Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

ŞƏHİD YAZARLARIN ANIM GÜNÜ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

19 yanvar 2009-cu il tarixdə Azərbaycan Yazıçıldar Birliyinin Natəvan Klubunda Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi «Şəhid yazarların anım günü» adlı mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan xalq şairi, AYB-nin I kaibi Fikrət Qoca Azərbaycanın şəhid yazarları, övladları şəhid olmuş şair və yazıçılar haqqında bilgi verərək, tədbir iştirakçılarını şəhidlərin xatirəsinə sayğı duruşuna dəvət etdi. Tədbiri aprmaq üçün sözü DGTYB başqanı Əkbər Qoşalıya verən xalq şairi «anım günü» təklifinin yeni nəsil yazarlarıından gəlməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.
Ə.Qoşalı şəhid Azərbaycan yazarları Ülvi Bünyadzadə, Alı Mustafayev, Nizami Aydın, Fuad Qəriboğlu haqqında yazılmış əsərlərdən, şəhid yazarların ömür yolundan bəhs edərək onların «anım günü»nün keçirilməsinin vəfa borcu olduğunu bildirdi.
Sonra filoloq-alim Almaz Ülvi «Şəhid şairlərin poetikası» adlı məruzə ilə çıxış etdi.
Tədbir işirakçılarındanı «Arzulara dəyən güllə» kitabının yazarı, şair Əlirza Xələfli, şair İlyas Tapdıq, Türkiyə Cümhuriyyəti Böyükelçiliyinin Kültür müşaviri Melda Araz, Silahlı Qüvvələrin polkovnik-leytenantı Şəmistan Nəzirli, şair Qəşəm Nəcəfzadə, Ülvi Bünyadzadənin müəllimi filosof Məhəmməd Teymurlu, şəhidin əsgərlik və tələbəlik yoldaşı Sənan Teymurlu, şəhid Fuad Qəriboğlunun atası Qərib Əsədov, İnsan hüquqları üzrə Müvəkkilliyin mətbuat xidməininrəhbəri Zemfira Məhərrəmli, «Şəhidlik zirvəsi» kitabının yazarı Əziz Musa, ədəbiyyatşünas alim Qurban Bayramov, şair Oqtay Rza, türkoloq-alim Güllü Yoloğlu, şair Frqanə Mehdi, yazıçı-dramaiturq Aygün Həsənoğlu, Qubadlı rayon 3 saylı qaçqın məktəbinin şagirdi Canəli Əliyev çıxış edərək şəhid yazarlarımızın həyatı, onlarla bağlı xatirəlri, ədəbiyyatda, mətbuatda hərbi-vətənpərvərlik mövzusu barədə fikirlərini bölüşdülər.
Tədbirdə şəhid şairlərin şeirləri, onlara ünvanlanmış şeirlər səsləndirildi.
Qeyd edək ki, DGTYB cari ildə «Şəhid şairlərin şeirləri» adlı toplu nəşr etməyi planlaşdırır.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az