Tanınmış şair Dəyanət Osmanlının yeni şeirlər kitabı işıq üzü görmüşdür. “İlk... Və... Son...” adlanan kitab “dünyadakı bütün insanlara həsr olunur”. “Çaşıoğlu”nda nəfis tərtibatla nəşr edilmiş kitab içərisi etibarı ilə də nəfisdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Nizami Cəfərovun “İlk və Son arasında” adlı maraqlı “ön söz”ü ilə açılan kitab adına uyğun üç bolmədən oluşmaqdadır: “İlk...” “Və...” “Son...”. Şair deyir: “Yaşamın İlki də Sonun ilki də bir həyacandır. İnsan ilk addımıni atarkən, quş ilk uçuşunu edərkən, sabah açılarkən, axşam düşərkən bu həyacan Sözdən, Hissdən görünən bir varlığa çevrilir və mən onu canlı görə bilirəm. Əslində Həyacan hisslərin sistemidir. Və elə dünyanı idarə edən də bu sistemdir. Və məndə çox sadə bir əminlik var ki, Tanrı dünyanı yaradarkən hayacanlı olmuşdur...”
Əziz oxucu, “Və”nin və də “Son”un açmasını yazmıram. Özünüz oxuyacaqsınız.
Gözəl oxumalar, əfəndim!






YENİLİKLƏR