Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Türk Birliyi Uğrunda” İctimai Koalisiya yarandı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 QHT başçıları ilkin niyyət protokolunu qəbul etdi

 Martın 11-də Azərbaycanlıların və digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli QHT-lərin növbəti görüşü keçirildi.
 Görüşdə ATXƏM sədri İlham İsmayılov, "Türk Ocakları"nın Bakı təmsilçisi Xəlil Öztürk, “Tuqan Tel” Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Aşırlı, Türk-İslam Araşdırmaları Mərkəzinin sədri dr.Vüqar Zifəroğlu, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri dr.Aygün Həsənoğlu, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi.
 Görüşdə iştirak edən milli QHT rəhbərləri “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın andlaşma protokolunu müzakirə edərək, Koalisiyanın qurulması haqqında ilkin niyyət protokolunu qəbul etdilər.
 Protokolda bütün Türk xalqlarının və dövlətlərinin maraqları baxımından milli-mənəvi dəyərlərin qorunması, bundan sonra daha da inkişaf etdirilməsi, Türk xalqları arasında əməkdaşlığın dərinləşməsi məsələləri öz əksini tapmışdır. Eyni zamanda türk xalqlarının ümummilli məsələlərində ortaq mövqedən çıxış etmək, Türk xalqlarıyla bağlı vahid informasiya bazası yaratmaq, birgə layihələr həyata keçirmək, türk xalqlarının tarixi, mədəni və elmi inteqrasiya aparmasına yardımçı olmaq kimi məsələlər də “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın qarşısında duran əsas məsələlərdəndir.

 ATXƏM-in Mətbuat xidməti



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az