Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

RAİSA SARBİ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 

 ***

 Sevgi hələ doğulmayıb,
 Çatıb doğum gününəcən,
 Mənsə çoxdan izləyirəm,
 gəlməyini gözləyirəm.
 Göz yaşı tökürəm birdən,
 Hönkürtüm içimdə qalır,
 Layla yazım qoy şəninə,
 Uzun-uzadı oxuyum,
 Doğulan məhəbbətimə.

 

 

 DOSTUMA

 Kənd yatır çayın dizində,
 Meşə yenə mürgü döyür,
 Qürub yanır göy üzündə,
 Suallar qəlbimi yeyir...
 Sən niyə susursan, əsgər?

Bir quş olub uça bilsəm,
Sərhədləri keçə bisəm...
Ağır-ağır gecə keçir...
“Əsgərliyin necə keçir?”
Sən niyə yazmırsan, əsgər?

 Göylər qara, iz tapmıram,
 Ulduz axdı uzaqlarda.
 Həyəcandan söz tapmıram,
 Verdiyin söz qaldı harda?
 Sən niyə susursan, əsgər...


 ***
Görüşdən görüşə,
Sətir-sətir fikirlərdən
katanpir  toxuyuram
zərif saplarla.
Efir-efir ilmələri
ürəyimin oduyla oxuyuram,
görüşdən görüşə.

Görüşdən görüşə,
kövrək arzulardan
xalça hörürəm
ürəyimin oduyla,
Bənd-bənd sevgi,
misra-misra saflıq
dərirəm,
Görüşdən görüşə.

Hələ ki, görüşməmşik,
Sən necə yaşamısan?
Ya mən necə yaşamışam-
bu günədək, bilməmişik.
Hələ də duymamışıq
deyəsən bir-birimizi,
duraq gedək,
görüşdən görüşədək.

***

Nahaq yerə deməyib sinoptiklər:
-Hardadır yanvarın şaxta qatları?
Sevincək küləklər yallı gedirlər,
Dağıdaraq yallarını atların.

Ağsaqqal qocalar heyrətlə dedi:
Büllur buz saraylar haraya getdi?
Bunu axıradək anlamaq gərək:
Bu yaza oxşayan qışa nə deyək?

Açması həm səndə, həm də ki məndə,
Yaşaya bilmərik bir-birimizsiz.
Aydınlıq yarandı ətrafımızda,
Asta təmasından əllərimizin.

ŞEİRİM ÜÇÜN

Bilirəm ki, sən varsan,
Pis gündə, yaxşı gündə.
Sən yağışsan, sən qarsan,
Göz yaşısan, gülüşsən.

Axı bilirəm, varsan,
Həm payızsan, həm yazsan,
Soyuq qışsan, isti yay,
Şirin içrə acı pay.

Bilirəm ki, sən varsan,
Müqəddəssən, cənnətsən,
şeytanın qisasısan,
Cəhənnəmsən, lənətsən.

Uzaqlarda olsan da,
Yaxındasan, yaxında,
Ən gözəl günümdəsən,
Könlümdə, qanımdasan.

Bu dəfə gəl, indi gəl,
Üzü gələn gündə gəl.
Şeirlərim – uşağım,
Gözlərimdə işığım.

Sənsiz günüm gün olmaz,
Mənsiz də mümkün olmaz.
Gəl ömrümə, Şeir gəl!
Xeyirli gəl, buyur gəl.

***

Sevgilim hər şeyi başdan başlayaq,
Olsun ilk görüşdə olduğumuz an.
Qəm-kədəri burax, qalsın arxada,
Sən məni, mən səni bulduğumuz an.

Sevgilim, üzündə zərif günəşlə,
Mənim qarşıma çıx, görüşümə gəl,
Sırsıra buzları ərit gülüşlə.
Uzat əllərini uzat əlbəəl.

Sevgilim, bunları çoxdan anladım,
Sənsiz həyat zəhər dadır, qəm dadır,
Sevgilim, dilindən düşməyir adım,
Harda qoşayıqsa, sevinc ordadır.

Sevgi nə sifariş, nə göstərişdir,
Qoyma ayrılığı düşsün araya,
Sevgilim, dərdi sevincə dəyişdir,
İlk görüş günləri çatsın haraya.
Qəm-kədəri burax, qalsın arxada,
Sənin gecikməyin məni qorxudur!

***

Çəkil kədər, çıx yolumdan,
Bir də görünmə gözümə.
Çəmənlərdən, düzlərdən keç,
Nəğmə olub qanadlan, uç!

Getdi sevdiyim neyləyim,
Yenə dərddə yanacammı?
Ondan kimə gileylənim,
Bilmirəm toxam, acammı?

Başıma oğlan qəhətmi?
Səni sevmək qəbahətmi?
Leysan getdi,
Günəş bitdi...
Göyqurşağı, göyqurşağı!
Nə gözəlsən, düş aşağı!

(Ruscadan Həyat ŞƏMİ çevirib)

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 03 Fevral, 2010 11:35:07
    Əhsən şeri yazanada onu tərcümə edib oxuculara çatdıranda

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az