Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Əzrayıl can alır mələk donunda

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

BAĞMAN BABA 

 XƏBƏRİN VARMI?

 Mənə can-can deyən dostum,
 İçimdən xəbərin varmı?
 Ömür ötür, an gözləmir,
 Köçümdən xəbərin varmı?

Sahibi var lal daşın da
Fərman verir hər yaşında.
Qəbir qazan iş başında,
Biçimdən xəbərin varmı?

 Xeyir-şərimdə olmadın,
 Öldüm, yerimdə olmadın,
 Dünən birimdə olmadın
 Üçümdən xəbərin varmı?

Səhər haqqı, axşam haqqı
Peşəm anda qurşamaqdı.
Ölüm də bir yaşamaqdı,
Seçimdən xəbərin varmı?

 Xəyal köhlən atındadı,
 Göyün yeddi qatındadı.
 Ruhum hər gün qapındadı,
 Elçimdən xəbərin varmı?

 YENƏ O QIZ YADA DÜŞÜB

Göz önünə gəlib, getməz
Xəyalların sonu bitməz,
Əlim çatmaz, ünüm yetməz,
Yenə o qız yada düşüb.

Nə xoş gecə, bu gecə xoş
Həsrətindən oldum naxoş,
Ürəyimdə yeri bom-boş
Yenə o qız yada düşüb.

O deyərdi axı mənə -
Bir şeir yaz-oxu  mənə.
Haram olub yuxu mənə
Yenə o qız yada düşüb.

Toy libaslı, başında tac,
Hörükləri qulac-qulac.
Gözlərim görməyə möhtac
Yenə o qız yada düşüb.

 SİNƏMİN ÜSTÜNƏ BİR MƏLƏK QONUB

Diksinib ayıldım, yuxumdan, Allah,
Keçərəm varımdan-yoxumdan, Allah,
Sarılıb, yapışıb yaxamdan, Allah,
Sinəmin üstünə bir mələk qonub.

Saçları payızın sarmaşığıdı,
Gecəylə gündüzün qarışığıdı,
Göylərdən ələnən nur işığıdı
Sinəmin üstünə bir mələk qonub.

İlahi! Yaşayır göz yaşlarıyla
Cəllada dönübdü göz-qaşlarıyla.
Məni ovsunlayıb baxışlarıyla
Sinəmin üstünə bir mələk qonub.

Telə sığal çəkir külək donunda,
İşlədir min hiylə, kələk donunda,
Əzrayıl can alır mələk donunda,
Sinəmin üstünə bir mələk qonub.

 

 



Yorumunuz comment Şərhlərə görə (4 göndərilib)

  • Yerləşdirilib Əfqan Nəsirli, 24 Fevral, 2010 13:53:37
    Zəlimxan Yaqub yazıb ki: Ya saz öldürəcək, ya Xanlar məni... Mən də deyirəm ki, Ya Əkbər öldürəcək, ya Bağman məni. Əzizinəm, bağmana, Sözün deyin Bağmana. Meyvəsini dərməsəm, Güləcəkdir bağ mana... Yeni yaradıcılıq uğurları arzulayıram.
  • Yerləşdirilib Dilaver Kalas, 24 Fevral, 2010 07:00:31
    Ezrail melek deyil ?
  • Yerləşdirilib Hafiz Hacxalil, 23 Fevral, 2010 07:02:00
    He, qardaşım. Qələmin var olsun. Şeirlərin çox xoşuma gəldi. Burda türkün müqəddəs ruhundan doğulan göynərtilər məni kövrəltdi. Qələmin göyərsin, qardaşım.
  • Yerləşdirilib habil yaşar, 22 Fevral, 2010 08:34:46
    gözəl şerlərdir şair qardaşım! təşəkkür!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az