Sevinc BAĞIR(ova) - Ph. Dr. tarixşi və kulturoloq
Amerika alimlərinin gəldiyi qənaətə görə, Çilidə baş vermiş zəlzələ yer kürəsinin məhvərinə təsir edib və bunun nəticəsində insan ömrü 1,26 mikrosaniyəyə qədər azalıb. İlahiyyatşılar belə düşünürlər ki, bütün bu baş verənlər “Axirət günü”nün yaxınlaşmasına bir işarədir.
Bu gun Azərbaycanda soyadı şəkilçilərinin dəyişdirilməsi istiqamətində köklü işlər gedir. Bütün bunlar bir millətin soykökünün saflığını təmin edəcək, əsaslı dəyişikliklər yaradacaq.
Daha ətraflı gözdən keçirək. Azərbaycan vətəndaşlarının əksəriyyətində soyadı “yev” və “ov” şəkilşiləri ilə bitir. Kimlərəsə elə gəlir ki, bu sonluqlar slavyan soyadlarında olduğundan “bizim deyil”. Amma slavyan soyadlarında da fərqliliklər olduğunu unudurlar. Sözsüz ki, biz öz xalqımızın tarixini, özümüzü daha yaxşı tanısaydıq türk xalqlarının slavyan, eləcə də, başqa xalqlarla olan oxşarlıqlarına şübhə etməzdik. Şox təəssüflər olsun ki, bütün xalqlar öz adlarına və soyadlarına laqeyd yanaşaraq tarixlərini və ümumi köklərini dərk etməkdən uzaq düşmüşlər. Bəlkə də iki yüz milyondan çox dünya slavyanlarının türk şəkilçili soyadları daşıyıcısı olmalarından da heç xəbərdar deyillər.
Məsələn, məlum olan dillərdə “-yev” (“-ov”) anlayışı mövcuddur, bunun isə türkşədə mənası “ev” deməkdir. Qədim zamanlardan ailəni, soyadı evlə, nəsilləri yaranan yerlə assosiasiya edirdilər. Soyadın qadın şəkilçisi isə “-yeva” ( “-ova” ), türk dillərində gəlinin evə köçməsinə “evə gələn” mənasında idi. “Yev” və “ov” şəkilçilərinin azacıq dəyişdirilmiş forması eo, eu, iu və əksinə oe, ue, ou, ui.
Bu gün türklərə qohum xalqların soyadları insana az şey deyir, baxmayaraq ki tamamilə məntiqi məna daşıyırlar. Məsələn, Avropada çox sıx rast gələn soyadı sonluqları “-BERK,-BERG,-BURG,-BYÖRK,-BORK” türk dilindən gələn “BƏRK” sözü ilə bağlıdı, hansı ki tərcümədə: qala, möhkəmlik, bərklik, mənası ifadə edir, bax elə buradan da Qərbi Avropa və türk soyadları əmələ gəlib.
-EN,-IN,-EIN,-AN,-ANI,-ONI,-ON,-UN soyadı şəkilçilərini daşıyan insanlar daha şox doğulduğu yerlərə istinad verərək öz soyadlarını məhdudlaşdırıblar. Bunların tərcüməsi isə -yer, (yerə enmə, yerlə birləşdirilmiş, yaşama, əsaslandırılma) mənalarını ifadə edir, onların digər variantları isə belə olacaq –NE,-NI,-NIE,-NA,-NO,-NU. Bu növ soyadlarına daha fərqli bir soyadı şəkilçisini də əlavə etmək olar ki, bu da “-yan” şəkilçisidir və türk dilindən tərcümədə: yandan, böyürdən; yan tərəfdə- mənalarını daşıyır, bu türlü soyadı daşıyan şəxslər doğulduğu yerə,yurda, ailəyə əsasən şəkilçiləri mənimsəmiş və məhdudlaşdırmışlar.
Bəziləri özlərini qala, yer-yurdla assosiasiya etməkdənsə daha şox şəxslərə oxşatmaq istəyirdilər və bu cəhət də həmin insanların soyadlarında öz əksini tapmışdır: -MAN –MEN –MON –MUN –MIN kimi şəkilçiləri soyadlarına əlavə etmişlər ki, bu da türk dilindən tərcümədə “MƏN” “ŞƏXS” mənasını ifadə edir: Türkmən, Qudmən, Xoffmən,
Bir çox insanların isə milli köklərinə və ərliklərinə bağlılıqları şəkilçilərdə də öz əksini tapmışdır “-ER” (türkşə - ERKEK, KOCA, yəni kişi və ər). Bu soyadın modifikasiya olunmuş variantları: -AR –UR –IR –OR –ERO –ARO –ORO və s.
Özlərini məsləkləri ilə bağlayan insanlarda isə bunun izini şəkilçilərdə görmək mümkündür, məsələn –şi, -şı şəkilçiləri (Doğramaçı, Karduççi), -ÇI –ÇU,-Cİ,-CA, gürcü soyadlarında –DZE kimi, yapon soyadlarında isə -DZİ –DZU –DZO –TSİ,-TSU,-TSI kimi təzahür edir.
Türk mühitində çox tanınmış, eləcə də, İtaliyada yayılmış –LI, -LU, şəkilçiləri bir kəsin hansısa yerə məxsus olduğuna işarədir.
-EL –UL –OL –IL –AL şəkiçiləri də vardır ki, bunlar türk dilinə “dünya”, “cəmiyyət”, “varlıq” “əl” (Yaradanın əli) kimi tərcümə olunur.
Türk dilində “-ZADE” sözünün tərcüməsi və bu anlayışın açıqlaması mövcud deyildir. Çox ola bilər ki, bu söz nəvazişli, oxşayıcı məna daşıyır.
Çox qəribədir ki, Azərbaycanın 80% əhalisi daşıdığı adının mənasını bilmədiyi halda onu məntiqinə uyğun nizama salmaq kimi bir istəkləri peyda olmamışdır. Bağışlasınlar məni, ətrafımda bu türlü ad daşıyan insanlar az deyildir.
Bizə bircə onu arzu etmək qalır ki, insanlar ad seçərkən öz dillərindəki məna və məntiqə əsaslanıb ad seçsinlər. Düz sözdür ki, “Gəmiyə necə ad verərsən o istiqamətdə də üzəcək.” Əgər isimdə məntiq yoxdursa, o məntiqi harda axtarsınlar? O ki, qaldı soyadların özünü identifikasiya etməsinə, burada da soyadlarının sonluqlarına türk dilində mənaca başa düşüləcək bir şəkilçi əlavə etmək məqsədəuyğun olardı. Məsələn: Elhanlı, Elhanol, Elhanel, Elhanelli Elhanli, Elhanberk, Elhandan, Elhansin, Elhansen, Elhansan, Elhanmen, Elhaner, Elhanbey, Elhanay, Elhangun, Elhangor, Elhangil, Elhangilli, Elhanev(ov), Elhanyer, Elhanyar, Elhanjan, hətta çox arzu etsək yan tərəfdən, böyürdən mənasını ifadə edən şəkilçilər də əlavə edib Elhanyan kimi soyadı ortalığa şıxarmaq mümkündür. “Yan” türk soy sonluğudur.
Mart ayında düşüncələrimi həyatımda mənə şox əziz və doğma insanlarla – Şəfiqə Məmmədova, Fidan Rzayeva və Qənirə Paşayeva ilə bölüşmək istədim, nəticədə çox milyonlu millətimlə bölüşdüm...
Yorumunuz
Şərhlərə görə (3 göndərilib)
-
Yerləşdirilib Akem Xaqan, 06 Aprel, 2010 03:59:35Yazinizi oxuduqca meni dushunduren bir fikir rahatligimi alir: Yazarın meqsedi ve merami ne? Amerika alimleri de yanlish qenatde bulunurlar. Her sheyde mehvin isharelerini axtarirlar, inkishafin deyil. Sizin qenaetiniz bumu? "Elhanyan" kimi soyadı ortalığa çıxarmaq mümkündür. “Yan” türk soy sonluğudur.Biz bunu bilmirik!? xaqan-am@mail.ru
-
Yerləşdirilib Gülşən Cəbi, 21 Mart, 2010 01:26:58Salam. Maraqlı yazıdır. Şəkilçilərin etimologiyasına inanıb-inanmamaq barədə tərəddüdlərim olsa da, maraqlı gəldi. Cox sağolun!
-
Yerləşdirilib habil yaşar, 19 Mart, 2010 16:21:40gözəl məlumata görə təşəkkür edirəm Amerika alimlərinin gəldiyi qənaətə görə, Çilidə baş vermiş zəlzələ yer kürəsinin məhvərinə təsir edib və bunun nəticəsində insan ömrü 1,26 mikrosaniyəyə qədər azalıb. İlahiyyatşılar belə düşünürlər ki, bütün bu baş verənlər “Axirət günü”nün yaxınlaşmasına bir işarədir.







YENİLİKLƏR