Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"Dağ Kolanı dastanı"nın müzakirəsi keçirildi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Dünən AYB-nin NATƏVAN Klubunda DGTYB Təftiş Komisyonu başqanı şair Namiq Hacıheydərlinin "Dağ Kolanı dastanı" poemasının müzakirəsi keçirildi.

 Tədbirin aprıcısı Əkbər Qoşalı bildirdi ki, Namiq Hacıheydərli yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindəndir. "Onun müzakirəyə çıxarılan əsəri ötən il "Vektor" Nəşrlər Evində işıq üzü görüb. Biz bu müzakirəni oxucular kitabla tanış olduqdan bəlli bir zaman sonra keçirdik ki, dəvət edilən dəyərli ziyalılarımız onunla ətraflı tanış olmağa imkan tapsınlar. Biz tanınmış ziyalılarımızın bura gəlişini həm yazara, həm də ümumən Kitaba, Ədəbiyyata qayğının ifadəsi kimi qiymətləndiririk."

 Fikrinə davam edən natiq dedi: "Yazarın məhz poema janrında qələmini sınaması da diqqətçəkən məqamdır. Çünki yeni ədəbi nəslin nümayəndələri arasında poema janrına müraciət edənlər çox az saydadır. Digər tərəfdən müəllif poemada insanların dili ilə deyil, məhz tərk edilmiş yurd yerinin, onun dağının-dərəsinin, qurumuş bulağının, kol-kos basmış yolunun, tək ağacının dili ilə fikirlərini ifadə edir, təbiəti obrazlaşdırır..."

 Müzakirələrdə ATXƏM başqanı İlham İsmayılov, professor Əjdər Ağayev, "Kür-Xəzər" XC-nin sədri Akif Kərimov, şairlər Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə, Fərqanə, Musa Ələkbərli, Balayar Sadiq, Ələmdar Cabbarlı, yazıçı Allahverdi Eminov və başqaları çıxış edərək "Dağ Kolanı dastanı"nın məziyyətlərini fərqli açılardan dəyərlərndirdilər.  

 



Yorumunuz comment Şərhlərə görə (3 göndərilib)

  • Yerləşdirilib Eluca Atali, 01 Fevral, 2010 04:45:14
    Namiq Haciheyderli yurda, ele baqli adamdir. Onda ezeli kendcilikden gelen sadelik, semimiyyet, her sheyden önce isti qan var. O, hec neye hec neye soyuq baxişla baxa bilmir. Bu sebebden de onun eserlerini - ister kiçik hecimli şeir, isterse de poema olsun oxuyanda adam onun üreyini duyur. Bir senetkar üçün esas olan eserlerinde üreyin görunmesidir. Men Namiqin qelem mehsullarini elime alanda onun üreyi ile salamlaşiram. "Dağ Kolanı dastanı"ni özumle Vetenden qurbete getirdim ki, Vetnenin heraretini her zaman evimde hiss edim - dünyanin quzey nöqtesinde.
  • Yerləşdirilib Elcin Isgenderzade, 01 Fevral, 2010 04:43:03
    Eziz Namiq bey! Seni Parisden salamlayiram. Seferde oldugum ucun tedbirde istirak ede bilmedim. Ürekden tebrik edirem. "Dag kolani dastani" yurda ve Vetene bagliligin cağdaş uverturasidir. Tanri hec bir ovladini bir an da olsun yurdsuz ve Vetensiz etmesin. Yeni eserler ümidiyle, tekrar tebrik edirem. Prof. Dr. Elcin Isgenderzade
  • Yerləşdirilib habil yaşar, 29 Yanvar, 2010 12:58:45
    Əziz qardaşım Namiq bəy sən hər şeyin ən yaxşısına layiqsən.Sənə yeni yeni uğurlar!Allah hər zaman səninlə olsun və səni qorusun!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az