Azərbaycan Qaçıqın və Məcburi Köçkün Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə konfrans keçirib
Bu gün “Kaspian Plaza” otelində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə “Heydər Əliyev- əbədi yaşar liderimiz” mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov Heydər Əliyevin keçdiyi həyat yolundan, 1993-cü ildə 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin xilası istiqamətində fəaliyyətindən danışıb.
O çıxışında 1993-cü ildə Azərbaycanın milliliyini itirmək təhlükəsi olduğu bir vaxta Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəldiyini və qısa müddətə ölkədə baş verən hərc-mərcliyə son qoyduğunu, cəbhədə atəşkəsə nail olaraq ordu quruculuğunun yaradılmasını təmin etdiyini diqqətə çatdırıb.
“Ümummilli lider Azərbaycanın sosial-iqtisadi inkişafının, güclü daxili və xarici siyasət kursunun həyata keçməsinin, ölkədə ən böyük beynəlxalq layihələrin təməlini qoydu”,- deyə şura üzvü əlavə edib. O həmçinin bildirib ki, Heydər Əliyev Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğı ilə dövlətimizin inkişafında gənclərin rolunun artırılmasının təminatçısı olub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunu layiqlə davam etirərək Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirib”.
Daha sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Dilarə Vəliyeva çıxışında Heydər Əliyevin sağlığında gənclərə böyük diqqət yetirdiyini qeyd edib. O, Heydər Əliyevin sayəsində hələ Sovet dövründə Azərbaycanın bir sıra iqtisadi və siyası uğurlara imza atdığını xatırladıb.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramlı da çıxış edərək Heydər Əliyevi XXI əsrdə türk dünyasının ən böyük şəxsiyyəti kimi xarakterizə edərək onun gənclərin xaricədə beynəlxalq standartlara uyğun təhsil almalarına xüsusi diqqət yetirdiyini bildirib.
QHT Şurasının üzvü Gülarə Hüseynova da çıxışında Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda vətəndaş cəmiyyətinin geniş vüsət aldığını qeyd edib.
Daha sonra tədbir Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələrinin çıxışları ilə davam etdirilib.
(Qaynaq: SİA/ Rəsul Mursaquliyev)
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib HABİL YAŞAR, 11 Dekabr, 2009 14:19:44ALLAH RƏHMƏT ELƏSİN HEYDƏR ƏLİYEV CƏNABLARINA QƏBRİ NURLA DOLSUN AMİN!







YENİLİKLƏR