Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Həyat ŞƏMİ. ƏN YENİ ŞEİRLƏR

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 DOĞUM GÜNÜ

 “Erdən açılacaq qapılarınız” –
 İlahi, bu nəydi başıma gəldi?
 Mən doğum günümü qeyd eləmirdim,
 Bu SƏS, doğrudanmı, yaşıma gəldi.

 Bu il saatımı qırxa qururkən,
 Ömrümü sualla bir-bir yorurkən,
 “Yaş üstə yaş gəlir”- deyə dururkən,
 Yaşım arzuların qışına gəldi.

 Səadət gecikdi doğum günümə,
 Dəymiş ümidimin yığım gününə,
 Udduğum qəhərin boğum gününə,
 Gəldi səadətim,  boşuna gəldi.

 Şirin duyğularla dolu ocağım, 
 Əllərim duada, ibadət çağım,
 Harda qaldı yaşım, durum çağırım,
 Gəlsin.
 ... gəlişiylə xoşuma gəldi.

 MƏN, SƏN, O...

 Hər şey mənim əlimdə,
 Ürəyim,
 əfv fərmanım,
 imzam,
 qollarım,
 Açın qollarımı!

 Hər şey Sənin əlində,                             
 Sorğu-sual,
 Durğu və duyğu işarələri,
 Son cümlə,
 nöqtən.
 Ürəyimə ölümcül həmlə...
 Son dəfə getmək istəyim,
 üzümə bağlı qapıların dəstəyi...               
 Açın qapıları!                             

 Hər şey O-nun əlində,
 Qələm,
 Yazı,
 Olum və ölüm,
 Açın gözlərinizi!


 ARAZIM

Tarix sinən üstə açanda oyun,
Səni mat eylədi nə qədər xain.
Arxayın olmadın, Şaha arxayın,
Xan Arazım.

Şahmatda fiqurlar taxtanın üstə,
Yadlar at oynatdı taxtının üstə,
Top səsiylə çökdü bəxtinin üstə,
Çən, Arazım.

Partlayıb dodağın, yaman yanmısan,
Quruyub qolların, quru canmısan?
Bütün sınaqlara mərd dayanmısan,
Sən, Arazım!

 Iki sahilini qoyduq çəkiyə,
Yadlar sahib durdu yağlı tikəyə,
Suyunla bölündü Vətən ikiyə,
Tən, Arazım.

İllərlə Vətənim gəldi nəhs gözə.
Nə deyim taleyə, baxmadı sözə,
Güney can üstədir, “can” deyir bizə,
Can, Arazım!

Ayrıldı ellilər öz torpağından,
Qan axır qəlblərin yurd çapığından,
“Araz aşığından Kür topuğundan”-
En, Arazım!

Çəkilib içindən dara yurdlarım,
Boğulur nəfəsi kor umudların,
Qaytar özümüzə itən adları,
Din, Arazım.

“Araz aşığından...” oldu çoxunun,
Keçilməz günahdan keçdi yaxının,
Qanlara boyandı rəngi axının,
Qan Arazım.

Araz duraq yerim, duracaq yerim,
Min sual altında qalacaq yerim,
Bağrımın başında od-ocaq yerim,
Yan, Arazım.

Allah yerdə qoymaz bu qədər ahı,
Gözləyirik müjdə dolu sabahı,
Keçmişin tarixdə yaşayır axı,
Dön, Arazım!

 

 

 



Yorumunuz comment Şərhlərə görə (11 göndərilib)

  • Yerləşdirilib Nazilə Gültac, 07 Dekabr, 2010 06:24:07
    Əzizm Həyat.Sənin şeirlərini yenə də sevə- sevə oxudum. Vətənpərvər ruhundan, azad düşüncələrindən qidalanan misralar məni həyəcanlandırdı. Şair həyəcanlandırırsa . demək yazmağa dəyər. Sənə uğurlar arzu edirəm.
  • Yerləşdirilib Reyhan Kənan, 28 Dekabr, 2009 07:24:05
    Salam Həyat xanım.Adınızı eşitmişdim.Şeirlərinizlə tanış deyildim.Bloqdakı şeirləri oxudum.Çox bəyəndim.Biz bir-birimizdən xəbərsiz uşaq vaxtında Lamiyə ilə məktublaşmışıq.Mən onu bir neçə il əvvəl axtarıb tapdım.Lamiyə dedi ki,sizi də tapıb.Şad oldum.Mən də sizi yaxından tanımaq istərəm.Sağ olun.Təşəkkür edirəm.
  • Yerləşdirilib Həyat Şəmi, 08 Dekabr, 2009 02:13:38
    Şeirlerimi oxuyanlara, bəyənənlərə, bəyənməyənlərə, yorum yazanlara - hamınıza dərin təşəkkürümü bildirirəm. Sağ olun ki,varsınız.
  • Yerləşdirilib Vaqif Memmedov , 07 Dekabr, 2009 05:06:09
    Hormetli Heyat xanim imzanizi metbuatdan qiyabi taniyir ve daimi izleyirem.Bu saytdaki 3 seiriniz diqqetimi cekdi be maraqla oxudum.Seirlerin felsefi mahiyyeti daha dusundurucudur.Araz haqda cox seirler olsa da sizin bu seirinizde yeni deyim terzi ve gozlenilmez benzetmeler seiri oxunaqli edib.Sizi tebrik edir,yaradiciliq uqurlari arzulayiram.
  • Yerləşdirilib Vesile xanim, 07 Dekabr, 2009 01:08:06
    Her zaman bacim Heyat xanimin seirlerini beyenmisem ve seir uslubunun felsefi meqamlarini derk etmeye calismisam.. Onun kenis ureye sahib olduguna sahidem umud edirem ki bu urek oz yaradiciligi ile oz oxucularini cox sevindirecek. eziz bacim dogum gunu seirinizden cox tesirlendim.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az