Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən 1997-ci ildən başlayaraq hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri günü kimi qeyd olunur. Gənclər gününün geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. 2 fevral – Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş yaradıcı gənclərin ödülləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” təsis edilib. Ödülün təsis edilməsində əsas məqsəd elm, mədəniyyət, təhsil, iqtisadiyyat, dövlət idarəçiliyi sahəsində və respublikanın ictimai-siyasi həyatında başarılar əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq, onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaqdır.
Fürsətdən istifadə edib, gənclərimizi, özəliklə yaradıcı və təşkilatlanmış gəncləri təbrik edir, yeni-yeni uğurlar diləyirik!
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib habil yaşar, 02 Fevral, 2010 10:04:29mən də öz adımdan bütün Azərbaycan gənclərini təbrik edirəm!







YENİLİKLƏR