Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"Fəxri gənc"in yeni laureatları bəlli oldu

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Azərbaycanın fəxri gəncləri dünən Beynəlxalq Muğam Mərkəzində ödülləndirildi

 “Fəxri Gənc” ödülü 2001 – ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən "Azərbaycan gənclərinin beynəlxalq, regional və ölkədaxili səviyyədə əldə etdiyi nailiyyətləri nəzərə alaraq, istedadlı gənclərin üzə çıxarılması; onların bilik və bacarığının dövlət müstəqilliyimizin möhkəmlənməsinə, demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi; bədən tərbiyəsi və idmanın inkişafı; beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi; savadlı, perspektivli gənclərin Azərbaycanın milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması; ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi ilə" təsis edilmişdir.

 Ödül bu nominasiyalar üzrə təqdim edilir:

- “Gəncləri ən çox dəstəkləyən yerli qeyri – hökumət qurumu” 
- “Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı” 
- “Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və Mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə”
- “Elm və Təhsil sahəsindəki nailiyyətlərinə görə”
- “Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə”
- “İdman sahəsində nailiyyətlərinə görə”
- “Gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə”
- “Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə”
- “Gəncləri ən çox dəstəkləyən biznes qurumu” 
-  “Gənclərin sağlam həyat tərzinin maarifləndirilməsində xidmətlərinə görə”
- “Gənclərə milli mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında fərqlənən gənclər təşkilatı rəhbəri”
- “Gənclərin hüquqlarının maarifləndirilməsi sahəsində xidmətlərinə görə”

 Gənclər Təşkilatları Milli Şurası və Azərbaycanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçən təntənəli təqdimetmə törənində çıxış edən Şura sədri, millət vəkili Fuad Muradov “Qızıl döşnişanı”  və "diplom"dan ibarət ödülün artıq üçüncü dəfədir təqdim olunduğunu dedi. Qeyd edək ki, ödülləndililənlər sırasında Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənc müğəni Aysel Teymurzadə, ssenarist Müşfiq Abbasov, Könüllü Hərbi-Vətənpərlik Texniki İdman Cəmiyyətinin rəhbəri, polkovnik Novruzəli Orucov, hüqüqşünas Nadir Adilov, gənclər hərəkatının veteranlarından DGTYB başqanı Əkbər Qoşalı, millət vəkili Əkrəm Abdullayev, Məzahir Əfəndiyev və başqaları layiq görüldülər.

 Törən konsert proqramı ilə davam etdirildi.



Yorumunuz comment Şərhlərə görə (6 göndərilib)

  • Yerləşdirilib Resmiyye Sabir, 29 Mart, 2010 05:58:51
    Qardas tebrik edirik/ Senin ugurun hamimizin ugurudur/ Davamli olmasini dileyirem/
  • Yerləşdirilib Serdar Sirvan, 16 Mart, 2010 11:46:14
    Gencler herekatinin veterani DGTYB basqani EKBER QOSALINI tebrik edirik.
  • Yerləşdirilib Akem Xaqan, 16 Mart, 2010 10:44:36
    Siz heqiqi menada bu ada, bu unvana layiq birisiniz. Sizin ugurunuza sevinir ve sizi semimi qelbden tebrik edirem. Inaniram ki, bundan sonra da basladiginiz bu yolda daha inamli, daha coshqulu olacaqsiniz. Siz bu temennasiz xidmetinizle Vetene, dovlete ve mensub oldugun qovme uzagligi, bashucaligi bexsh edeceksiniz. Ugur olsun.
  • Yerləşdirilib Lalə Mehralı, 15 Mart, 2010 09:18:48
    Çox dəyərli Əkbər müəllimi başarısı münasibəti ilə təbrik edirəm.....
  • Yerləşdirilib Ruslan Hüseyn, 13 Mart, 2010 05:54:19
    Hər kəsi təbrik edirəm. Əkbər müəllimi xüsusilə təbrik edirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az