Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

«Türkün Səsi»nin 8-ci sayı işıq üzü görüb

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) «Türkün səsi» toplusunun yeni- 8-ci sayını nəşr etdirib. Toplunun bu sayında Azərbaycan, Bolqarıstan, Qazaxıstan, İraq (Kərkük), Tatarıstan, Türkiyə və Rumıniyadan 26 müəllifin elmi məqalələri, ədəbiyyat, mədəniyyət və türkologiyaya aid araşdırma və incələmə- tanıtım yazıları (toplam 28 məqalə) verilib. Bu barədə SİA-ya DGTYB Mətbuat Xidmətindən məlumat dərc olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində işıq üzü görən toplunun tərtibçiləri Əkbər Qoşalı və Rəsmiyyə Sabir, elmi redaktoru prof. dr. Nizami Cəfərov, redaktorları isə Elçin İsgəndərzadə və Namiq Hacıheydərlidir.
Qeyd edək ki, «Türkün səsi»nin ilk sayı 1999-cu ildə işıq üzü görüb. Toplunun indiyə qədər çıxmış saylarından ikisi poeziya, biri nəsr və publisistika, dördü isə qarışıq mətnlərdən ibarət olub.
«Türkün səsi»nin bu sayı «Vektor» Nəşrlər Evində işıq üzü görüb.

Mənbə: Elçin Bayramlı - SIA


Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az