Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Özünü gətir

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 Eluca ATALI
 

 

 

 (fəlsəfi-bədii miniatür)

 Bizə gəl...
 Tək gəl, daha heç nə istəmirəm!
 Əllərin  boş, yanında, havada yellənə-yellənə.
 Ayağın altında özgə cığırın izindən qalmasın torpaq.
 Təkcə dəniz kənarından keçəsi olsan, onda gərək olmaz ayaqlarını yerə möhkəm vurasan. Nə lazım olanları qumluğa zərblə çırpasan. Onsuz da qum özgə ayağa ilişib qalmaz. O, doğmadır öz sahili üçün.
 Sən ayağını qaldırıb yeni ləpir salanda, o əvvəlki ləpirə sürüşüb düşər.
 Üsyan et, adamı özündən ayıranlara.
 O,əl telefonunu sal sındır, çal daşa, baxma bahalığına!
 Əşyalar artdıqca heçləşir insan. Insanı özündən ayırır onlar. Ya da qapa, qoy bir kənara. Yad, kənar səslsri doldurma qulaqlarına.
 Saatını aç! Aç, tulla çox uzaqlara, lap qolun getdikcə. Əgər dəniz kənarından gəlirsənsə, ləpələrə qoş aparsın dərinliyə!
 Əgər evdən birbaşa gəlirsənsə, özünlə götürməyi heç düşünmə. Qoy qalsın masa üstündə, ya da elə qaldığı yerdə, səni gözləyə-gözləyə.
 Zaman nədir ki, özünü ona təslim edəsən? Varlığını boş çərçivəyə pərçimləyəsən!
 Mən səni zamanla gözləmirəm.
 Özün gəl, tək özün.
 Əllərin yanında, hava boşluğunda azad oynaya - oynaya.
 Təkcə özümlüyünü özünlə gətir.
 Yolda çaşıb başqa səmtə dönməyəsən deyə!
 

 6 Arzu Günü,Şölə Ayı,26-cı il

 

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Eluca Atali, 01 Dekabr, 2009 13:07:50
    Salam Namiq bey ve Dunyanin Genc Turk yazarlari! Cekdiyiniz zehmete gore var olun, deyerli sitenizde mene de yer ayirdiqiniz ucun sizlere teshekkur edirem. Sesiniz Ucadan gelsin, bu gunku dunyamiza Turk safliqi ve Turk birsifetliyi gerekdir!Sayqilarim ve sevgilerimle Eluca Atali.
  • Yerləşdirilib Namiq Haciheyderli, 30 Noyabr, 2009 10:28:27
    Ugurlar olsun deyerli yazarimiz ELUCAya

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az