Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Azərbaycan istiqlaliyyətinin Dan ulduzu Əhməd Cavad

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Ömer CULFA 

 Ахмед Джавад-“Аврора” Азербайджанской Независимости

 Один из великих личностей который вложил свой бесценный вклад для создания АДР в 1918 году был наш народный поэт Ахмед Джавад.Он играл важную роль в существовании Азербайджанской Демократической Республики. Он не был равнодушен случаем своего времени и призвал свой народ к независимости своими стихотворениями. Во время  существования Азербайджанской Демократической Республики, Ахмед Джавад был самым великим поэтом Азербайджана и каждый его стих был как народный гимн. Слова нынешного национального гимна Азербайджана был написан им в то время.
 В целом творчество и жизненная деятельность Ахмеда Джавада был примером и он был как Аврора призывавший свой народ к победам.

 Ahmad Javad-the “Aurora” of the Azerbaijan independence

 One of the greatest people who had  enormous  services in creation of the Azerbaijan Democratic  Republic in 1918  was Ahmad Javad. He was not ignorant to the events happened  during  his time and feeling the pulse of his time  he called  his countrymen  to the  independence with  his pen. Ahmad Javad was the greatest poet  of the Azerbaijan Democratic  Republic, and  nearly all his poems were loved by  the people  as an anthem. The national anthem of  the Azerbaijan Democratic  Republic,  the current  words of our state  anthem  were written  during  that time. Generally,  Ahmad Javad was the “Aurora”   calling Azeri people  to the victory and giving them light burning for ever.

 Azərbaycan istiqlaliyyətinin Dan ulduzu Əhməd Cavad

 Vətən onu qoruyan, yaşadan, onu qəlbindən ayırmayan övladları ilə var olur, əsrdən-əsrə ötürülür. Bu gün mövcud olan, dünyada tanınan  müstəqilliyimiz də tariximizi yazan, torpaqlarımızı bir incitək bizə bəxş edən babalarımızın yadigarıdır. Bu məqaləmiz vətən məfhumunu sevgisi, həyati fəaliyyəti ilə tərənnüm etmiş, əməlləri, fikirləri ilə “Azərbaycan istiqlaliyyətinin Dan ulduzu”  adına hər kəsdən çox layiq olan dahi şairimiz Əhməd Cavad barədədir.
1918-ci ildə Şərqdə parlaq Günəş doğdu, Azərbaycan xalqı çoxəsrlik arzusuna qovuşdu. Azərbaycan Demokratik Cumhuriyyəti Türk dünyasında ilk respublika olaraq fəaliyyətə başladı. Yalnız onu da diqqətinizə çatdırmalıyıq ki, respublikanın qurulması adi bir partiyanın qurulması qədər sadə, sürətli prosses deyildir. Bu müqəddəs amal uğrunda yaxınlarını, əzizlərini, bir sözlə həyatını fəda etmək lazımdır.
Yaşantısını, fəaliyyətini və düşüncəsini bu yolda sərf edənlərin biri də Əhməd Cavad idi. Dahi xalq şairi öz düşüncələri, şeirləri ilə bir mayaka bənzəyirdi ki, fırtınalarda, boranlarda hər kəsə işıq saçır, bir maqnittək özünə cəlb edirdi.
Hələ Birinci Cahan müharibəsi zamanlarında “Müsavat” partiyasına üzv seçilmiş,
Azərbaycan istiqlaliyyəti uğrunda çarpışanlarla sıx əlaqədə olmuşdur. Sonralar bu    fəaliyyətlərinin davamı olaraq, Azərbaycan Demokratik Cumhuriyyətinin  Parlamen¬tinə üzv və onun katibi seçilmişdir. Ümumiyyətlə, Allahın bizə bir lütfü olan   respubli¬kamızda Əhməd Cavad sayılır, seçilir və onun böyük qüvvəsindən istifadə edilirdi. Dahi şairə verilən bu dəyər ona yeni-yeni ilhamlar verir, gözəl, misilsiz əsərlərin yazılması ilə nəticələnirdi (1,92).
Xalq Cumhuriyyətinin ən perspektivli və qüdrətli şairi Əhməd Cavad olmuşdur.   Onun çoxcəhətli fəaliyyəti, gəncliyi, bir neçə dil bilməsi, istedadlı, öz əqidəsindən,   məsləkindən dönməz olması, dövrün nəbzini həssaslıqla tuta bilməsi ona solmaz,    sön¬məz şöhrət qazandırmışdır.
Əsərlərindən də bizə məlum olur ki, Azərbaycan müstəqilliyini öz sevgisi adlan¬dıran Əhməd Cavad onu röyalarında görür, müstəqillik həsrəti ilə alışıb-yanırdı. Qəlbində əvzolunmaz yer tutan və onun həyatının mənasına çevrilən türk xalqlarının müstəqilliyi sevdası onu istiqlaliyyət öncəsi ağır sınaqlara çəkir. Türk dünyasını gəzib    dolaşan şair bu ideya uğrunda əlindən gələni əsirgəmir, “Xeyriyyə Cəmiyyəti”nin  tərkibində türk dünyasına faydalı olmağa çağırır, ədəbi gücündən istifadə edərək əs¬ra¬rəngiz əsərlərlə türklüyünü bəyan edir(1,92).

Bir zamançün bizim Günəş,
Qala tülə sarıldı.
Hər kəs ondan ümidsikən,
Bənim könlüm darıldı.

Bu misralarda şair Xalq Cumhuriyyətini Günəşə bənzədir.Müstəqilliyin əldə edil-
məsindən hər kəs ümidsiz olduğu, Günəşin qara buludlara sarıldığı bir dönəmdə Əhməd Cavad öz xəyallarında, arzularında xalqının səadəti olan Cumhuriyyəti görür və təs¬gin¬lik tapır (1,93):
Mən röyada nazlı yarın,
Tellərini hörmüşdüm.
Bu sevinçli zamanların,
Röyasını hörmüşdüm.
və ya:
Elin dalğın olduğu gün,
Xülyam məni güldürdü.
İnanmayan, imansızın,
Dərdi bəni öldürdü
(1,92).

Misralarından da bizə aydın olur ki, qəlbinin dərinliklərində Azərbaycan türklə¬ri¬nin də öz kamına çatacağı, qədim türk torpağında öz atlarını oynadacaqları, buy¬ruq¬suz, tapşırıqsız fəaliyyət göstərəcəkləri xülyalarına bürünən xalq şairi Əhməd Cavad hər za¬man xalqının ümid çırağı olmuşdur. Bu sönməz çıraq xalqının müstəqillik yolunda işıq saçaraq onu ucu-bucağı görünməyən qaranlıqdan çıxmasına vəsilə olmuşdur.
O tarixi gün – Azərbaycan Demokratik Cumhuriyyətinin fəaliyyətə başlamasın-
dan sonra Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü
olmuşdur. Azərbaycan Demokratik Cumhuriyyətini dövründə fəaliyyət göstərən “Yaşıl qələmlər” dərnəyinin ən fəal üzvlərindən biri olan Əhməd Cavad ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi, mədəniyyətimizdə yeni səhifələrin yazılmasında böyük rolu ol¬muşdur(1,94).
Demokratik Cumhuriyyət dövründə şairin çap olunmuş “Dalğa” şeirlər kitabında müstəqillik, insanlıq, dirçəliş, istiqlaliyyət dolu şeirlər öz əksini tapmış, xalq şairinin ölməz sevgisini əks etdirmişdir.
Sən qüdrətin aşıb coşan vaxtında,
Mələklərin gülüşündən yarandın!
Səhər dilli bir fırçanın əlilə,
Ahuların duruşundan yarandın!

Ay işığı, gözəlliyin, qızlığın,
Çiçəklərin öpüşündən yarandın!
Qələm əldə ilhamı dinlərkən,
Sən qəlbinin vuruşundan yarandın!
(4,42)
Misralarını dahi şair iman dolu qəlbilə Azərbaycan bayrağına həsr etmişdir. O, qəlbinin ən ülvi, ən təmiz sözlərini, cümlələrini vətəninə, torpağına, bayrağına, nəhayət, müstəqilliyə həsr etmiş, ömür boyu bununla fəxr etmiş, dinsizlərin, imansızların qar¬şı¬sında heç bir zaman əyilməmişdir.
Azərbaycan Demokratik Cumhuriyyətinin fəaliyyəti zamanı Azərbaycan torpaq-
larının talndığı, qızlarının, oğullarının vəhşicəsinə qətlə yetirildiyi bir vaxtda qanı bir,
canı bir qardaşımız Osmanlı igidlərinin imdadımıza yetişməsi və xalqımızı bu ağır
bəladan qurtarmasına məğrur şair biganə qalmamışdır. Qəlbində olan Türkiyə sevgi-
sini ecazkar şeirləri ilə öz əsərlərində tərənnüm etmiş, ulu qardaşına vəfa borcunu
layiqincə yerinə yetirmişdir:

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!
Vəfalıdır gələn, gedən,
Yol ver türkün bayrağına!

İncilərtək gəl yoluna,
Sırmalar düz sağ-soluna!
Fırtınalar dursun yana,
Salam türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şeir, salam söylər!
Olsun bütün bizim ellər,
Qurban türkün bayrağına!
(4,52-53)

Şairin qəlbinin vuruşlarını əks etdirən bu misralarla şair öz xilaskarını alqışlayır, ona öz dərin minnətdarlığına poetik ifadələrlə bildirir. Ümumiyyətlə, Əhməd Cavad yaradıcılığında ümum türk birliyi fikri, türk xalqlarına edilən haqsızlıqlar öz bədii əksini tapmışdır. Şair türk dünyasında baş verən hadisələri sadəcə olaraq tribunadan izləməmiş, öz aktiv fəaliyyətləri ilə faydalı olmağa çalışmışdır. Türk dünyasının dərdini öz dərdi, sevincini öz şəxsi sevinci kimi qəbul etmiş, öz xalqına olan sönməz məhəbbətini şeirləri, məqalələri ilə ifadə etmişdir. İstiqlaliyyətə aparan yolda parlaq
ulduz olmuş, bu yolda inamla yürüyənlər isə ondan ilham almışlar.
Əhməd Cavad yaradıcılığının idealı olan Azərbaycan türklərinin istiqlaliyyəti və bütün türk elləri ilə qarşılıqlı anlaşaraq dünya ölkələrinə meydan oxuması fikirləri bir çox ədiblərin qəlbinə bir qığılcım salmış, onların da bu amal uğrunda vuruşmağa səsləmişdir. Azərbaycan Demokratik Cüm¬huriyyəti dövründə Əhməd Cavad şeirlərinin, demək olar ki, hər biri himn səviyyəsində sevilir və vətən övladlarına bu ağır sınaqlarda mənəvi dəstək olmuşdur. Əhməd Cavadın şeirinin sözlərini döv¬rünün insanları bi şüar kimi qəbul edərək, həyatını xalqımızın ən böyük uğuru olan istiqlaliyyətin qorunub saxlanmasına, fəaliyyətini davam etdirməsinə fəda etməyə vadar etmişdir.
 “Vətən bir fidandır, enməz bayrağı” düşüncəsinin insanların beyinlərində həkk olunmasında onun qədər bədii əsər yazmış şair, bəlkə də, təsəvvür etmək mümkün deyildir (1,98). İstiqlaliyyət ruhlu şeirləri sadəcə Azərbaycan hüdudlarında deyil, qardaş Türkiyədə də dəyər verilirdi. “Çırpınırdı Qara dəniz” şeiri bir marştək qardaş ölkədə hörmət qazanmışdı(1,101).
 Dahi şairin Azərbaycan müstəqilliyinə verdiyi ən böyük töhfələrdən biri də Azərbaycan De¬mokratik Cumhuriyyətinin milli marşı, dövlət himnimiz olmuşdur. Əhməd Cavad “Azərbaycan, Azər¬baycan” sözləri ilə neçə-neçə şairin qəlbində od yandırmış, “Azərbaycan” adlı şeirlərin hamı¬sında, demək olar ki, bu şeirdən bir qığılcım, bir duz, bir tam vardır:

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər dəm can qurban!
Sənə bir çox məhəbbət,
Sinəmdə tutmuş məkan.

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
(1,109)

Bütün türk dünyasının əvəzolunmaz şairlərindən biri olan Əhməd Cavad yaradıcı¬lığının özəyini Azərbaycan istiqlaliyyəti təşkil edir və biz böyük əminliklə deyə bilərik ki, o öz düşüncəsi, əməlləri, ədəbi fəaliyyəti ilə Azərbaycan istiqlaliyyətinin “Dan ulduzu” olmuşdur. 

Qaynaqlar:
1.  Əli Saləddin,  “Əhməd Cavad”   , Gənclik, Bakı,  1992
2. Aybəniz Əliyeva, “Azərbaycan Romantiklərinin Yaradıcılığında Türkçülük”, Elm, Bakı, 2002.
3. Yaşar Qarayev, “Cumhuriyyət Dövrü və Onun Poeziyada Yaddaşı”; “Əhməd Cavad”
“Əhməd Cavad Seçilmiş Əsərləri”, Şərq-Qərb, 2005.
4. Əhməd Cavad,   “Seçilmiş əsərləri” , Çaşıoğlu, Bakı 2006.

 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az