Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

DGTYB-dən möhtəşəm layihə

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Çağdaş Azərbaycan şairlərinin əsərləri Türkiyə oxucularına təqdim olundu

Azər

Dünən Gəncliyə Yardım Fondunun konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) ərsəyə gətirdiyi "Türkün səsi" və "Cağdaş Azərbaycan şeiri" antalogiyalarının, həmçinin www.dgtyb.org internet səhifəsinin təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan DGTYB başqanı Əkbər Qoşqalı qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Qurumun yüksək zövqlə hazırlanmış internet səhifəsinin təqdimatından sonra "Türkün səsi" və "Çağdaş Azərbaycan şeiri" antalogiyalarının tərtibçilərindən biri olan Rəsmiyyə Sabir hər iki kitabın hazırlanması prosesi barədə danışdı. Rəsmiyyə xanım "Çağdaş Azərbaycan şeiri" antalogiyasının işıq üzü görməsini müasir poeziyamızın təmsilçilərinin qardaş Türkiyədə tanıtımı üçün böyük önəm kəsb etdiyini vurğuladı. Daha sonra çıxış edən millət vəkilləri Nazim Məmmədov və Əkrəm Abdullayev, "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, şair Qulu Ağsəs, kulturoloq, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının katibi Aydın Xan, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı və digərləri Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi layihələrin Türk Dünyasının birliyi istiqamətində atılan mühüm addım kimi dəyərləndirdilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Gənc yazarlara dəstək" layihəsi əsasında nəşr olunan "Türkün səsi" antalogiyasında gənc bilim adamlarının, tədqiqatçı və yazarların məqalələri yer alıb. "Türkün səsi" antalogiyasının tərtibçiləri Əkbər Qoşalı və Rəsmiyyə Sabirdir. Digər kitabın - "Çağdaş Azərbaycan şeiri" antalogiyasının redaktorları Əkbər Qoşalı və İmdat Avşardır. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və Namik Hacıheydərli uyarlayıb.
Kitaba ön sözü DGTYB baş katibi, tənqidçi Nərgiz Cabbarova yazıb. Nərgiz xanım ön söz yazdığı kitabı "Azərbaycan şeirinin qürurverici təqdimatı kimi qiymətləndirib: ...Türk oxucuları bilməlidirlər ki, keçmişi, köklü bir gələnəyi, fərqli ədəbi axınları, bu günü və təbii ki, sabahı olan Azərbaycan ədəbiyyatı nə yazıq ki, nə dünyada, nə də ədəbiyyatı, dili, mədəniyyəti ilə Azərbaycana bu qədər yaxın və qardaş olan Türkiyədə yetərincə tanıdılmayıb. ...Dünya Gənc Türk Yazarlar Birliyinin hazırladığı "Çağdaş Azərbaycan şeiri" antalogiyası indiyə qədər türk oxucularına təqdim olunan şeir antologiyalarından olduqca fərqlidir. Əvvala, bu kitabdakı şeirlər, bəlli bir yaşa və bəlli bir ədəbi axına mənsub şairlərin şeirləri deyil. Bu antalogiyada, bu gün Azərbaycanda yaşqayanq və əsərlər yaradan, çox fərqli ədəbi axınlara mənsub şairlərin şeirlərini oxuya bilərsiniz. Bu durum eyni zamanda bir çeşidliliyin və zənginliyin doğmasına da nədən olmaqdadır. Digər tərəfdən, Türk oxucusu, bu antalogiya ilə Azərbaycan şeirinin yaxın tarixi və ümumi mənzərəsi haqqında da görüşə sahib olacaq. Onu da deyim ki, bu kitabda çağdaş Azərbaycan şeirinin aparıcı gücü, öncülləri olan Salam, Rəsmiyyə Sabir, Elçin İsgəndərzadə, Elçin Mirzəbəyli, Dəyanət Osmanlı, Məlahət Yusifqızı, Əkbər Qoşalı, Ələmdar Cabbarlı, Füzuli Sabiroğlu kimi təmsilçiləri ilə birlikdə müasir poeziyada daha ilk sözünü deməyə çalışan çox gənc şairlərin şeirlərindən də örnəklər verilib".

(Qaynaq: xalqcebhesi.az/ 24.12.2008)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az