Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Əhməd Cavadın Türkiyə sevdası

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Ömer CULFA

 Любовь к Турции Ахмеда Джавада
 Наш великий поэт Ахмед Джавад родился в село Мехирли Шамкирского района.Он получил свое первоначальное образования в Мусульманской Духовной Семинарии в Гяндже. Учителья из Турции препадавший урок в семинарии побудили в нем тюрскую любовь.И эта любовь опредила его будущую жизнь. Ради этой вечной любви поет участвовал в Балканской битве со стороны отоманской армии. Во время первой мировой войны в составе “Джамеити-Хейрия”-(Благотворительный фонд) он был в местах где жили турки и оказывал помощь пострадавшим соотечественникам и делал все возможное для создания Азербайджанской Демократической Республики котороя была единственная в то время в турском мире. Он был всегда верен своей любви и в 1937-ом году когда Азербайджан был захвачен советской империей он был арестован и расстрелен.
 Творчество Ахмеда Джавада играла важную роль для укрепления взаимоотношений между Азербайджаном и Турции.
 

 Ahmad Javad’s love for Turkey
 Ahmad Javad, a great Azeri poet, was born in the village Mehirli in the Shemkir region and got his primary education at Moslem Religious Seminarium in Ganja. The Turkish teachers teaching at this Seminarium evoked Turkish love in Ahmad Javad and this love determined his future lifetime. For this eternal love he participated in Balcan battle by the Ottoman troops, and during the World War I  he was one  of the members of “Cəmiyyəti-Xeyriyyə -(charity society)” and passed all the places of Turkish people and helped them  a lot who were  in need. He also did his best for the  creation of the Azerbaijan Democratic  Republic firstly  established in the Turkish world. He  was always faithful to his belief and in 1937 after Soviet occupation   of Azeri  land he was arrested and killed. Ahmad Javad’s creation played an important  role  in mutual relations of Azerbaijan and Turkey.
 

 Əhməd Cavadın Türkiyə sevdası
 Şairlər, yazıçılar, alimlər, aşıqlar yurdudur Azərbaycan torpağı. Tarixə dahi şəx-
siyyətlər bəxş etmiş, min bir dərdini Nizamilər, Füzulilər, Mirzə Cəlillər, Üzeyirlər,
Sabirlər vasitəsilə tarixə bildirmiş, lakin dərdinə dəvası olmamışdır.
Bu məqaləmiz də dahi  mütəfəkkir, onlarla məqalə müəllifi, səkkiz-on dil
bilən, lakin buna baxmayaraq tariximiz tərəfindən az öyrənilən xalq şairi Əhməd
Cavad barədə olacaq. Dahi şair ömrünü Azərbaycan, Türkiyə sevgisinə həsr etmiş,
həyatını bu yolda qurban vermişdir.
 Əhməd Cavad  1892-ci ildə Şəmkir rayonunun Mehirli (Seyfəli) kəndində,ruha-
ni ailəsində dünyaya göz açmışdır(2,6). Atası Məhəmmədəli axund olduğu üçün oğlunun
adını Qurana baxaraq qoyur. Ürəyində əvvəlcədən də düşündüyü Cavad ismi, sanki,
Allahın ona bir lütfü olur.Lakin Axund Məhəmmədəli oğul sevgisini çox yaşamır,
Cavad beş-altı yaşlarında ikən ölüm onu oğlundan ayırır.
 Ruhani ailəsində dünyaya göz açması və hələ yeddi yaşında ikən müqəddəs
Quranı əzbər öyrənərək hafiz olması onun həyatına təsirsiz qalmır(2,9). Şair ömrü boyu öz
nəfsi üçün bir şey istəmədən həyatını insanlığa fəda edir.
 Cavad mollaxana təhsilini bitirdikdən sonra Gəncə Müsəlman Ruhani Seminari-
yasına daxil olur.Seminariya təhsili onun həyatında sevgi lövhələrini nəzakətli müəllim
fırçaları ilə çəkir. Türkiyəli müəllimi Sevad Cavad, Türkiyədə təhsil görmüş Abdulla
Sur, Hüseyn Cavid kimi mütəfəkkirlər onun saf, səmimi qəlbində Türkiyə, Osmanlı
sevgisini oyadırlar. Gəncə Müsəlman Ruhani Seminariyasında Cavadın qəlbinə səpilən
türk sevgisi toxumu cücərməyə başlayır və həyatı boyu inkişaf edərək ölməz çinara
çevrilir. Hətta güman olunur ki, müəllimi Sevad Cavadın qardaşı olduğu fərz  edilən
Türkiyənin dilçi alimi, şairi Ahmed Cavadın adına uyğun olaraq Cavad da Əhməd
ismini onun şərəfinə götürmüşdür. Əhməd Cavad türkiyəli dilçinin “Sərf” və “Nəhv”
əsərini də müəllim olduğu zaman şagirdlərinə öyrətmişdir.
 Vəfa böyük hissdir, Allaha məxsus xüsusiyyətlərdən biridir. Yəqin ki, Əhməd
Cavadda öz əksini tapan vəfa hissinin belə böyük olması onun yeddi yaşında ikən mü-
qəddəs Quranı əzbərləməsi ilə Allahın nurundan onun qəlbinə düşməsi olmuşdur ki,
Cavad heç bir zaman türkiyəli qardaşlarını unutmamış, ən ağır günlərdə kömək əlini
uzatmışdır.
 Əlimizdə olan məlumatlara görə, Əhməd Cavad 1912-ci ildə baş verən Balkan
döyüşünə şanlı Osmanlı ordusunun sıralarında qatılmış və bir il qəhrəmancasına vu-
ruşmuşdur. Hətta 1937-ci ildə amansız represiya tərəfindən həbs olunarkən istintaq
zamanı Əhməd Cavad bu barədə verilən sualları belə cavablamışdır:
 “Bəli, 1912-ci ildə Türkiyədə olmuşam. Mən ora Balkan döyüşündə Türk ordusu-
na könüllü olaraq qatılmaq üçün yollandım. Türkiyəyə Batumda pasport alış-verişi ilə
məşğul olan bir yunandan aldığım İran pasportu ilə getdim. Mənimlə birlikdə Türk or-
dusunda iştirak etmək üçün İdris Əlizadə, soyadını xatırlamadığım Əli və İsa Əlizadə
də gəlmişdi. Bizim hamımızı könüllü qrupa daxil etdilər və onun tərkibində biz bol-
qarlara qarşı döyüşdük. 1913-cü ilin payızında mən geri döndüm”.

 Müharibə amansızdır. Hər kəsi, hər şeyi- arzuları, xəyalları, insan həyatını məhv
edir. Birinci Dünya Müharibəsi də gözlənilməyən, arzulanmayan qonaq kimi gələrək
türk xalqlarını öz ağuşuna alır. Bu müharibədə Almaniya tərəfdən vuruşan Osmanlı
bu döyüşlərdə böyük itki verir. Qardaşının bu fəlakətinə biganə qalmayan azəri türk-
ləri qanı bir, canı bir qardaşına həm əsgər göndərərək döyüşlərə dəstək olmağa çalışır,
həm də xeyriyyə cəmiyyətləri quraraq yaralılara, qaçqınlara, uşaqlara maddi kömək
göstərirlər.
 Bu cəmiyyət sıralarına qoşulan gənc Əhməd Cavad da çox fəal iştirak edir.
“Cəmiyyəti- Xeyriyyənin” üzvü olan fədakar şair Əhməd Cavad öz həyatını unudaraq
Gürcüstan, Dağıstan və Türkiyənin işğal olunmuş ərazilərində yaralılara, əsirlərə,qaç-
qınlara, kimsəsiz uşaqlara yardım edir(2,55). Düşdüyü vəziyyət, gördüyü ağır mənzərələr
Əhməd Cavada o qədər təsir edir ki, gecəsini gündüzünə qataraq hər kəsə ümid çırağı
olur. Bu ağır vəziyyət öz əksini onun şeirlərində də tapır:
 
Ziyafət görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar, dərdini söylər,
Talanmış şanələr, pozulmuş tellər,
Olduğunu duydum, imdada gəldim!

Yarılmış qorxudan pəmbə dodaqlar,
Aşıqlar ah çəkir, dərdindən ağlar.
Bax, nələr söyləyir tarlalar, dağlar?
Qardaş səsi duydum, imdada gəldim!

Qarları boyamış məzlumlar qanı,
Ölənlər çox, fəqət, məzarı hanı?
Ayaqlar altında şöhrəti, şanı,
Yerdə qalan görüb, fəryada gəldim!(1,44)

və ya:

Qarsın Gecələri qandır,
Qarsın gecələrinə baxa bilmirəm.
Qarsın küçələri qandır,
Qarsın küçələrinə çıxa bilmirəm(2,61).

Əhməd Cavad Türkiyənin Qars, Ərdəhan, Ərzurum və sərhəd xətti boyu ərazi-  lərdə cəbhə təmsilçisi Xosrov Paşa Sultanovun köməkçisi və katibi olaraq bölgələri ziyarət edir, maddi yardımları əhaliyə verir, yaralı və əsir Türk əsgərləriniə baş çəkir, onların ehtiyacları ilə yaxından maraqlanır, bölgələrdəki xəstəxana, məktəb, məscid, yetimlər üçün ev kimi ehtiyacların aradan qaldırılması üçün şəxsən məşğul olur, ehtiyaclar barədə cəmiyyətə vaxtında məlumat ötürürdü. “Cəmiyyəti- Xeyriyyə”nin sponsorları olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev Əhməd Cavadı cəsur, sö-zündə bütöv insan kimi xatırlayırdılar(2,57).
 Belə ki, şair hər dəfə cəbhədən Bakıya gələndə hökmən iki daşın arasında da  
 olsa, Hacı ilə görüşüb, Dağıstanda, Batumda, Ərdəhanda, Qarsda məktəblə, maariflə,  
 müəllim, tələbə ilə bağlı lazım gələn bütün ehtiyaclarını sözsüz ödəmişdir.Əhməd Ca-
 vadın cavan olmasına baxmayaraq sözü bütöv, şəxsiyyətcə kamil olması onların arasın-
 da dostluq, inam, etibar yaratmışdır.
 Əhməd Cavad 1914─ 1918-ci ilərdə “Cəmiyyəti- Xeyriyyə” cəmiyyətinin xətti
 ilə gəzib-dolaşdığı yerlərin bədii-poetik mənzərəsini cızmış, gördüyü hadisələrin bir
 tarixçi kimi salnaməsini yazmışdır.
Şair bu illərdə “Şəhid əsir”, “Mayis”, “Oyan”, “Yazıq”, “Uf, bu yol” şeirlərində
 Birinci Dünya Müharibəsinin hadisələrinin parlaq ifadəsini vermiş və bu bəlaların, fə-
 lakətlərin onun qəlbinə olan təsirini poetik ifadələrlə çatdırmağa çalışmışdır.
İndilərdə də ən aktual məsələlərdən biri olan türkdilli xalqların birliyi fikri hələ
 iyirminci əsrin əvvəllərində Əhməd Cavad nəzmində dolğunluqla əks olunmuşdur. Əh-
 məd Cavad qəmli-şirin dili ilə “Kuropatkinə” şeirində Türküstandakı, Orta Asiyadakı
 soydaşlarımızın bəlasını ifadə etmişdir(2,70):
Kimdir bizim minarədə azanları susduranlar?
“Doğru yola sapma!” deyib qanlı irin qusduranlar?
Kimdir böylə qara pərdə çəkdi bizim bu minbərə?
“Qari!” deyə xitab etdi Türküstanda yektilərə?
Nəkmələyib Türküstanın əkilməyən başlarını?
Kim ar çaldı babaların əski məzar daşlarını?
Kimdir kərpiclə muzeyləri dolduranlar?
Kəndimizi heyvan sanıb, yurdumuza od vuranlar?
Hansı qanun əllərilə, hansı yasa, hansı yazı?
Söyüdlərin yerlərinə dikti Sibir Akasiyası?
Heç bir tarix göstərməzkən türkün xain olduğunu,
Kimdir çalan türk ərzini, türk elinin var-yoxunu?
Sənin kimi kölgəsindən qorxanlar,
Sənin kimi düşünənlər, duyanlar!
Unut, əski günü, unut!
Bax, göydəki qara bulut,
Məzlumların ahıdır!..(2,70)

Türk xalqlarının başına gələn bu fəlakətlərdən sonra qəm Əhməd Cavadın şeirlərinə hopmuş və şairin həyat fəaliyyəti boyu daim özünü biruzə vermişdir.
Azərbaycan Demokratik Respublikasının qurulması ilə şairin yaradıcılığında bir
ümid doğmuş və şairin qəlbində gələcəyə─türk xalqlarının istiqlalına, yüksəlişinə inam
yaratmışdır. İyirmi üç ay müstəqillik dövründə şairin yaradıcılığında dönüş nöqtəsi ol-
muş qəmli şeirləri nikbin, parlaq, bir-birindən gözəl əsərlər əvəz etmişdir.
Bu illərdə şairin poetik dünyası , demək olar ki, yalnız istiqlaliyyət barədə düşü-
nür, əsərləri ilə bu fikri təbliğ etməyə başlayır. Şairin “Marş”, “Al bayrağa”, “Qardaş”,
“Azərbaycan bayrağı”, “Bən kiməm”, “Bismillah” adlı vətənpərvər şeirləri  oğullarımızı
yürüdükləri, vuruşduqları müqəddəs amallarına səsləmiş, coşdurmuşdur(2,91).

O dövrdə Türkiyədə marş kimi oxunan “Yol ver türkün bayrağına” və “Çırpınırdı
Qara dəniz” şeirləri yazılmış, Türk dünyasında böyük coşqunluqla qarşılanmışdır.
Lakin bu istiqlaliyyət dolu günlər çox sürmür, başıbəlalı yurdumuzun üstünü qara buludlar yenə alır. Sovet imperiyası tərəfindən Azərbaycan Demokratik Respublikasının
fəaliyyətinə son verilir.
Azərbaycanın Sovet imperiyası tərəfindən işğalı da Əhməd Cavadın qəlbindəki
Türkiyə sevdasını silə bilmir. Gündən-günə əbədiləşən bu sevgisi Əhməd Cavadın hə- yatında bir maneəyə çevrilir. Lakin ölməz şair bezmir, usanmır. Sevgisini qorxmadan ifadə edir. 1922─1937-ci illər arasında şairin öz doğma yurdunda kitabı çap olunmur.
Senzura buna imkan yaratmır. Şairin hər bir yazısı , şeirini bəzəyən türk kəlimələrinə
görə onu ittiham edir, daim təqib altına alırdılar. Məsum şair yazılarına görə üç dəfə
həbs olunaraq ağır işgəncələrə məruz qalır(2,156).
Sevgisiylə yaşayan, coşan şairin ölüm hökmü də elə buna görə olur. Pantürkist,
separatçı damğası ilə həbs olunur və Azərbaycan xalqının bu nadir incisinin həyatına son qoyulur.
Əhməd Cavad şeiri, Əhməd Cavad həyatının öyrənilməsi bizim üçün bir vəfa
borcuna çevrilməlidir. O, həyatı boyu türk xalqına, türk ideologiyasına sadiq qalaraq
əlindən gələni əsirgəmədi, həyatını bu amal uğrunda fəda verdi, çoxları kimi ölümündən
qorxaraq sovet ideologiyasını əsərlərində tərənnüm etmədi, əhdinə, vəfasına sadiq oldu.

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!
Vəfalıdır gələn, gedən,
Yol ver türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şeir, salam söylər!
Olsun bütün bizim ellər,
Qurban türkün bayrağına!(1,52)
 
Qaynaqlar:
1. Əhməd Cavad,   “Seçilmiş əsərləri” , Çaşıoğlu, Bakı 2006.
2.  Əli Saləddin,  “Əhməd Cavad”   , Gənclik, Bakı,  1992.
3. “Müxtəsər Azərbaycan Ədəbiyyatı Tarixi” , 2-ci cild, Qızıl Şərq mətbəəsi,
Bakı, 1944
4. Aybəniz Əliyeva, “Azərbaycan Romantiklərinin Yaradıcılığında Türkçülük”, Elm,
Bakı, 2002.
5. Yaşar Qarayev, “Cumhuriyyət Dövrü və Onun Poeziyada Yaddaşı”; “Əhməd Cavad”
“Əhməd Cavad Seçilmiş Əsərləri”, Şərq-Qərb, 2005.

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 04 Mart, 2010 13:12:45
    var olsun Türk dünyası var olsun türkü sevənlər var olsun Əhməd Cavadlar Amin!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az