Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Şahinə KÖNÜL (AĞSTAFA)

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Tanrım, yerə sığmıram

 Tanrım, yerə sığmıram,
 Göyünə qaldır məni!
 Bu gen ömrə sığmıram,
 Ömür daraldır məni.
 
Çaşıb gəldim dünyaya,
Mənim yerim deyilmiş.
Yazdığım bu şeir də,
Mənim şerim deyilmiş.
 
 Tanrım, eşit səsimi,
 Mən ki, sənin bəndənəm.
 Yalanmış atam, anam,
 Ruh Səninsə, Səndənəm!
 
Məni Özünə qaytar –
Özünə çatsın ruhum.
Bəsdi, bu boyda yatdım,
Məni oyatsın ruhum.
 
 Bu gün
Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün. 
Tanrı sirr  saxlayırdı,
Sirrimi bildim bu gün.
 
Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.
 
Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.
 
 
 Məni
Ruhum dara çəkilir,
Bu dardan qurtar məni.
Gəl apar uzaqlara,
Gəl, burdan qurtar məni.
 
Buralar qan qoxuyur,
Qanlı qəfəs toxuyur.
Bir anadil oxuyur:
Ağar dan, qurtar məni.
 
Dolmuşam, yağım gedim,
Abrımı yığım gedim.
Gəlmişəm, çıxım gedim
Yaradan, qurtar məni!
 
 
 Bel bağlama
Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.
 
Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.
 
Varıb görmüşən sonu,
Görüb,  bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.
 
 
 Ömrüm
Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.
 
Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.
 
Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə   məndən  didərgin
Yaşadı, bitdi ömrüm.
 
 
 Mən
Ya Rəbb, sirrimi söylə,
Özümü tanıyım mən.
Bircə şerimi söylə,
Sözümü tanıyım mən.
 
Görüm hardan gəlirəm,
Hansı dardan gəlirəm.
Yoxdan, vardan gəlirəm?
İzimi tanıyım mən.
 
Görmürsənmi günümü,
Göy əskiyə düyülüb.
Ya Rəbb, göstər yönümü,
Üzümü tanıyım mən.
 
 
 Allah
Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!
 
Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.
 
Of... Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.
 
Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!
 
Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.
 
Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.

 

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Məhəmməd Nərimanoğlu, 14 İyul, 2010 15:04:14
    Mənim şairə bacım-anam, balam... (bolmirəm ki, yaşanmamış ömrünün hansı fəslindəsən-M.N.) Sənin ruhunun səsini bilmirəm ki, gec, ya tez eşitdim, sevindim, orijinal deyim formasında danışırsan ("yazırsan",-demirəm), əhsən bu səs və söz bulağından bircə qurtum udanlara və o səs və söz çeşməsinin çağlamasına yardımçı olan dostlara, xüsən də qələm və qəlb dostum Əkbər Qoşalıya! Mənə Sənin şeirlərindən nümunələr söyləyib, axtarmağa həvəsləndirən Qarabağlı şairəmiz Esmira xanıma da minnətdarlıqdan savayı nə deyə bilərəm. Elə ilk pıçıltının bir Türk hayqırtısı olduğundan qürurlandım, eşq olsun bu ilahi ruhun sahibinə! Mən "Azərbaycan" qəetinin mədəniyyət şöbəsinin əməkdaşıyam, 18 bədii, sənədli və siyasi-publisistik , tədqiqi kitabların müəllifiyəm. Ara-sıra mən də səsimi sizin səsinizə qoşmaq istəyirəm. Bu sətirləri də Sənə bir dəstə dağ çiçəkləri əvəzi dəstə tutdum, varını verən utanmaz. Gələm gözaydınlığına, Qanım süzülə-süzülə. Elə almasan canımı, Qalıb üzülə-üzülə. Dərdim səninkindən azmı?, Eylədiyin işvə-nazmı? Köksündəki şaxta-buzmu, Qalıb büzülə-büzülə. Bu nə eşqdi təzə-təzə, Dünya olubdu mey-məzə?! Dəm vermisən qara gözə, Dərddən əzilə-əzilə... Дярддян язиля-язиля.
  • Yerləşdirilib Namiq Haciheyderli, 02 Mart, 2010 06:25:07
    Salam Shahine xanim! sherlerinizi ilk defe ,,ulduz,, jurnalinin bu ilki yanvar nomresinden oxudum. Tam qetiyyetle deye bilerem ki, Siz SHAIRSIZ! Ugurlar arzu edirem. haciheyderli@box.az Qardashim Ekber beye eshq olsun - sechim yeteneyine ve boyuk ureyine gore!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az