Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Əkbər QOŞALInın professor Elçin İSGƏNDƏRZADƏ ilə dərdləşməsi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 - 45 yaşı arxada qoydunuz. – Səssiz-səmirsiz. Heç elə bil yubileyi olan dünyanın yarısının tanıdığı Elçin İsgəndərzadə deyil. Niyə belə istədiniz? 

 - Əslində dediyiniz dünyanın yarısı mənim ad günümlə bağlı, çox sağ olsunlar, mənə çoxlu sürprizlər yapdılar. Bir neçə ölkədə kitablarımı yayınladılar. Bir sıra mötəbər mükafatlar, orden və medallarla məni təltif etdilər. Hamısına dərin minnətdarlığımı bildirirəm. Mənim kəndi içimdə isə yubiley, ad günü, təntənə məfhumları artıq iyirmi ildir ki, öz məna və dəyər çalarlarını itirib. Məmləkəti düşmən tapdağında inləyən bir adam üçün hansı təntənədən söz gedə bilər?! Tələbəlik və aspirantlıq illərimdə qazandığım hər adi bir uğur üçün belə Bakıdan Cıdır düzünə qaçıb xoş bir həsəd hissi ilə rəhmətlik Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının və Çingiz Əlioğlunun böyük hərflərlə adlarının yazıldığı qayanı saatlarla seyr edib bu şərəfə nail olmaq, bu səviyyəyə çatmaq üçün içimdə özüm-özümlə Leninin inqilabından daha böyük inqilablar alovlandırırdım. İndi BMT-dən YUNESKO-ya, Amerika Akademiyasından Yaponiya Aka¬de¬miyasına, ordan da Stokholma Kraliyyət Akademiyasına – Nobel komitəsinə belə, bir sözlə Əhmədlidən dünyanın hər yerinə (deyəsən fürsətdən yararlanıb özümün fövqəladə reklamımı yapdım) lazımi səviyyədə adımı ürəyim istəyən yerlərə həkk elətdirdim. Tək bir Cıdır düzündəki o qayadan başqa. Hə, abi, mənim ad günüm adım bax o qayaya yazılan gün olacaqdır.
      
- Sizdən bir dəfə də soruşmuşdum - ikilikdə, indi isə bu sualı ictimailəşdirmək istərdim: Niyə Şeirlərinizi İSGƏNDƏRZADƏ imzası ilə qolladınız, deyək ki, örnəyi, ata adı ilə, BARAT (BARAT OĞLU), dərd adı ilə Şuşa yox?!.

- Bu sualın cavabını ustad Şahmar Əkbərzadə ««Ov», «yev», «ski» və «zadə» haqqında dastan»ında şahanə bir poetika ilə cavablandırıb:

Uydum ulularımın şəcərəsinə
Tapındım dahi Sabirin
        Tahirzadəsinə
Ustad Bəxtiyarın
       Vahabzadəsinə
Ulu babamın
     Adını zədələdim
Soyadımı «Əkbərzadə» elədim.

Hə, qardaş, bu hamımızın yuxarıda deyilən tarixi bir bədbəxtliyimiz oldu. Və çox əfsuslar olsun ki, tarixin səhvini düzəltmək mümkün olmur. İndi adımı və soyadımı milyon dəfə dəyişsəm belə indiyədək dünyanın iyirmi beş ölkəsində yayınlanmış kitablarımda bu dəyişikliyi etmək heç cürə mümkün deyil. Sağ olsun parlamentimiz ki, gec də olsa milli taleyimizin ən aktual acısını gündəmə gətirib.      

 - Dünyanın iyirmi beş ölkəsi dediniz. Maşallah, az qala hər ay bir təltif, bir medal gətirirsiniz ölkəmizə. Deməzsiz burdan nə aparırsız gedəndə?!.
- Təbii ki, aldıqlarımın qarşılığını aparıram. Statistik rəqəmlərlə söyləsəm o təltiflərin qarşılığı 38 ixtira, 10 elmi monoqrafiya, 85 bədii kitab, 108 çeviri kitabı, 500-dən artıq şəxsən yayınladığım kitablar və bir də qəlbimdəki Mövlanə və Yunus Əmrə sevgisindən ibarətdir. 

 - Aydındır. Yükünüz gedəndə də, gələndə də kitab olur, Şeir, olur, Dərd olur, Sevinc olur: Həyatın özü kimi... Necə bilirsiz, dünyada sevincimizi bölüb çoxaldan, dərdimizi bölüb azaldanları çoxaltmaq üçün, sıraları genişləndirmək üçün ictimai birliklər nə etməlidir və ya daha nələri etməlidir?
- İndi dünyanın bütün inkişaf etmiş sivil ölkələrində bütün sahələrdə aparıcı ağırlıq ictimai bir¬liklərin, qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Yəni dünyamızın gəlişməsi, cəmiyyətin in¬kişafı özü bunu diqtə edir. Oturub hər şeyi dövlətdən gözləmək bir növ köhnə bolşeviklərə bən¬zəmək deməkdi. Çağdaş insanlarımızın isə hər bir fərdi ayrı-ayrılıqda cəmiyyətin dəyərlə inkişaf etməsi üçün çox böyük məsuliyyət daşımalı və öz potensialını qoymalıdır. Çox şükürlər olsun ki, bu gün Azərbaycanımızda cəmiyyətimizə kimliyini diqtə etdirən onlarla QHT-lər formalaş¬mışdır. 
   
- Elçin müəllim, bildiyim qədər yeni nəsil yazarlar arasında ölkə xarıcındə Sizin qədər çap olunan, kitabı çıxan yoxdur, necə ki, bayaq iyirmi beş ölkə dediniz. Şeirlərinizin kitablaşacağı növbəti ölkə hara olacaq? Bu iş plana bağlıdır, yoxsa təklifə?
- Statistikaya qalsa bu məsələdə də liderlik məsuliyyəti mənim çiyinlərimdədir. Bu gerçəkdən də mənə görə daşıdığım məsuliyyətlərin ən alisidir. Yəni adi məntiqdir ki, sərhədlərimizdən kənarda biz artıq özümüzü yox, millətimizi və məmləkətimizi təmsil edirik. Bu məsuliyyətdə bir təskinliyim odur ki, kitablarımın yayınlandığı bütün ölkələrin hər birindən elmi və ədəbi mükafatlara layiq görülmüşəm. Demək, nəsə xoşlarına gəlib. Son kitabım Yunanıstanda yayınlanıb. Bu kitab haqqında Yunanıstanın iyirmiyədək mərkəzi qəzetində geniş yazılar getdi. Hətta çox ünlü 32 səhifəlik «Paratiritez» qəzeti mənim üçün bir sayında 7 səhifə yer ayırmışdı. Hal-hazırda Brüsseldə fransız dilində kitabım çap prosesindədi. Şeirləri fransızcaya Valeriy Stansu çevirib. Təbii, bu işlər qarşılıqlı əməkdaşlığa və təklifə bağlıdı. Bir də xarici ölkələrdə kitablarımın tez-tez nəşr olunmasının bir səbəbi də hər ay müxtəlif ölkələrdə keçirilən ən az 4-5 beynəlxalq elmi və ədəbi tədbirlərə qatılmağımdı.   

- Ən son səfəriniz haraya oldu? Nə təəssüratla qayıtmısız?
- Ən son Almaniyanın Hanover şəhərindən qayıtmışam. Avropa Akademiyasının Türk dünyası bölümünün sədri olaraq iştirak etdiyim Beynəlxalq Konqresdən çox məmnun qayıtdım. Bu mötəbər elmi məclisdə iştirakımla yanaşı ən başlıcası üç nəfər Azərbaycanlı professorun Avropa Akademiyasına həqiqi üzv seçilməsinə nail oldum.  
 
- Yaxşı bəs, Allah qoysa, sıradakı səfər harayadır?

- Növbəti səfərim İtaliyanın paytaxtı Romayadır. İtaliya Akademiyası Roma şəhər meriyası ilə birgə məni «Roma şəhərinin Fəxri Alimi» tituluna layiq görmüş və Xatirə qızıl medalı ilə təltif etmişdir. Həmin mükafatların təqdimat mərasimi keçiriləcəkdir.
 
- Sizə can sağlığı, Vektorunuzun (çoxvektorlu fəaliyyətinizin!) Sizi həmişə doğru ünvanlara aparmasını diləyirəm!
- Çox sağ olun. Mən də öz növbəmdə mənə «Vektor» qədər doğma olan Dünya Gənc Türk Yazarlar Birliyinin bütün üzvlərinə və dostlarına ən içdən sevgi və salamlarımı çatdırıram.

 



Yorumunuz comment Şərhlərə görə (3 göndərilib)

  • Yerləşdirilib habil yaşar, 16 Aprel, 2010 00:49:51
    hər 2 ustada uğurlar, başarılar arzulayıram. var olun!
  • Yerləşdirilib Namiq HACIHEYDERLI, 12 Aprel, 2010 09:28:14
    Yurdumuzun ve uca milletimizin deyerli oglu, Bir omurde yuz omur yashayan ELCIN BEY! Millet ve yurd adina gorduyunuz ishlerin ehemiyyeti ve miqyasi olcuyegelmezdir. Bize ancaq, ugur dilemek qalir. Her zaman sesiniz ucalardan gelsin! Size zirveler yarashir! 45 yashiniz mubarek!
  • Yerləşdirilib Hafiz Hacxalil, 12 Aprel, 2010 05:18:45
    Elçin müəllim, sizə uca Allahdan can sağlığı və türk adına bundan da böyük uğurlar arzu edirəm. Doğum gününüz mübarək olsun. Gün olsun ki, 55-i, 75-i və neçə belə sonu 5-ləri yola salasınız. Amin!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az