Dünya Gənc Türk Yazarlar Birliyinin Dənətim Kurulu başqanı, 90-cı illər ədəbi nəslinin tanınmış nümayəndəsi şair Rəsmiyyə Sabirin “Unutdun məni” adlı yeni kitabı çapdan çıxıb. Kitab yazarın “ön söz”ü ilə başlayır: “…“Bağrımdan o yana basdığım” SÖZlərdən yaranan bu kitabım nəhayət ki, işıq üzü gördü. İllərdən bəri gözəl bəstəkarlarımızın musiqiləri ilə bəzənən bu şeirlər (mahnı mətnləri) müxtəlif ifaçıların səsləriylə, yorumlarıyla yenidən cana gəlib. …Bu nəğmələrə görə Nadir Əzimova, Cavanşir Quliyevə, Novruz Aslana, Vüqar Camalzadəyə, Kaya Kuzucuya, Seyfəttin Çaxmakçıya, Xanım İsmayılqızına minnətdaram. Şeirlərimin nəğməyə çevrilməsində ən çox zəhməti olan peşəkar bəstəkar Nadir Əzimovdur. “Unutdun məni”, “Əlvida, Cəmilə”, “Uzaqda”, “Alışdım artıq”, “Unuda bilməyəcəksən” “Qaradan başqa rəng görə bilmədim”, “Birdəfəlik get”, “Nə dəyişəcək”, “Gecələr”, “Sən gedəndən sonra”, “Nə olar” və s. kimi gözəl nəğmələrə görə ona təşəkkür edirəm. Bu nəğmələrin əvəzsiz ifaçılarına da qəlbən minnətdaram. Onların arasında Azərin, Nazpəri Dostəliyeva, Zülfiyyə Xanbabayeva, Firuzə İbadova, Nüşabə Ələsgərli, Eyyub Yaqubov və başqalarının adlarını çəkə bilərəm.
Bu şeirlər nəğmələrə çevrilməsəydi, yəqin ki, mən onları heç zaman kitab for¬masında nəşr etdirməyəcəkdim. Hazırda isə bu kitab Sizin əllərinizdədir. Xahiş edirəm, onu bir nəğmə kimi oxuyun... ”
252 səhifədən ibarət bu kitabda şairin sözlərinə yazılmış nəğmələrlə yanaşı, yeni mahnı mətnləri də yer almışdır. Kitab “Avropa” mətbəəsində nəşr olunub.
Kitabın redaktoru Məlahət Yusifqızıdır.







YENİLİKLƏR