Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

İhsan Doğramaçı vəfat edib

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 AMEA-nın fəxri üzvü 95 yaşında dünyasını dəyişib
 Türkiyə Ali Təhsil Şurasının (Yüksək Oyrətim Kurulu (YÖK)) yaradıcısı, dünya şöhrətli pediatr İhsan Doğramaçı vəfat edib.
 Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İhsan Doğramacı 1915-ci ildə İraqın Ərbil şəhərində anadan olub. Dünya şöhrətli pediatr 1938-ci ildə İstanbul Tibb Fakültəsini bitirdikdən sonra ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirib.
 1949-cu ildə Ankara Universiteti Tibb Fakultəsində dosent, 1954-cü ildə isə professor olub. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynayıb.
 İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olub. Sonra isə Paris Universitetinə müəllim təyin edilib.
 1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrənib.
1981-1992-ci illər arasında YÖK-ün sədri olan İhsan Doğramacı həmçinin, Bilkənd Universitetinin idarə heyətinin sədri olub.
 İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Hafiz Hacxalil, 26 Fevral, 2010 07:37:58
    Böyük türk insanı İhsan Doğramacıya uca Allahdan rəhmət diləyir və ruhu şad olsun deyirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az