Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

BASIN BİLDİRİSİ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

23.12.2008-ci il tarixdə Gəncliyə Yardım Fondunun Konfrans Zalında DGTYB - nin 2008-ci ilin son dörd ayı boyunca həyata keçirdiyi «Gənc yazarlara dəstək» layihəsinin sonuclarına dair 100-ə yaxın tanınmış ictimaiyyət nümayəndəsi və mətbuatın iştirakı ilə törən keçirildi. DGTYB başqanı Əkbər Qoşalı törəni açaraq, DGTYB-nin 10 illik fəaliyyətinin ən önəmli məqamları, yerli və uluslararası miqyasda fəaliyyətin özəllikləri barədə bilgi verdi. Birlik başqanı DGTYB-nin «Gənc yazarlara dəstək» layihəsinin Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı malliyyə hesabına baş tutduğunu vurğulayaraq, dövlət başçısının üçüncü sektorun, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən fərman və sərəncamlarını minnətdarlıqla xatırlatdı.
Sonra WebStudio.Az tərəfindən hazırlanan www.dgtyb.org saytı geniş ekranda nümayiş etdirilərək, saytın özəllikləri, malik olduğu imkanlar barədə törən iştirakçılarına bilgi verildi.
“Gənc yazarlara dəstək” layihəsi çərçivəsində görülmüş digər işlər - “Türkün səsi”(8) və “Çağdaş Azərbaycan şeiri” (yeni nəsil) antologiyalarının işıq üzü görməsi haqqında Əkbər Qoşalı və Rəsmiyyə Sabir tərəfindən ətraflı bilgi verildikdən sonra qonaqlarııın çıxışları başlandı. Millət vəkilləri Nazim Məmmədov, Əkrəm Abdullayev, xalq şairi Sabir Rüstəmxanlı, türkoloq-alim Güllü Yoloğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, media kapitanları Yunus Oğuz, Elçin Mirzəbəyli, yeni nəsil Azərbaycan ədəbiyyatının nümayəndələri Qulu Ağsəs, Elxan Zal Qaraxanlı, Aydın Xan, İqar İlkin, Elbariz Məmmədli, Əlişirin Şükürlü, Şahin Ülvi, QHT rəhbərlərindən Əhməd Tecim, Mübariz Aşırlı, Nürəddin Burxanov, Mehriban Əliqızı çıxış edərək DGTYB-nin fəaliyyəti, sözügedən layihə və işıq üzü görmüş nəşrlər barədə öz ürək sözlərini çatdırdılar. Hörmətli natiqlərin birmənalı olaraq təqdiredici fikirlər söyləyib, işimizə yüksək dəyər verdiklərini məmnunluqla qeyd edirik.
Törənin sonunda, DGTYB-nin həyata keçirdiyi layihənin gedişatını ardıcıl olaraq işıqlandıran Azərbaycan Dövlət Teleradio verilişləri QSC, «Olaylar», «Səs» xəbər agentlikləri və «Yeni Xəbər» qəzeti, habelə GYF-nin prezidenti Əhməd Tecim, vitse-prezident Salman Əliyev (yaradıcı şəxslərə qayğı göstərdiklərinə görə), WebStudio.Az-ın icraçı direktoru Cahid İsmayıloğlu (www.dgtyb.org-un fəaliyyətə başlaması münasibəti ilə), mühasib Cəvahir Süleymanova (layihənin mühasibatlıq işini layiqincə yerinə yetirdiyinə görə) və Türkiyəli yazar İmdat Avşar (“Çağdaş Azərbaycan şeiri” antologiyasının nəşri münasibəti ilə) «fəxri fərman»la təltif olundular.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az