Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

QARADAĞ AŞIQ MÜHİTİNƏ BİR BAXIŞ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Məhəmməd İbadi Qaraxanlı (ALIŞIQ)

 Qaradağ aşıq mühiti tarixcə qədim olduğu təkin əhatə dairəsi baxımından da genişdir. On səkkiz mahal Qaradağın hududlarından bir çox kənarlara qədər bu mühitin ifa tərzi gözə dəyməkdədir. Qaradağ aşıqlarının bir çox qismi Təbrizdə sakin olduqları üçün bu mühiti Təbriz-Qaradağ aşıq mühiti adlandırırlar. Ərdəbildən Culfaya, Culfadan Təbrizə, Təbrizdən Miyanaya, Miyanadan isə Ərbilə qədər ərazi ihatəsində yaşayan aşıqlar Təbriz-Qaradağ  aşıq tərzində çalıb oxumaqdadırlar. əlbəttə bu torpaqlardan bir çox sayda sənətkarlar köçüb Tehranda sakinləşərək eyni şivədə sənəti davam etməkdədirlər.
 Bu mühitdə aşıq qurupu üçlükdən təşkil tapır, aşıq (saz), balabançı, qavalçı, ancaq qavalın aşıq dəstəsinə qoşulmağı ən çoxu altmış - yetmiş il əvvəllərə qayıdır. Ondan qabaq aşıq dəstəsi bir aşıq və iki balabançıdan ibarət imiş ki, balabançılardan biri dəm saxlarmış.
 Bu mühitin adlı aşıqlarından Aşıq Qurbani, Aabbas Tufarqanlı, Xəstə Qasım, Meşkinlı Məhəmmzd, Meşkinli Mustafa, Kəleybərli Əli, Rafi, Gərgərli Məhəmməd, Mərəndli Allahi, Gümüşkəmər Ələsgər, Çariqçı Səməd, Gövganlı Əkbər, Hüseyn Cavan, Meşkinli Əsəd, Mərəndli Məmmət, Qəşəm, Həsən Qəffari, Əziz Şəhnazi və... işarə etmək olar.
 Təbriz-Qaradağ aşıq mühitinə aid olan saz havalarından, Ceyranı Kərəm, Qurbəti, Ağabəyi, Cəfəri, Qaradağ şikəstəsi, Qaradağ təcnisi, Heydəri və s.-dən ad çəkmək olar.
 Ancaq bu mühitdə yeniyetmə aşıq nəsli özlərindən yaxşı istedad göstərərək Borçalı, Göyçə-Gədəbəy və Şirvan havalarından mənimsəyərək ifa etməyə qadirdirlər.
 Güney Azərbaycanda aşıqların gəlir qaynağı toydandır. Xalq aşıqlara olduqca yaxşı dəyər verir. Bir və ya iki gün sürən toylarda təkcə ifaçı çalıb və oxuyan yalnız aşıq dəstəsidir. Ümumiyyətdə xanəndə olan toylarda aşıq, aşıq olan toylarda xanəndə gözə dəyməz.
 Yəqin ki YUNESKOda aşıq sənətinin səbtə çatmağı ilə bərabər Aşıqlar Birliyinin fəaliyyəti altda bu sənət daha da zənginləşib, inkişaf edəcəkdir.
 

 Təbriz

 

 

 

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib hüseyn, 19 Fevral, 2010 15:25:12
    salamlar çox yığcam və dəyərli məlumat verilib həqiqətən alışıq azərbaycan aşıq ədəbiyyatının bir ləngəridir başqa yazıların gözləyirik hüseyn əroğlu
  • Yerləşdirilib AZERBAY BUTOVYURD, 18 Fevral, 2010 08:46:57
    SALAMLAR. BELE YAZILARIN CHOX OLMASINI ISTERDIK. SAZ QEDER MILLI RUHU DIRI SAXLAYAN IKINCI BIR MOCUZE YOXDUR.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az