Dünya Gənc Türk Yazarlar Birliyi Dənətim Kurulunun üzvü Namiq Hacıheydərlinin yeni kitabı işıq üzü görüb. «Vektor» BE-də işıq üzü görən əsər «Dağ Kolanı dastanı» adlanır. Əsər Şamaxının tərk edilmiş Dağ Kolanı kəndinin taleyindən bəhs edir. Namiq bu əsərində Dağ Kolanının timsalında bütün tərk edilmiş türk ellərinin ağrı-acısını dilə gətirib. Dağ Kolanının dağı-daşı, yaylağı, qışlağı ilə dərdləşən, ruhları haraylayan şair, yurdun dili ilə buranı tərk etmiş ata-babaları ittiham edir əslində. O gün-güzəran arxasınca getməyi bəhanə hesab edir, ulu yurd yerinin, necə deyərlər, energeikasını, ruhunu itirməyi bağışlanmaz səhv adlandırır.
Əsərin adında «dastan» sözünün keçməsi, onun poema türündə yazılması da diqqətçəkən məqamlardandır. Beləki indi yeni nəsil yazarlarının tam əksər hissəsi poema türünə demək olar, üz tutmur yaxud üz tuta bilmirlər. Bu anlam da Namiq cəsarətli, cəsarətli olduğu qədər də uğurlu addım atıb.
Qələm qardaşımızı, könül dostumuzu qutlayır, yeni yaradıcılıq uğurları diləyirik!







YENİLİKLƏR