Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Sözün itirdiyi adam

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 Elbrus ƏRUD /apa12@mail.ru  

 

 (Elçin Səlcuqun xatirəsinə ithaf edirəm)

 İndiyə kimi haradasa, kiminsə elan elədiyi “bir dəqiqəlik sükut”a qoşulub, minlərlə insanı yad eləmişəm. Hər dəfə də içimdə “bir dəqiqəlik sükut”a etiraz olub. Adamlar heç otuz saniyə başa çatmamış sükutu pozmağa tələsiblər. Bir də ki, adam var, onun ölümü səni nəinki bir dəqiqəlik, bir ömürlük sükuta qərq eləyir. Özü də bu sükutu kimsə elan eləmir, adam elə durduğu yerdə donur...

 Jurnalistika həyatımın mənasına çevrilən vaxtdan bəri gözüm yolda, qulağım səsdə olub. Həmişə xəbər sorağında olmuşam. Mənim üçün hər şey xəbərə oxşayıb, ya da mən oxşatmağa çalışmışam. Şahidi olduğum ən dəhşətli hadisələr belə tükümü tərpətməyib, içimə informasiyadan başqa heç nəyi buraxmamışam. Jurnalist olduğum yadımdan çıxmayıb...

 Ancaq bayaq belə olmadı. Qan Turalı zəng eləyib jurnalist Elçin Səlcuqun vəfat etdiyini dedi. Ha elədim, özümü jurnalist kimi saxlaya bilmədim.

 Bununla dördüncü dəfədir ki, xəbər məni tok kimi vurur. Birinci dəfə Adil Qaçayoğlunun öldüyünü eşidəndə iflic olmuşdum, sonra Məmməd Nazimoğlu, bu ilin yanvarın 20-də Oqtay Məmmədovun, yarım saat əvvəl isə Elçin Səlcuqun...

 Onlardan təkcə Oqtayla dostluğum olub, o birilərinin isə yazıları ilə dost olmuşam. Məncə, ən səmimi dostluq da kiminləsə elə bu yolla oturub-durmaqdı. Elçin Səlcuqu şəxsən biri iki dəfə Baksovetdə, çiynində boz çanta, kiminləsə gah şirin-şirin, gah da əsəbi halda mübahisə eləyəndə görmüşəm.

 Deyirdilər həddən çox içir. Elə onun ölümünün səbəbi kimi də məhz içkini göstərəcəklər. Ancaq kim nə deyir-desin, bu belə deyil! Mənim bir dayım var, altmış ildir içir, heç indiyə kimi bir dənə başağrısı dərmanı da atmayıb. Mənə elə gəlir, jurnalistlər həssaslıqdan ölür. Kim həyatı daha çox hiss eləyirsə, ölüm də onu daha tez hiss eləyir...

 Hər dəfə jurnalist öləndə bədənimin bir hissəsinin yoxa çıxdığını hiss eləyirəm, qolum-qanadım sınır. Elə bilirəm təkcə adamlara yox, bütün canlılara itki üz verib. Nəfəsim tıncıxır. Sanki dünyanın ən nəhəng ağaclarından biri şaqqıltı ilə yerə çırpılıb, bəşəriyyətin laqeydlik qoxuyan havası bir az da ağırlaşıb...

 Elçin Səlcuqun ölüm xəbəri eşidəndən sonra otaqda qala bilmədim. Dəhlizə çıxdım, başımı həyəcanlı halda otaqlardan birinə soxub “Elçin Səlcuq öldu”-dedim. Otaqdakılardan heç kəs başını belə qaldırıb mənə baxmadı. Yəqin bu adamlar mənim bir jurnalistin ölüm xəbərini verdiyimi hiss eləmədilər. Bizi nə yaşayanda hiss eləyirlər, nə də öləndə... Ancaq eybi yox. Lap bu ölkədə də heç kəs jurnalistin öldüyünü hiss eləmədisə də, Söz nə itirdiyini mütləq hiss elədi...

(Qaynaq: LENT.AZ)

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 22 Dekabr, 2009 12:38:46
    uğurlar!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az