Türkiyədə «Çağdaş Azərbaycan şeiri» antologiyası nəşr edilmişdir. Nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi «Gənc yazarlara dəstək» layihəsi çərçivəsində işıq üzü görmüşdür.
Nəfis tərtibatla oxuculara təqdim olunan antologiya Avrasiya Yazarlar Birliyinin nəzdində fəaliyyət göstərən «Bəngü» Basım Evində nəşr edilmişdir. 43 Azərbaycanlı şairin şeirlərinin yer aldığı artologiyanın layihə rəhbəri Əkbər Qoşalıdır.
Şeirləri Türkiyə türkcəsinə Rəsmiyyə Sabir, Oktay Hacımusalı və Namiq Hacıheydərli uyğunlaşdırmışlar.
DGTYB 2009-cu ildə antologiyanın ikinci cildini də nəşr etməyi planlaşdırır.







YENİLİKLƏR