SALAM-ƏLEYKÜM
Ustad Molla Cumaya
Salam sahibi haqdı, haqqa Salam-Əleyküm!
Ədlü-Adil əyləşən taxta Salam-Əleyküm!
Küllü-aləm bir ola, bir annı əylədəmməz,
Vaxt bir Allah görküdü vaxta Salam-Əleyküm!
Ötəridi hər nə var - dərddi, məzədi, meydi,-
Onu bir bilən bilir - nə yamandı, nə yeydi.
Göz görür, ağıl kəsir, baxt-yığval ayrı şeydi,
Həm olan, həm olmayan baxta Salam-Əleyküm!
Yaz, İbrahim İlyaslı, söylə sözün ilkini,
Nə zamandı sinəndə bir həqiqət silkini.
Ustad, bir əməl yıxır könüllərin mülkünü -
Saxta Əleyküm-Salam, saxta Salam-Əleyküm!
MÜƏMMA
Nə sirri-xudasan, baş açmaq olmur,
Nə məğzi-pünhansan, anlamaq çətin?
Adamı adama qul eləməkdi
Bineyi-qədimdən işin, sənətin.
Hörmətin, xətirin hamıdan başda,
Qədirin, qiymətin aləmə bəlli.
Sənin üstündədi bütün savaşlar,
Sənin ovcundadı şeytanın əli.
Min bir qiyafən var, min bir adın var -
Doğmasan, əzizsən, yadsan, yağısan.
Zəhər tuluğusan - şirin balın var,
Könül xoşluğusan, sinə dağısan.
Varımsan - ərkim var hökmdara da,
Yoxumsan - nəyim var quruca sözdü.
Biri sığalından xumarlanmada,
Biri kötəyindən qan qusur - düzdü.
Xeyir baltasısan, şər külüngüsən,
Meydanın genişdir, matahın baha.
Di gəl, sən yazıq da bizim günlüsən,
Sənin də urvatın qalmayıb daha.
HARDASAN DÜNYANIN
HALAL ADAMI?
Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?-Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.
Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?
Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?
Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.
Hardasan dünyanın halal Adamı?-
Sən haqsan, sən varsan!-Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.
DƏVƏSİ ÖLMÜŞ ƏRƏBİN DƏRDİ
Qalx, ərəb, qalx yeriyək
Külək qalxacaq, külək.
Səhra qum çadrasını
Başımıza örtəcək.
Nəriman Həsənzadə
Nə ərəb tərpənir, nə külək kəsir,
Sovurur səhranı belədən-belə.
“Yenə bir həsirdi - bir Məmmədnəsir”,
Bir də gözlərindən sellənən sudu -
Yoğurur səhranı belədən-belə.
Yerdən od püskürür, göydən qan yağır,
Təbrizli, Bakılı “”ərəb”“in üstə.
Min ildi yağanlar buracan yağır,
Yağır Ərdəbilə, yağır Dərbəndə.
Müsəlman gavurdan nicat gözləyir,
Döşənib ağrıyan tərəfi üstə.
Gah yadı qənimdi, gah da qardaşı,
“Ərəb“ ağlamasın - “ərəb”“ neyləsin?
Şuşa qalasından, Qoşqar dağından
Muğan düzlərinə atılıb daşı,
Qara günə qalıb Qarabağları,
Qara bağlamasın “ərəb”“ neyləsin?!
Gah Moskovdan gəlir, gah Nyu-Yorkdan,
“Qaxılıb yerində otur!“ - fərmanı.
Bu millət görür də, bilmək istəmir:
Onu yurd-yuvaya qaytaran deyil,
Urusun “ Qırmızı papaq“ nağılı,
İngilisin “Ötür-ötür“ fərmanı.
Nazbalınc qoyulub başının altda,
Layla çalanların çoxalıb sayı.
“Qrant“ əmizdirib bihuşdarıynan,
Sırımaq istəyir Azərbaycana,
Avropa yeni bir “Gülüstan”“ payı.
Səksən bayrağı var səkkiz milyonun,
Qalıb umuduna səksən namərdin.
Təkcə dəvə dərdi olsa nə vardı,
Səkkiz milyon ruhu xəstə dərdidi,
Mən dəvəsi ölmüş ərəbin dərdi,
Sən dəvəsi ölmüş ərəbin dərdi!
HİRSİN NƏZMİ
Axır gəlib haqq nahaqqa
Calandı, canım, calandı.
Qisas qurdla qiyamətə
Qalandı, canım, qalandı.
Nə bizdən oldu hərəkət,
Nə göydən endi bərəkət.
Bu yetim, yesir məmdəkət
talandı, canım, talandı.
Nə qohumuq, nə də yadıq -
Elə hamımız bir zadıq.
Deyirlər guya adamıq,
Yalandı, canım, yalandı!
VAXTIDI
Könül, bir azca toxtaq ol,
Yağının şölən vaxtıdı.
Dizini bərkit, qəmlərin
Qoşunnan gələn vaxtıdı.
Üsyan deyir için-çölün:
Yetər, qafil!-Görün, görün!
Ürəyində açan gülün
Köksünü dələn vaxtıdı.
Dərya boyuncadı, batma
Gördüyün yuxudu, qatma.
Qayğına bələnib yatma,
«Qanına bələn!» - vaxtıdı.
Yorumunuz
Şərhlərə görə (4 göndərilib)
-
Yerləşdirilib Aşık Korhani/Kanber ORHAN, 09 Mart, 2010 02:32:56Merhaba Gönül Dostlarım, 8 Mart Dünya Emekçi Kadınlar Günü dolaysıyla 2009 yılında yazmış olduğum TAÇTIR KADINLARIMIZ Adlı Şiiri Sayfa 7/122 Paylaşımı http://www.antoloji.com/siir/siir/siir_SQL.asp?sair=64890&siir=1138681&order=tarih Kadınlarımız Cinsiyet ayrımı cahilin işi. Başımızda taç’tır Kadınlarımız. İşleme güzel dost İnsanlık suçu. Soframızda aştır Kadınlarımız. En ön saflardadır bütün kavgada Erkeğe yoldaştır, dertte sevdada. Anılması abes sene de ayda. Göz üstünde kaştır, Kadınlarımız. He mi Anamız dır hem de yarimiz. Olur mu cennette onsuz yerimiz. İnsanlık yolunda pir önderimiz. Her savaşta baştır, Kadınlarımız. Tarladan geliyor elinde orak. Üstünde balyozdur bu kahpe firak. Yar ile beraber menzile varak. Sevgiye muhtaçtır Kadınlarımız. Bir güne sığar mı anlamak onu. Beyaz, siyah olsun renginin tonu. Tez gelir Kadınsız dünyanın sonu. Kem gözlere taştır Kadınlarımız. Âdem de Havva’ydı, Kerem de Aslı. Onsuz gönül dağım boranlı puslu. Yâre bir sözüm yok yar benden uslu. Gözümüz de yaştır kadınlarımız. Emekçi kadının günü sekiz mart. Zulme başkaldırdı bak gene Fırat. Kadına vız gelir mahşerde sırat. Muhabbette Hacdır Kadınlarımız. İsyanda haklıdır, gönül neferi. Öküzden sonraysa sofrada yeri. Âdemden Havva’dan ta Nuh’tan beri Sevilmeye açtır kadınlarımız. Sıçradı kavgamız güneşe aya. Bak şimdi tutuyor atılan maya. Korhani baş koydu böyle kavgaya Her kavgada uçtur Kadınlarımız. Aşık Korhani/Kanber Orhan
-
Yerləşdirilib Akem Xaqan, 28 Fevral, 2010 11:35:49Duzu yazilari oxuduqca hardasa sevinirdim ki artiq yaxshi sher oxuyuram... Ifade formasi ve dil mensheyi qeleme sadiq biri, nashi olmadiginizi buruze verir. Buna shadam. Amma bu qeder muemmalara muemmali yanashma neycun? Oxucuya lazim olani axiracan vermeye niye xesislik edirsen? Axi bir az da aydin dushunmeye cehd elesen aydinliga cixarsan. Buna inaniram. Ugur olsun.
-
Yerləşdirilib Nazilə Gultac, 08 Fevral, 2010 04:22:44Azərbaycan poyeziya dünyasında şair İbrahim ilyaslının özünəməxsus yeri var. Bu dəyərli şeirlərə görə şairə sağ ol deyirəm. arzu edirəm ki, qələmi hər zaman gözəl şeirlər yazsın.
-
Yerləşdirilib Hafiz Hacxalil, 02 Fevral, 2010 09:40:36Saq ol Ibrahim bey. Konlunu haqqa verenler bu sheirleri oxuduqdan sonra bilecekler ki, sizin kimi bir turk eri bir zaman gedenlerin yolunu hele de gozleye-gozleye qalib. Sene eshq olsun.Amma bu gun turk erleri qanindan cox qemine ve qayqisina belenibler. Bu da gecer, elbet bir gun.







MÜSAHİBƏLƏR