QIZ QALASI
Qız Qalası,
derlər
Qala Ürək olmaz,
Ürəyə qala derlər.–
Sən Bakının ürəyisən,
Qız Qalası,
Bu dünyanın ən bakirə qalasısan,
Qız Qalası!
Qoy sənə bir qarğış edim,
alxış olsun–
görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası.
O yanda da Oğlan Qala oğlan qalsın,
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.
Demirəm ki, dərd olmasın,
dərd olsa da
dərdinizi söyləməyə həmdərd olsun
Zaman oldu
Ərk Qalası həmdərd oldu,
həm dərd oldu...
Sən yenə də söyləyərsən
anan Xəzər
dinlər sənin dərd-sərini
Oğlan Qala zalım dinməz,
Dillənsə də dağa deyər,
daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da,
ərk olmaya,
Dərd o gündü ƏRK olmaya.
Qız Qalası.
Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru
İşdi-şayət arar olsan
tonqal qala
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə
cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi
Ölüncə gəllik,
ölüncə
Qız Qalası...
28.02.2010/BAKI
***
Narıngül,
Narın çiçək, narın gül
Ağlayanda özün bil,
Güləndəsə narın gül…
Narıngül,
Açıb bağda narın gül,
Qoynun cənnət qoxuyur,
Qoynundakı narın gül…
Narıngül,
Canım aldı narın, gül.
Sən buz kimi soyudun,
Yandım narın-narın, gül…
Hər nə oldu, bilmədim
Heç olmadın yarım, gül…
BAKI/2010,şubat
***
...Neylədim mən, neylədim:
Üzümə üzlər tutub,
“səni sevirəm” dedim,
a zalımın balası,
adama nə deyərlər?
Elə “əl çək” deyirsən,
mən heç,
bu mən cəhənnəm,
mən səndən üz döndərsəm
atama nə deyərlər!?.
Şubat,2010
SƏSLƏŞMƏ
Əlirza HƏSRƏT:
Ay Əkbər Qoşalı, bax bu cahana,
Ruhumuz ilmədi, göy üzü xana.
Əlirza Həsrəti çək imtahana,
Qiyməti sevgidən gör neçə olur?!.
Yuyub günahını aşiq qanında,
Ahımı bayraq tut sən də yanında
Sevgi meydanında, eşq meydanında,
Durub nə oynasaq “heç-heçə” olur...
Sevib ayrılanın payı bilinməz,
Günləri, həftəsi, ayı bilinməz,
Ünvanı bilinməz, sayı bilinməz
ŞAİRİN DƏRDLƏRİ İÇ-İÇƏ OLUR!
CƏLİLABAD.
Əkbər QOŞALI:
Sənin “heç-heçə”nə nə var, ay şair,
Qardaşın hələ ki, ziyana gedir.
O qız qərar tutmur gözlərim üstə,
Nə də ki, sən demiş, piyada gedir.
Hər dəfə deyirik, bu sevda bitmiş,
ürəyi yuxadır, baxarsan getmiş...
Getmiş də, kəsilsin bir belə gediş,
Özü də bilməyir hayana gedir.
Mən də,
...eh məndə də nəsə çatışmır,
Ürəyim açılır, nitqim açılmır
Dilim söz gətirmir, ağzım açılmır:
- Cəhənnəmə gedir, virana gedir.
BAKI/12.02.2010
Yorumunuz
Şərhlərə görə (16 göndərilib)
-
Yerləşdirilib Zarangiz , 09 Fevral, 2011 06:47:02İşdi-şayət arar olsan tonqal qala ƏLİNCƏyə əl eylə... Bu nisgilli deyimler Dede Qorduqu salir yadimiza! Vetenin bu başı, o başı olmaz! Qələmin qadır-qayım olsun qardaş! Əlin azman oqullari hər bir zaman zərif tayfaya qayği göstərmiş, onlardan da erlik, erenlik gözləmiş və dağ kimi arxasına dayanmışlar, qalaları göz bəbəyi təki qörümüşhlər! Qala Ürək olmaz,Ürəyə qala derlər.–Sən Bakının ürəyisən,Qız Qalası,Bu dünyanın ən bakirə qalasısan,Qız Qalası!Qoy sənə bir qarğış edim,alxış olsun–görüm, səni ömrün boyu qız qalasan,Qız Qalası. Çox hömətli Əkbər bəy!Sizi kimi oğullrımızı,yazarlarımızı Allah qorusun!Yazın mənəviyyatımızı dünyaya çatdırın!Belə çətin və şərəfli işinizdə sizlərə uğurlar arzulayiram! Dərin hömətlə Zərəngiz.
-
Yerləşdirilib Akem Xaqan, 17 Mart, 2010 06:07:08"Qoy sənə bir qarğış edim, alxış olsun– görüm, səni ömrün boyu qız qalasan, Qız Qalası."-Bu misralar yalniz ve yalniz Veten, Dovlet ve Millet sevgisini ozunde qoshalasdiran heqiqi shair qardashimiz Ekber Qoshalinın dili ile soylenile biler. Allah ruhuna bereket, canina sagliq, eshqine coshqu ve "qurbanlarina" insaf versin.
-
Yerləşdirilib Azər Həsrət, 13 Mart, 2010 23:27:49Qız qalası, Ərk qalası, Bəzz qalası, Əlincə! Kiçik bir şeirdə bütöv Azərbaycan coğrafiyasını belə uğurla təsvir etmək olarmış! Halal olsun Əkbər qardaşıma!
-
Yerləşdirilib İmdat Avşar, 13 Mart, 2010 11:03:38Sevgili Kardeş: Şiirlerini zevkle okudum. Uğurlar olsun. Gönlüne sağlık...
-
Yerləşdirilib Prof. Dr. Elçin İsgəndərzadə, 11 Mart, 2010 05:19:55Abi,çağdaş türk şeirinin ilk qızıl onluğundan birini hakk edən "Qız Qalası" şeirini təbrik edirəm. Ustad Bəxtiyar hoca Şahmar Əkbərzadənin yazdığı xoşuna gələn hər təzə şeiri üçün bir qonaqlıq verirdi. Ustadların gələnəklərini yaşatmaq qutsal borclardandır. Yəni "Qız Qalası"na görə bir qonaqlıq məndə!







YENİLİKLƏR