Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

AĞAC

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 Habil YAŞAR

 

 Nə gec yeşərir bu ağac,
 Niyə belə gec böyüyür budaqları,
 Sərin mehdən töküləcək yarpaqları.
 Səbəb birmi, ya ikimi
 Bu ağacın kökü bəlkə su görmyib.
 Bircə damla suya möhtac sanki ağac,
 Birdən-birə böyüyəydi kaş ki, ağac.

Daha gecmi yetişəcək,
Düşünürəm dərin-dərin.
Bu ağacda gözü qalıb,
Ola bilsin
neçə-neçə
bədgözlərin.

 Dərdin nədir, desən, ağac,
 Dərmanım yox verəm, ağac.
 Bəlkə bizdən incimisən-
 saxlayırsan ürəyində.!?
 Etinasız yanaşmışıq. -
 Budağından,
                 yarpağından
 qıra-qıra
 böyüməyə qoymamışıq.
 Ya özündən incimisən.

Qabığında qırış-qırış
                           cadar-cadar
öz içindən yeyir bəlkə səni qurdlar.

Mən nə bilim, nə söyləyim,
Ola bilər tamam şair sözü.
Amma onu bilirəm ki,
Ağac kimi göz önündə
yavaş-yavaş məhvə gedir
dünya özü...
                    2008

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib mugeddes, 13 Fevral, 2010 15:29:29
    size tesekur edirem ki bele gozel hekaya yazmisiniz bunun ucun Allah sizleri ucaldarqa Islamin biliklilerinden etsin... Amin Amin Amin mugeddes
  • Yerləşdirilib Hafiz Hacxalıl, 10 Fevral, 2010 12:25:12
    Habil sənə uğurlar arzu edirəm.Bəli, bu gün dünya sənin şeirinin sonu kimidir.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az