Bugün Azərbaycanda türkcülük prinsipləri üzərində qurulan idman növlərindən biri də Sayokandır. Hazırda ölkəmizdə belə bir idman növünün fəaliyyət göstərməsi milli idman modelimizin formalaşmasına stimul verir. Sayokanın fəlsəfəsi; ictimaiyyətdə Sayokana maraq və digər bu kimi məsələlərə cavab almaq üçün GünAz.TV Mətbuat Xidməti Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazsoya müraciət etmişdir:
- Vasif bəy, Azərbaycana gətirdiyiniz Türk Döyüş Sənəti olan( SAYOKAN-ın) fəaliyyət istiqamətinin fəlsəfəsində hansı amillər dayanır?
- Sayokan Türk döyüş sənəti olub, anlamı SAvaşçının YOlu və KANı deməkdir. Ay (Aypara) strategiyası, qurd qapanı oyunları ilə, Türkcə anlayışları ilə, qəhrəmanlıq oyunları ilə, Sayokanın ən üst ünvanından ən alt ünvanına qədər Sayokan içində yaşadılan adətiylə, fəaliyyətlərindəki Türk mədəniyyətinin yaşadılma səyləriylə, mədəni davranış intizamları ilə Türk döyüş sənətidir. Dünya döyüş sənətləri arenasında Türk xalqlarının səciyyəsini, qabiliyyətlərini ortaya başqa döyüş sənətləri ilə deyil, Türk döyüş sənəti ilə layiqli sübut etmə dayanıqlılığı nöqtəsində tək Türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölənin asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir. Bugün ürəklə deyə bilərik ki, Sayokan türkçülük ideyaları üzərində qurulan mükəmməl milli idman növüdür.
- İctimaiyyətdə SAYOKANA maraq neçədir?
- İctimaiyyətdə Sayokana maraq çox yüksək səviyyədədir. Xüsusəndə başqa döyüş sənətlərindən bizim quruma axın edən klub və dərnəklərdən olan məşqçilər Sayokanı bizdəndə artıq sevirlər. Artıq bizim mərkəzin bölgələrdə 20 bölməsi var. Bu Sayokana olan sevgidən və maraqdan; gənclərimizin öz milli mədəniyətinə, öz tarixinə, öz dəyərlərinə sahib çıxmasından xəbər verir. Bu günün Sayokançıları sabah Azərbaycanın ərazi bütövlüyü uğrunda mucadilə aparacaq şərəfli əsgərləridir. SAYOKAN-çıları digər idmançılardan fərqləndirən cəhət də odur ki, onlar fiziki güclərini artırmaqla yanaşı, həmçinin də milli-mənəvi düşüncələrini inkişaf etdirirlər. Bu prinsip Sayokanın ana qanunlarından ən birincisini təşkil edir.
- Rəsmi qurum və ya İctimai təşkilatlarla əlaqələriniz hansı səviyyədədir?
- Əlbəttə biz fəaliyyətimizi yerli icra hakimiyyətləri, mədəniyyət ocaqları, idman idarələri ilə razılaşdıraraq həyata keçiririk. Bizim rəsmi olaraq üç klubumuz var. Bu klublar tək federasiyanın yaranması üçün Dünya Azərbaycanlıları Konqresi ilə, eyni zamanda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasıyla, “BAKSAM” la, “ Yeni Nəfəs” hərəkatıyla, Müasir inkişaf ictimai birliyi ilə, “Dünya Ana-uşaq təşkilatı” ilə əməkdaşlıq edir.
- Bəs, bir idman növü kimi SAYOKANın Azərbaycanda fəaliyyəti rəsmiləşibmi?
- Əfsuslar olsun ki ölkəmizdə onlarla yad millətlərin ( cin, koreya, yapon, rus, ingilis və b.) döyüş növlərinin federasiyaları olduğu halda, Dünya Tüklərinin döyüş sənəti sayılan Sayokanın federasiya kimi qeydiyyatı yoxdur. Dəfələrlə müraciətimizə baxmayaraq müsbət bir nəticə ala bilməmişik. Ancaq buna baxmayaraq biz ruhdan düşmürük, cünki fəaliyyətimiz adla deyil, millətimizə və onun gələcək nəslinin övladlarını milli ruhda tərbiyə etmək istiqamətində qurulub. Ümid edirəm ki, bizim bu fəaliyətimizə biganə qalmayacaqlar. Belə bir idman növünün ölkəmizdə fəaliyyət göstərməsi zəruridir və lazımlıdır.
Elnur Eltürk
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib Məşədi Nəsib, 01 Mart, 2010 13:25:10Cox gozel bir isdiki bizim milletinde ozune mexsus bir idman novu var.. Amma biz Adem ovladi 3 seyi esas tutmaliyiq... Dinimizi sora eqidemizi vetenimiz ve xalqimizi. Bulari sevmek vacibdi Amma en esas Allah ve onun dinidi..
-
Yerləşdirilib Hafiz Hacxalil, 01 Mart, 2010 09:11:42Hörmətli Vasif bəy. Sizi üzərinizə götürdüyünüz bu böyük missiyaya görə bir qəhrəman türk oğlu adlandırmaqda özümü haqlı sayıram.Çox istərdim ki, Ulu babalarımızın döyüş sirlərini özündə ehtiva edən Sayokan döyüş sənəti bütün güc strukturlarımızın şəxsi heyətinə öyrədilsin. Bu, bu gün müharibə şəraitində olan Azərbaycanın qalib çıxması üçün çox önəmlidir. Sizə uğurlar arzu edir və bir güc strukturunun əməkdaşı kimi sıralarınıza qoşulmaq istərdim.







YENİLİKLƏR