Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Sahə Ensiklopediyalarının təsnifatı: mövzu və tərtibat problemi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

  dr. Elməddin BEHBUD

 

 

 Hazırda ensiklopediya kimi tanınan və elmi ədəbiyyatda ensiklopedik kitab tipinə aid edilən əsərlərin əksəriyyəti sahəvilik prinsipi ilə hazırlanmışdır. Bu əsərlər əvvəl bir, daha sonralar isə bir neçə elm sahəsinin məlumatlarını özündə cəmləşdirməklə tərtib edilmişdir. Hər elm sahəsi bu kitablarda ayrıca fəsil kimi, yəni müstəqil olaraq yerləşdirilmişdir.
 Ensiklopediyaların mövzusu, hansı elm sahələrini nə dərəcədə əks etdirməsi, hansı sahələrə üstünlük verilməsi, hansı elmin digərindən sonra verilməsi hər zaman  mübahisəli olub və hazırlanan kitablar da məhz bu tərtibat göstəricilərinə görə bir-birindən fərqləndirilmişdir. Ensiklopediyaların ilk düzüm prinsipini müəyyənləşdirən amil də məhz bu amil olmuşdur. Məsələn, Roma dövründə, ənənəvi hal almış prinsipə görə astronomiya  və coğrafi mühitlə bağlı məsələlər ensiklopedik əsərlərin əvvəlki fəsillərində, incəsənət və sənət növləri barədə məlumatlar isə sonrakı bölmələrdə verilirdi. Bu prinsip uzun illər və əsrlər boyunca davam etdirilmişdir. Yalnız romalı dövlət adamı və yazıçı Kassiodorus 6-cı əsrdə yazdığı  “İnstitutionese” (“Qurumlar”) əsərində ilahi mətnlər və kilsə ilə bağlı məlumatlar başda verilmiş, riyazi və həndəsi mövzular isə sonda yerləşdirilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin kitabda əvvəlki nəşrlərdən fərqli olaraq riyazi və həndəsi mövzulara çox az yer ayrılmışdır.
 Klassik ənənəyə sadiq qalsa da, onu ilk dəfə xeyli dəyişdirərək təkmilləşdirən  İsidora de Sevilla olmuşdur. Kassiodorusdan bir əsr sonra  özünün tərtib etdiyi “Etymo¬logiarum sive originum libri XX” (“Xalqların mənşəyi və etimologiyalar haqqında iyirmi  kitab”) adlı əsərində incəsənət və tibb önə çəkilmiş, sonra “Kitabi-Müqəddəs” və kilsə məlumatları verilmiş, daha sonra isə hərb, əkinçilik, gəmiçilik və təsərrüfat ilə bağlı biliklərə yer ayrılmışdi.
 Ensiklopediyanın xarakterinin müəyyənləşməsində, onun strukturunun formalaş¬ma¬¬sında elmi biliklərin məzmunu, inkişafı nə qədər təsir göstərmişdisə, onun oxucu kateqoriyasının müəyyən olunması, oxucu qrupunun artan tələbinin ödənilməsi də bir o qədər həlledici amil olmuşdur. Tədqiqatçı E.L.Prizment yazır: “Oxucu kateqoriyasından asılı olaraq ensiklopediyaların quruluşu da dəyişir”1. (1, 238).
 Ensiklopediyalar xitab  etdikləri  oxuyucu zümrəsinə  görə  başlıca  olaraq iki qrupa ayrılır.  Birincisi, hər hansı bir ayrı-seçkilik etmədən bütün oxucu kütləsinə görə hazırlanan ümumi ensiklopediyalardır. İkincisi isə yaş qruplarına görə hazırlanan ensi¬klo¬pediyalardır. Buna uşaq ensiklopediyaları, gənclər üçün ensiklopediyalar aid edilir.
 Hazırlıq formasına görə isə ensiklopediyalar üç qrupa ayrılmışdır. Onlardan  birincisi, tam, yeni və bəzəndə icarə ilə başqa nəşrdən alınan məqalələrlə  zənginləşmiş kitablar, ikincisi isə, qismən tərcümə edilməklə, əlavə və ixtisarlarla dəyişikliklər edilərək hazırlanan ensiklopediyalardır. Üçüncüsü isə tamamən və ya əksər hissəsi tərcümə edilməklə hazırlananlardır ki, onlara da tərcümə ensiklopediyaları deyilir.
Hazırlanmasına və mövzu tərtibatına görə  seçilən ən qədim kitablar arasında ən qədim ərəb ensiklopediyaları da maraq doğurur. Məşhur yazıçı, dilçi və tarixçi alim Ibn Küteybənin məsələyə yanaşması xeyli  fərqli olmuşdur. O, mövzu sıralamasını hakimiyyət, müharibələr və nəsillər haqqında məlumatlarla başlamış, əsəri ərzaq və qadın mövzularına aid məlumatlarla yekunlaşdırmışdır. İranlı alim və dövlət adamı Əl-Xarəzminin 975-997-ci illərdə hazırladığı ensiklopedik məzmunlu “Mefatihul-Ulum” (“Elmlərin açarı”) məlumat kitabı hüquq və sxolostik fəlsəfə ilə başlanır. Kitabda tibb, həndəsə və mexanika elmləri ilə bağlı məlumatlar “Xarici elmlər” başlığı altında verilmişdir. Orta əsrlərdə məşhur olan və geniş yayılan ensiklope¬diyaların ən yaxşı nümunəsi hesab olunan Vincentinin “Speculum majus” adlı əsəri 3 bölümdən (təbiət- Tanrı, yaradılış, insan; təhsil: dil, əxlaq, zanaat, tibb; tarix- dünya tarixi)  ibarət idi.
 Ensiklopediyaların təsnifatında, onların tipoloji xüsusiyyətlərinin müəyyənləşdi¬ril¬mə¬sində tarixən yaranan nümunələrin araşdırılması mühüm məsələ kimi hələ qədimdən bütün tərtibçi-müəllifləri düşündürmüşdür. Çünki ən uyğun və sərfəli yol seçməklə, qarşıya qoyulan məqsədə nail olmaq üçün, əsərin oxucuya verəcəyi faydanı əsas götürməklə zaman-zaman yaranan ensiklopediyaların hamısında tərtib prinsiplə¬rinin rolu həmişə özünü göstərmişdir. Məsələn, qədimdən bu işlə məşğul olan flosoflar öz zamanında “mövcud olan elmlərin hamısını bir araya  gətirmək və bunun sayəsində təfəkkür və elm arasında bir bağlantı qurmağı  qarşılarına məqsəd olaraq qoyurdular və hər işdə bu məqsədin daha uyğun şəkildə həyata keçirilməsini əsas götürürdülər” (3, 217).
 Ensiklopediya tarixində xüsusi dönüş yaradanlardan biri də tərtibçi-müəllif Spensippos olmuşdur. O özünün məşhur əsəri olan “Similitudes”-də aşağıdakı ardıcıllığı əsas götürmüş və 4 elm sahəsini bu sıralama ilə vermişdir: təbiət, tarix, riyaziyyat və fəlsəfə. Romalıların ilk ensiklopedisti hesab olunan Markus Terenyius Varro tərəfindən e.ə.50-ci illərdə qələmə alınan “Disciplinarium Libri IX” əsərində  isə 9 əsas mövzu: qramatika, məntiq, ritorika, həndəsə, tibb,  memarlıq, riyaziyyat, astronomiya və musiqi yer almışdı.  Ensiklopediyanın təsnifatında mövzuların əsas prinsip kimi üçlü (trivium) və dördlü (quadrivium) elm sahələrini əhatə etməsi də vacib sayılmışdır. Üçlükdə: dilçilik, məntiq, ritorika; dördlükdə isə: həndəsə, riyaziyyat, astronomiya, musiqi nəzərdə tutulurdu.
 Ensiklopediyaların quruluşu mövzusundakı sonsuz mübahisələrin bir çoxuna Franzic Bekon   “İnstauratio mogna”  (“Böyük yenilənmə”, 1620) əsəri  ilə yeni bölgü sistemi yaradaraq son verdi.  Bekonun qəbul etdiyi təsnifat bölgü sistemi belə idi: xarici aləm -  astronomiya, metereologiya, coğrafiya, minerallar, bitki ve heyvan növləri; İnsan - anatomiya, fiziologiya, insan bədəninin xüsusiyyətləri, gücü və fəaliyyəti; İnsanın təbiət üzərində təsiri (tibb, kimya, vizual sənətlər, hisslər, duyğular, əqli nailiyyətlər, memarlıq, rabitə, mətbuat, əkinçilik, dənizçilik, riyaziyyat və s. Bekonun bu planı, ensiklopediyaların məzmununa yeni elmi və praktik bir forma vermişdir. Bu tərtibat sistemi, eyni zamanda, ensiklopedistlərə elmin tam,  əhatəli və bir-birindən fərqli formalarını da irəli sürmüşdü. Bekon bu tərtibat prinsiplərini elə əsaslı şəkildə qurmuşdu ki, bunun təsiri  ondan 130 il sonra, 1750-ci ildə Didronun tərtib etdiyi ensiklopediyada da özünü  tamlıqla göstərmişdir. Didro əsərinin ön sözündə Bekonu yada salmış,  ona mənən borclu olduğunu söyləmişdir (2, 126). Bekonun planından təsirlənən  və ondan çox səmərəli istifadə edən Coleridgen yaratdığı “Ensiklopedia Metropolitana” kitabında (1817) beş əsas bölmədən  istifadə etmişdir. “Ana Britanika” ensiklopediyasında bu bölmələr aşağıdakı kimi göstərilmişdir:
 1) Qatqısız  elmlər: formal elmlər – filologiya, məntiq, riyaziyyat və gerçək elmlər – metafizika, əxlaq, ilahiyyat. 2) Karma elmlər – mexanika, hisrostatik, qaz elmləri, optika, astronomiya və uyğulamalı elmlər  – fəlsəfə, incəsənət, yararlı sənətlər, təbiət tarixi, təbiət tarixinin  uyğulanması. 3) Xronoloji sıra ilə verilən bioqrafik  və tarixi məlumatlar; 4) Müxəlif  mövzuların və sözlərin izahı, coğrafiya lüğəti, fəlsəfə və etmoloji sözlük 5) Analitik təhlillər (2, 126).
 Ensiklopediya kirtab tipinin formalaşmasında mövzunun bu cür sıralanmasından uzun müddət istifadə olunmuşdur.
 Sahə elmlərinin hamısının, hansı ardıcıllıqla verilməsi, hansı elmə nə qədər yer ayrılması, hansı məqalədə şəkil, xəritə və cədvəl  verilməsi, materialların seçildiyi  mənbələrin, müəllifin göstərilib-göstərilməməsi məsələsi, yəni hansı məqalənin  kim tərəfindən yazılmasını və yaxud məlumatın haradan götürülməsinin  məqalə sonunda göstərilməsi kimi  məsələlər həmişə ciddi mübahisələrə səbəb olmuşdur. Bəzi ensiklopediyalarda terminlərin (difinisiya) başqa dillərdəki mənalarının verilməsi, əsər və müəllifinin adının əslində olduğu, yaxud ləqəb, titul kimi və ya başqa  formada  əksini tapması, əsər adının tərcümə olunub-olunmaması həm keçmişdə, həm də indi  müvafiq mərkəz və mütəxəsislərin arasında müzakirə mövzusu olaraq qalmaqdadır.
 Heç şübhəsiz ki, bu günədək olduğu kimi, bundan sonra da zaman keçdikcə meydana gələn yeni ensiklopediyalar eyni zamanda sözügedən nəşrlərin hazırlanması texnologiyası, quruluşu və tərtibat prinsiplərinin elmi-metodoloji izahı sahəsinə də öz töhfəsini verəcəkdir.
 

 РЕЗЮМЕ

 Большинство произведений, относящихся к энциклопедичному типу книг, в научной литературе были подготовлены по принципу районирования. Эти произведения были опубликованы, собрав в себе сначала одну, позже несколько сообщений научной сферы. Каждая область науки была размещена в этих книгах как отдельный раздел, то есть самостоятельно. Тема энциклопедии и какую науку, в какой степени она может  отображать, каким ее областям отдается большее предпочтение, какая наука следует после других всегда было спорным и подготовленные книги именно по этому показателю оформления отличаются друг от друга.

 SUMMARY

 The majority of the works concerning to encyclopedic type of books, in the scientific literature have been prepared by a principle of regionalism. These works have been published, having collected in itself at first one, after some messages of scientific sphere. Each area of a science has been placed in these books as separate section, that is independent. The theme of the encyclopedia and what science, in what degree it can display, to what its areas is given more preference, what science follows after others always was disputable and the prepared books on this indicator of registration differ from each other.

 Ədəbiyyat:
rus dilində
 1. И.Л.Шурыгина. Научная литература в книге «Редак¬тирование отдельных видов литературы». -М.: изд. «Книга». 1987, гл.4, стр 238.
türk dilində
 2. “Ana Britanika", -Türkiyə: 1992 cild.2.
 3. “İslam Ensiklopediyası”, -İstanbul: 1991 cild 3.

 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az