Aprelin 7-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə başçısının 2009-2010-cu illərdə imzaladığı sərəncamlara əsasən fəxri adların təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərinin dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycanın adını yüksəklərə qaldırdıqlarını vurğulayıb: “Bu şəxslər Azərbaycanın parlaq simalarıdır. Onlar əməlləri, istedadları ilə sübut etdilər ki, daim inkişafda olan Azərbaycan mədəniyyətinin əvəzolunmaz nümayəndələridirlər. Hər kəs fərəh hissi keçirməlidir ki, belə insanlarla bir dövrdə yaşayıb”.
Çıxışdan sonra fəxri adların təqdimatı keçirilib. Fidan Qasımova, Zəlimxan Yaqub, Canəli Əkbərov “Şərəf”, Xumar Zülfüqarova, Ağaxan Abdullayev, Hacı Murad Yegizarov “Şöhrət” ordenləri, Aqalliyay Pelumb, Alla İsakadze əməkdar müəllim, Nəzifə Əliyeva, Züleyxa Nəcəfzadə “Tərəqqi” medalı, Naidə İsmayılzadə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
Xəyalə






