Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

XƏYYAT MİRZƏnin xatirəsi yad edildi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Xəbər verdiyimiz kimi 04 mart 2010-cu il tarixdə Gənc Tamaşaçılar Teatrında ünlü el şairi Xəyyat MİRZƏnin 125 illik yubileyinə və yeni çapdan çıxmış "Könlüm hicran otağı" kitabının təqdimatına həsr ounmuş ədəbi-bədii gecə keçirildi.

 Gecənin aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev aşıq şeirinin görkəmli nümayəndəsi olan Xəyyat Mirzənin cəmi 37 il ömür sürməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatı, ümumən söz sənəti üçün çox işlər gördüyünü, elin yaddaşında əbədiləşmiş şair ömrü yaşadığını bildirərək, yaradıcılığının məziyyətləri haqqında mülahizələrini bölüşdü.

 Tədbirin təşkilatçısı, millət vəkili Qənirə Paşayeva Xəyyat Mirzəni yalnız Tovuz və Azərbaycan deyil, bütün Türk Dünyası miqyasında xarakterizə etdi. El şairinin ilk kitabçasının 1966-cı ildə çap olunduğunu, o zamanın gerçəkliklərinə görə bir sıra şeirlərinin dərc olunmadığını vurğulayan millət vəkili, "Könlüm hicran otağı" kitabını şairin bədii irsinin daha mükəmməl nümunəsi adlandırdı. O "böyüyən nəslimiz Xəyyat Mirzə yaradıcılığından daha çox məlumatlı olmalıdır, çünki aşıq sənəti, milli şeir millətimizin ruhunun yüksəlişidir. ...Hər insan millətinin kökü ilə bağlı işlərdə əlindən gələn dəstəyi etməlidir. Xəyyat Mirzə yaradıcılığına bələd olanlar bilirlər ki, o, aşıq sənətində çəkisi olan və gənclər üçün örnək olacaq şairdir" - deyə əlavə etdi.
 Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub öz çıxışında, diqqəti Xəyyat Mirzə kimi şairlərin Azərbaycan dilinin saflığının qorunması keşiyində durduğuna yönəldərək dedi: "Ozan sənətinin min illərlə yaşamasında sazın böyük rolu var. ...Qənirə Paşayeva çox şairlərə yenidən ömür verir. Onların sənətinin tanınmasında rol oynayır. Doğrudan da ölünün də, dirinin də yiyəsi, arxa duranı, sözünü deyəni olmalıdır."

 Gecədə çıxış edən Aşıqlar Birliyinin Güney Azərbaycan təmsilçisi Böyük Bəy, şair, kitabın tərtibçisi Bağman Baba, DGTYB başqanı, kitabın redaktoru Əkbər Qoşalı və başqaları Xəyyat Mirzə və onun kimi görkəmli sənətkarların, saz-söz adamlarının yaradıcılığı, bu yaradıcılığın toplanması və nəşrinin önəmi, bu sahədə görülmüş və görülməli işlər barədə fikirlərini bölüşdülər.

 Gecədə tanınmış aşıqlar, o cümlədən, ustad aşıqlar Aşıq Mahmud, Çopur Ələsgər, Aşıq Əli, habelə Aşıq Nemət və onun yetirmələri, Aşıq Gülarə, Aşıq İlham Astanbəyli, Aşıq Şöhrət, Aşıq Qələndər, Aşıq Zülfiyyə, Güney Azərbaycan aşıqlarından Aşıq Çengiz, Aşıq Ümid Cabbarlı; xanəndələrdən İlkin Əhmədli, Aytən Məhərrəmova, əməkdar artist Nuriyyə Hüseynova, Abgül Mirzəliyev və başqaları şairin şeirlərini ifa etdilər. 

 Sonda el şairinin nəvələri Sahibə Mirzəyeva və Rafiq Mirzəyev çıxış edərək tədbirin təşkilatçılarına öz minnnətdarlıqlarını bildirdilər. 

 (Foto: TREND)


 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 07 Mart, 2010 10:53:36
    çox gözəl tədbir oldu Təşəkkür!Allah böyük aşıq şairimizədə rəhmət eləsin Amin!
  • Yerləşdirilib Azerbay Butovyurd, 05 Mart, 2010 08:45:06
    xalq senetkarlarinin adini hormetle cheken her kese salam olsun. Qardasimiz Ekber bege uzun omur arzulayiriq ki millet yolunda degerli ishlerini devam etdirsin

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az