Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə maliyyələşdirdiyi layihələrin monitorinqinin əsas nəticələri
Şura katibliyinin monitorinq planına uyğun olaraq, katibliyin əməkdaşları Şura tərəfindən maliyyələşən layihələrin monitorinqini həyata keçirmişlər. 2009-cu ildə Şuranın maliyyə dəstəyi ilə reallaşdırılan layihələrin monitorinqi haqqında aşağıdakı məlumatlar hesabat toplantısında ictimaiyyətin diqqətinə çatdırılmışdır.
2009-cu ildə icra olunmuş layihələr üzrə keçirilən monitorinqlərin əsas nəticələri:
· Şura tərəfindən 247 layihə maliyyələşdirilmişdir.
· Bu layihələrə 260-dan çox monitorinq aparılmışdır.
· 9 QHT layihəsinin monitorinqi üçün lazımı şəraiti yaratmamışdır.
· 16 QHT-nin sənədləşmə məsələlərində müəyyən problemlər olmuşdur.
· 13 QHT-nin sənədləri layihənin bütün gedişini özündə tam şəkildə əks etdirmir.
· 36 QHT həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını zəif təşkil etmişdir.
· 20 QHT müqavilə öhdəliklərinin yerinə yetirilməsində müəyyən nöqsanlara yol vermişdir. Şura Katibliyi əməkdaşlarının ciddi səyi nəticəsində bu nöqsanlar aradan qaldırılmışdır.
· 50 QHT layihəni müqavilə üzrə nəzərdə tutulan vaxtda başa vura bilmədiyi üçün layihənin müddətinin uzadılması ilə əlaqədar katibliyə rəsmi müraciət etmiş və bu müraciətlərin hamısı nəzərə alınmışdır.
· 25 QHT yekun hesabatlarını müqavilə üzrə nəzərdə tutulan vaxtda təqdim etməmişdir.
Görülən işlər və əldə olunan nəticələr
1. Layihələrin icrasına cəlb olunmuş işçilərin sayı:
· Daimi - 589 nəfər
· Müvəqqəti - 501 nəfər
2. Layihə çərçivəsində alınmış avadanlıqların sayı:
· Kompüter - 59 ədəd
· Printer - 37 ədəd
· Surətçıxaran - 10 ədəd
· Digər müxtəlif – 139 ədəd
3. Keçirilən tədbirlərin sayı
· Təlim - 245
· Seminar - 188
· Digər tədbirlər - 938
4. Layihə çərçivəsində nəşr olunan materialların və yaradılan saytların sayı
· Kitab - 53
· Buklet - 55
· Broşur - 44
· Digər - 75
· Sayt - 12
5. Keçirilmiş tədbirlərin iştirakçılarının sayı:
· Təlim - 18 961 nəfər
· Seminar - 8 431 nəfər
· Digər - 51 715 nəfər
6. Faydalananların ümumi sayı: 106 mindən çox
· Uşaqlar - 19 090 nəfər
· Gənclər - 29 482 nəfər
· Digər - 57 683 nəfər
· Kişi - 60 233 nəfər
· Qadın - 48 304 nəfər
Çatışmazlıqlar və zəif tərəflər:
· Şura katibliyi ilə əlaqələrin düzgün qurulmaması;
· Layihə üzrə həyata keçirilən işləri və əldə olunan nəticələri qiymətləndirmək bacarığının zəif olması;
· Həyata keçirilən tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmaq bacarığının zəif olması;
· Layihələr çərçivəsində nəşr olunan materialların keyfiyyətinin zəif olması;
· Hesabatların gecikdirilməsi.






