Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Bu torpaq yenidən vətənləşərkən...

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 Fazil Əhməd BAHADIR (1958, Kayseri- TÜRKİYƏ)

 YARIM QALAN ŞEİR

 

 Sənə bir şeir yazacam,
 Mürəkkəbi qan,
 nöqtələri intiqam olacaq.
 Vergülləri xəncər kimi
 ürəyini oyacaq.

 Sarıqamış olacaq
 üfüqündə qar bəyazı.
 Əllərin utanaraq
 Uzanarkən istiyə,
 Səsini duyacaqsan Yəmənin.
 Nənənin göz yaşı qarışacaq
 ovuclarında,
 Mübarək qanına babanın.

 Hər gecə,
 Minlərlə darağacı
 böləcək yuxunu,
 və minlərcə
 Kaymakam Kamal bəy,
 Xəyanət
 yağlı kəndir olub
 boğazına keçmədən öncə,
 Sənə əmanət edəcək
 yetimlərini.
 Sən
 acizanə ağlarkən,
 Neçə yüz illik dövlətin.
 Yarana basa-basa
 Gülüb keçəcəklər,
 İllərcə sürəcək yasına.
 Kaftanı sırıxlı,
 Köksü nişanlı,
 Dönmələr, devşirmələr.
 Divardakı bir rəsmə
 dalıb,
 dolacaq gözlərin.
 Anan hələ yasında,
 Atanı vuran itsə,
 müstəqil adasında
 vergisiylə bəslənərkən babanın.

 Sənə
 bir şeir yazacam,
 hər misrası
 lətif sözlü.
 Hər beyti
 Bir şah beyt olacaq.
 Lakin yarım qalacaq,
 Onu
 Sən tamamlayacaqsan
 İgidim!
 Poladı qəzəblə bələnmiş,
 Qəbzəsi sədəfli,
 Bir türkmən xəncəri kimi
 Saplandığın gün,
 Xəyanətin ürəyinə.

KƏRKÜK TÜRKÜLƏRİ

Türküsü dilimizdə,
Torpağı əldə Kərkük,
Kim cızdı bu sərhəddi?
Ayırdı türkdən türkü.

Din qardaşı zalım,
Qan qardaşı hissiz,
Dil olur türkülər
Məzlum ahına.
Türkülərə tökər dərdini,
Türkülərdə aölar Kərkük
Çarəsiz...

Torpağımın,
İnsanımın səsidir,
Türküləri burum-burum,
Türk qoxuyar.
Yurddan səslər Korosunda səslənər.
Səslənər ki
Kərkük niyə
Sərhədin o üzündə,
İraqda bir yerdədir?

Gündüzləri gecədir,
Adı iki hecadır,
Kərkükdəki türkmənin
Görən halı necədir?

Soruma cavab gəldi,
Türkülərin dilindən,
Küskün, üzgün, yaralı
Milyonlarca könüldən.

Kərkükdə türk dedilər,
Dərdi böyük dedilər,
İraqda qalan türkün,
Boynu bükük dedilər.

BU TORPAQ NƏLƏR GÖRDÜ

Bu torpaq
yenidən vətənləşərkən,
xainlər də gördü,
qəhrəmanlar da.
Adına daş tikilən də oldu,
Unudulanlar da,
adsız məzarlarında.

Məsəl deyil, həqiqət,
Bir millətə top yekun
Kəfən biçildiyi gün.
Yaşatmaq əzmiylə
Ölümə inad
Şahə qalxanları
Gördü bu torpaq.

Toyda gəlinlik qızına,
Bayramda
qurbanlıq qoçuna,
cəbhəyə gedəcək oğul saçına
xına yaxanları
Gördü bu torpaq.

Qundaxda körpəsini,
buraxıb beşiyində,
Mauzer qundağına uzanan əllər,
“Ya istiqlal, ya ölüm!”
Deyənlərin ardinca
Yüyürən gəlinlər
Gördü bu torpaq.

Yol uzun, zaman qısa,
Qar yağar,
Kağnı gıcırdar.
Uşaq-muşaq
Üşüyər, ağlar.
Islanırsa millət malı
Bunca əmək nəyə yarar.
Yavrusunun örtüsünə
Mərmi sarıyan analar,
Ağla sığmaz şeylər
Gördü bu torpaq.

Boşunamı axdı, oyuq-oyuq qan?
Bununçunmuydu çəkilən dərd?
Nə tez unutduq dünəni,
Söyləməyə dilim gəlməz bu günü.
Gözlərində çoxulduzlu bir pərdə,
Vicdanları dustaq mədələrində,
Utanmadan babasının
sümüyündən, qanından
tarla satar kimi,
miras malından,
Vətən satanları da
Gördü bu torpaq.


 (Uyğunlaşdıran Həyat ŞƏMİ)

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az