Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Türkiyədə I TürkBirDev Qurultayı keçiriləcək

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Tədbirdə Azərbaycandan DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı, DAK Gənclər Təşkilatının sədri Samir Turan və müğənni Azərin iştirak edəcək

 Oktyabrın 31-də Türkiyənin paytaxtı Ankara şəhərində I TürkBirDev Qurultayı keçiriləcək. www.D-A-K.org –a daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Türk Birliyinin bir gün həqiqət olacağına inancım var" kəlməsini əsas götürən tədbir təşkilatçıları onun vəsiyyətini reallaşdırmaq məqsədilə yola çıxıblar.

 Yerli vaxtla saat 13:00-da Anadolu Göstəri Konfrans Mərkəzində (Türkocağı caddəsi 14, Balgat/ANKARA) keçiriləcək tədbirin iştirakçıları arasında Quzey Kıbrıs Türk Cümhuriyyətininin qurucusu və ilk prezidenti Rauf Denktaş, keçmiş dövlət nazirləri Namiq Kamal Zeybək, Sədi Somuncu, Agah Oktay Günər, Qırğızıstanın Türkiyədəki səfiri Mambetyunus Əbilov, ord. prof. Reha Oğuz Türkkan, prof. dr. Oktay Sinanoğlu, prof. dr. Özcan Yeniçəri, prof. dr. Əbdülqədir Yuvalı, prof. dr. Ata Atun, Yavuz Bülənt Bakilər, Türk Dünyası İnsan Haqları və Kültür Dərnəyinin sədri Cəlal Öçal, ATAA–Türk-Amerikan Dərnəkləri Assambleyasının keçmiş sədri, yazıçı Ərcümənt Kılıç, tarixçi Eylül Gökdəmir, azərbaycanlı müğənni Azərin, “Kurtlar Vadisi” filminin aktyorları və türkiyəli müğənni Sərdar Ortaç var. Bundan əlavə, 7 türk cümhuriyyətinin dövlət başçılarına və yetkililərinə, 6 türk cümhuriyyətinin Türkiyədəki səfirlərinə, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl, keçmiş nazir Tələt Sait Hamlan və yazıçı-araşdırmaçı Toxtamış Atəşə qurultaya qatılmaları üçün müraciət ünvanlanıb. Tədbirdə Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrlərinin Türk Dünyası üzrə müşaviri, Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı  və DAK Gənclər Təşkilatının sədri Samir Turan da iştirak edəcək.

 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az