəyə aid olan şəxs bizə yazı göndərə bilər, bizdə qeydsiz-şərtsiz çap oluna bilər, eyni zamanda bizim qəzetmiz haqqında da öz tənqidi fikirlərini bölüşə bilərlər. Qapılarımız onu açıq ürəklə  döyən hər kəsin üzünə açıqdır. Oxucular, yazarlar istənilən vaxt bizimlə əlaqə saxlaya bilərlər və biz bundan çox məmnun olarıq: Elektron ünvanımız: bizimsozqezeti@mail.ru; telefonumuz: 055 6613320.- Sizə uğurlar.- Təşəkkür edirəm. Həmsöhbət oldu: Habil YAŞAR


Yorumunuz comment Şərhlərə görə (6 göndərilib)

  • Yerləşdirilib ELCIN ABDULLAYEV, 15 Yanvar, 2010 11:38:37
    ELAMDAR CABBARLIYA COX COX TESEKKURLER ONUN SAF MENALI VE ICINDE COX COX MENA DASIYAN SERLERINE GORE
  • Yerləşdirilib Ələmdar Cabbarlı, 02 Avqust, 2009 14:38:05
    Əzizim Sabir, qəzetimiz haqqında dəyərli və ədalətli fikirlərinizə görə təşəkkür edirəm. Sizin kimi istedadlı və obyektiv insandan elə bunu da gözləyirdim.
  • Yerləşdirilib Sabir Alim, 02 Avqust, 2009 12:44:06
    Ələmdarın baş redaktoru olduğu "Bizim söz" qəzeti sağlam insanların düzgün ədəbi axtarışlarının və gərgin əməklərinin məhsuludur.Milli ədəbiyyatımızın çağdaş dönəmi üçün hər kəs ciddi şəkildə çalışmalıdır.təki ortada əsl ədəbiyyat olsun.
  • Yerləşdirilib Mahir Qocayev, 05 İyul, 2009 04:50:02
    men sizin qezetin sonuncu sayini da oxudum ve cox beyendim. esl edebiyyat qezetidir. 75 illik tarixi olan Edebiyyat qezeti sizden ders goturse, ela olar
  • Yerləşdirilib Sevgi, 26 İyun, 2009 14:25:11
    Ələmdar bəy nəyin ki, yazarların az tirajla dərc olunan əsərlərini oxucular heç yazarlarda oxuya bilmir.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az