Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Nizami Gəncəvi - 868

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image


 Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvi 1141-ci ilin məhz bu günündə anadan olub. SİA-nın məlumatına görə, Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə sənətkar ailəsində anadan olan şair ömrünün sonuna qədər burada yaşayıb yaradıb.

 Nizami təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənib xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub.

 Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.

Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanıb.

Təqribən 1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənib. Şairin 1174-cü ildə oğlu Məhəmməd dünyaya gəlib.

Nizami Gəncəvi 1209-cu ildə Gəncədə də vəfat edib.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə edib.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (Beşlik) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) adlı ilk poeması şairə böyük şöhrət qazandırıb.

“Xosrov və Şirin” poemasını 1180-cı ildə Məhəmməd Cahan Pəhləvana göndərib. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb və şairə Həmdünyan adlı bir kənd bağışlayıb.

1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami Gəncəvi az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaradıb. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1203) poemasını qələmə alıb.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olub.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılıb.

(Qaynaq: SİA/ Türkan Məmmədli)

 

 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az