Azərbaycanın üç rəssamı Dünya Rəssamlıq Akademiyasının akademik fəxri adına layiq görülüb. SİA-nın məlumatına görə, fəxri ada layiq görülən azərbaycanlı rəssamlar heykəltaraşlıq üzrə xalq rəssamı Xanlar Əhmədov, dekorativ-tətbiqi sənət üzrə əməkdar rəssam Ənvər Qarayev və rəngkarlıq üzrə əməkdar rəssam Eldar Qurbanovdur.
Məlumat üçün bildirək ki, bu günlərdə Tatarıstan Respublikasının paytaxtı Kazanda fəxri üzvlük vəsiqələrinin təntənəli təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycanın hər üç incəsənət xadiminə Dünya Rəssamlıq Akademiyasının akademik üzvlük vəsiqəsi və diplom təqdim olunub.
(Qaynaq: SİA/ Türkan Məmmədli)







YENİLİKLƏR