Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Milli mənəvi dəyərlərimiz və müasirlik

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image


 

 Elməddin BEHBUD,

 “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri,
 BDU-nun müəllimi

 

 

 Dünyanın dərki, bəşər cəmiyyətinin inkişafı və idarə olunması, tarixi inkişaf mərhələləri məhz insanla, onun fiziki və intelektual təkamülü ilə bağlıdır. İnsanın isə canlı varlıq olaraq yetkinləşməsi, cəmiyyət həyatında gələcəkdə oynayacağı rol onun gənclik dövründə yön aldığı istiqamətdən, mənimsədiyi dəyərlər sistemindən çox asılıdır. Yenicə müstəqilliyini bərpa etmiş ölkə kimi Azərbaycan Respublikasında da yetişən gənc nəslə milli-mənəvi dəyərlərimizin mənimsədilməsi, milli prioritetlərin doğru-düzgün şəkildə aşılanması xüsusi önəm kəsb edir. Məhz şüurlu şəkildə milli kimlik ruhuna yiyələnməklə, yüksək elmi nailiyyətlərin müəllifinə çevrilməklə ölçüsüz inkişaf sürətinə malik bu günkü dünyada millətimizi və dövlətimizi layiqincə təmsil etmək mümkündür.
 Dünyada mövcud olan etnosların hər biri özünəməxsus xüsusiyyətlərə, dəyərlər sisteminə malikdir. Bu dəyərlər demək olar ki, hər bir millətin, xalqın pasportudur. Azərbaycan xalqı minillərin zəka, düşüncə süzgəcindən keçib gələn özünəməxsus mənəvi xəzinəyə malikdir. Yəni bizlər bu gün son dərəcə zəngin bir mənəvi irsin varisləriyik. Həmin bu irsin qüdrətindəndir ki, svilizasiyanın ən qədim mərkəzlərindən sayılan şumerlərdən üzü bu yana ötən min illər ərzində müxtəlif iqtisadi-ictimai formasiyalar, qanlı-qadalı müharibələr, yadellilərin işğalları bir millət olaraq bizləri-Azərbaycan türklərini, Azərbaycan xalqını milli-mənəvi dəyərlərdən uzaq sala bilməyib. Yerləşdiyi regionda qurduğu möhtəşəm dövlətlərlə daima cazibə rolu oynayan Azərbaycan xalqı üstün humanizmi, qonaqpərvərliyi, zəngin mədəniyyəti ilə seçilmiş, bəşəri dəyərlərin formalaşmasına da töhfəsini vermişdir.
 Zaman keçdikcə həyatın bütün sahələri kimi mədəni-humanitar sferada özünəməxsus şəkildə inkişaf edir. Dünyada hər nə qədər totalitar rejimli, qapalı ölkələr olsa da qloballaşmanın dövrün sürətlə inkişaf edən texnologiyalar vasitəsi ilə dövlətlər arasındakı sərhədləri aradan apardığı, lokal məkanın deyil, “dünyanın adamı, vətandaşı” olmağın hər fürsətdə təbliğ olunduğu bir zamanda bizimdə bir xalq olaraq qarşımızda müasir dövrdə bir sıra vacib məsələlər durur. Bu sıralamada ən ön yeri düşünürəm ki, dünyada mövcud 3-4 min etnosun içərisində milli dövlətini qurmağa nail olan 200 xalqdan biri kimi Azərbaycan xalqının milli kimliyini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək vəzifəsi tutur. Heç şübhəsiz ki, milli səciyyə daşıyan hər bir iş millətin hər bir nümayəndisinin üzərinə vacib və şərəfli missiya qoyur.
Millətini və vətənini sevmək hər bir şəxsin malik olduğu ən üstün, ən ülvi, ali dəyər və məqamdır. Özünü daim millətin bir parçası hesab etmək, onun maraqlarının təminatı üçün fədakarlıq göstərmək insanın sahib olduğu milli-mənəvi keyfiyyətlərin ən parlaq, aydın göstəricisi sayıla bilər.
 Tarixin bütün dövrlərində hər bir millətin və ölkənin vazkeçilməz ölçüləri və maraqları mövcud olmuşdur. Azərbaycan xalqı üçün bu kompanent hazırda qurduğu dövlətin suverenliyi, pozulmuş ərazi bütövlüyünün bərpası məsələsidir.
 Demək olar ki, zamanın bütün mərhələlərində milli-mənəvi dəyərlərimiz xalqımızın düşüncə sistemində əhəmiyyətli rol oynamış, hər bir fərdin vətandaş kimi formalaşmasında ən önəmli meyarlardan biri olmuşdur. Yetmiş illik sovet-bolşevik ideoloji idarə sistemindən sonra ötən əsrin 80-ci illərinin axırlarında Bakı küçə və meydanlarına toplaşaraq əlindən alınmış milli hüquqlarının bərpasını tələb edən yüzminlərin iradə nümayişi məhz milli kimlik mücadiləsinin ən bariz nümunəsi idi.
 Milli-mənəvi dəyərlərimiz deyəndə nələri başa düşürük və bu anlayış bizim qarşımızda hansı vəzifələri qoyur? Hər bir xalqın dili, tarixi, folkloru, ədəbiyyatı, dini, adət-ənənəsi, mədəniyyəti kompleks surətdə onun milli-mənəvi dəyərləridir. Bu irsi günümüzədək gətirib çıxaran ulularımızın nəslibə-nəsil davam etdirdiyi milli varislik məktəbi fərəhlə söyləmək olar ki, bu gün də əmin, etibarlı əllərdədir.
 Biz gəncləri daim inkişafa, sivil ənənələri mənimsəməyə, malik olduğumuz müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumağa səsləyən də məhz milli ruhumuzdur. “Ey türk oğuz bəyləri! Türk milləti eşidin! Üstdən göy çökmədikcə , altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz” deyən Bilgə Kağanada, “Biz zəzldən ta əbəd meydanə gəlmişlərdəniz” deyən, Azərbaycan dövlətçiliyi tarixinə şanlı Səfəvi dövlətini bəxş edən Şah İsmayıl Xətayidə, qanlı Sovet rejiminin ən güclü dövrlərində “Millətimizizn kölələik zəncirlərini qıraraq milli müstəqilliyini bərpa edəcəyi gün o qədər də uzqda deyil” deyən Məmməd Əmin Rəsulzadəyədə, XX əsrin sonunda Azərbaycan xalqına qüdrətli dövlət quran, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Böyük Öndər Heydər Əliyevə də tükənməz güc verən, məhz milli ruhumuz olmuşdur.
 Millətini sevmək, torpağını sevmək, onu hər şeydən üstün tutmaq bu gün Azərbaycan insanının, ən əsası Azərbaycan gəncliyinin ən ümdə borcudur. Bu borcun qarşılığı isə bizlərin ilk növbədə yüksək səviyyədə təhsil almagımız, elmi biliklərə dərindən yiyələnməyimiz, bəşəriyyətin sürətlə inkişaf etdiyi bir zamanda daima hərtərəfli axtarışda olmağımızdır.
 Zahirən çox cəlbedici təsir bağışlayan bu dünya amansız qanunları ilə konkret maraq və idialar üzərində qurulmaqla bərabər mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Çox təəssüflər olsun ki, bu vəziyyətin inkişafında əsas ilhamverici faktor hazırda televiziya, radio və internetdir. Heç kimə sirr deyil ki, dünyanı nüfuz dairələrinə bölən böyük dövlətlər bütün zamanlarda kiçik ölkələri ram etməyə, onları maraqlarının təminatçısına çevirməyə çalışırlar. Bu gün bu rolu artıq ənənəvi müharibələr deyil, informasiya savaşları həyata keçirir. Kütləvi informasiya vasitələri əsas funksyalarını bir çox hallarda kənara qoyaraq beyinləri “yumaqla” məşğul olur. “Milli kimlik”, “vətənpərvərlik”, “milliyətçilik” kimi anlayışlar artıq keçmişin əhəmiyyətsiz ideoloji qalığı adlandırılır və bununla da kifayətlənilməyərək daha “mütərəqqi” liberal konsepsiyalar ortaya qoyularaq ideologiyasız cəmiyyət modeli sivil inkişaf üçün başlıca şərt irəli sürülür. Çox maraqlıdır ki, bu tip çağrışları edən şəxslər bu və ya digər şəkildə, bilavasitə və ya dolayısı ilə yuxarıda haqqında bəhs etdiyimiz dünyanı idarə edən güclərlə əməkdaşlıqda olanlardır. Mən heç də sözügedən camiəyə mənsub olanların hamısını pafoslu ifadələrlə “vətənə xəyanətdə” ittiham etməkdən uzağam. Ancaq istər Qafqaz, istər Yaxın Şərq ölkələri, istərsə də bütövlükdə Asiyanın və Afrikanın tarixinə diqqətlə nəzər yetirsək tam aydınlığı ilə görərik ki, bütün dövrlərdə milli dövlətlərin “özününküləşdirilməsində” “troya atlarının” əvəzedilməz rolu olub. Ancaq heç şübhəsiz ki, xalqımız tarix boyu bu və bu tip sınaqlardan üzüağ çıxdığı kimi bu mərhələni də uğurla adlayacaq. VIII-IX əsrlərdə ərazimizə çoxsaylı ərəb tayfaları köçürərək bizi ərəbləşdirmək cəhdlərinin də, XIX əsrdən başlayaraq ta XX əsrin sonlarınadək aparılan məqsədli, sistemli ruslaşdırma siyasətinin də bir proyekt kimi uğursuzluğa düçar olmasının dominant səbəbi fikrimcə Azərbaycan xalqının, Azərbaycan türklərinin Tanrı milləti olması, möhkəm özül üzərində dayanan mədəniyyətə,  milli şüura sahib olması idi.
 “Azərbaycan qırgınla, mədəniyyətlə və hiylə ilə yox edilmək istənilməsinə baxmayaraq, böyük bir diriliklə dirənməkdə və güclənməkdədir. Kıprıs adaları, Qərbi Trakiya və Kərkük nədirsə, Azərbaycanda odur. Böyük keçmişi və mədəniyyəti olan millətlər necə olsa, zəncirləri qırarlar” deyən böyük fikir adamı, milliyətçi öndər Hüseyn Nihal Atsızın diləyi çin olduğu günümüzdə çox da uzaq olmayan bir zamanda 20 ildən artıq “hayk”ların tapdagında olan Qarabagımızı  azad edəcəyimizə, Güneyli, Quzeyli vahid Azərbaycanın qurulacagına bizləri hər cür məhrumiyyətlərdən üzü ağ, alnı açıq, başı dik, qürurlu və möhtəşəm Türk əzəməti ilə çıxaran o İNAMımı ifadə etmək istəyirəm.

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 01 Mart, 2010 12:35:52
    yaşasın Mənəviyyat mədəniyyət və gözəl olan müasirlik!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az