Yazıçı-dramaturq, araşdırmaçı Aygün Həsənoğlunun tərtibçi-müəllifi olduğu yeni kitab “Erməni əsirliyində yaşananlar” adlanır. Adı içini ehtiva edən kitab “Demokratik Azərbaycan naminə» İctimai Birliyinin (DANİB) hazırladığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə əsasında işıq üzü görmüşdür. Kitab 15 dekabr 2008-ci ildə «Kaspian Plaza»da alimlərin, QHT təmsilçiləri və media mənsublarının iştirakı ilə ictimaiyyətə təqdim olundu. Təqdimat mərasimində DANİB sədri Elməddin Behbud, Aygün Həsənoğlu, Əsir, itkin və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun müdir müavini Eldar Səmədov, Norveçdə yerləşən “Türklərə qarşı törədilmiş soyqırımı Araşdırma Fondu”nun direktoru Səfa Yürükel, professor Musa Qasımlı, DGTYB başqanı Əkbər Qoşalı və «Soyqırımı tanıtma» İctimai Birliyinin sədri Telman Qasımlı çıxış etmişlər.
Qeyd edək ki, kitab ingilis dilində nəşr olunmuş və daha çox xarici auditoriya üçün nəzərdə tutulmuşdur. Kitabı ingilis dilinə Ülvi Akif oğlu Cabbarov tərcümə etmişdir.







YENİLİKLƏR