Ruslan HÜSEYN (1984/Turan-ŞƏKİ)
Muğam
Muğamsevər qardaşım Namiqə
Nə bir sədd tanıyır, nə də bir sərhəd,
Bir hədsiz, hüdudsuz dövlətdi muğam.
Dünya üzrə heç bir tayı olmayan,
Misilsiz xəzinə, sərvətdi muğam.
Yayılıb şimala, yayılıb şərqə,
Bir ucu cənuba, bir ucu qərbə.
Gör neçə könülə, gör neçə qəlbə.
Asanca yol tapan şəhvətdi muğam.
Yaşı bilinməyir dünya qədərdir
Qayəsi həm sevinc, həm də kədərdir.
Arifi danışdır, Mənsumu dindir.
Görərsən təbibdi, şəfqətdi muğam.
“Rast”ı, “Cahargah”ı dərdin dəvası,
“Segah” məhəbbətin əks sədası,
“Bayatı şiraz”dı ruhun qidası
Yorulmuş dizlərə taqətdi muğam.
Keçmişə qaytarır səni “Hümayun”,
Yanıqlı naləsi ağladır “Şur”un,
“Şahnaz”ın, “Sarənc”in dərdü-qübarın,
Köksündə, cəmləyən ürəkdi muğam.
Bir tilsim var kamançanın səsində,
Sirlər yatır tarın hər pərdəsində.
Könülün, Alimin zənguləsində.
Qəlblərə iz salan həsrətdi muğam.
Qarabağ sayılır ata ocağı,
Yağıdadır Ağdam, ana qucağı.
Həsrətlə gözləyən isti qucağı,
Nəvaziş axtaran övladdı muğam.
08.02.2010 / saat 02.15
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib Hafiz, 15 Mart, 2010 10:20:27Salam menim qardawim dostum.Seni urekden tebrik edirem. Arzum yeni gozel werlerini gormek kitabini oxumaqdir.Menden wair olmaz amma senden olacaq inwALLAH. Mende soz bazasi azdi sende ise geniw. Sene ugurlar...
-
Yerləşdirilib habil yaşar, 09 Mart, 2010 10:37:46Muğama olan məhəbbətini alqışlayır və uğurlar arzulayıram







YENİLİKLƏR